Məhkəmə qərarları › İş №3(022)-911/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-911/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-911/2023 15.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1978-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar rayonu, Əgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 nömrəli icra sənədinə əsasən Şəxs 15 noyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 15 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 saylı qətnaməsi ilə borclu Şəxs 15 noyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, Şəxs izahatlarında maddi imkanın aşağı olduğunu və aliment borcunu ödəməyə maddi gücünün çatdığını bildirmişdir. Buna görə də onun tərəfindən 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Biləsuvar rayon Məhkəməsini hakiminin 20 iyul 2023-cü il tarixli, 3(022)-779/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və sonuncunun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla belə, borclu Şəxs 20 iyul 2023-cü il tarixdən aliment öhdəliyi üzrə cəmi 80 manat ödəniş etmiş, qalıq aliment borcundan heç bir ödəniş etməmişdir. Tələbkar isə həmin borcun ödənilməsi ilə bağlı davamlı olaraq yuxarı icra hakimiyyəti orqanlarına şikayətlər edir. Buna görə də o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda borclunun aliment borcu 1.020 manat təşkil edir və sonuncu qalıq aliment borcunu hissə-hissə ödəyəcəyini yenə də vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 qətnaməsinə əsasən ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu tam ödəyə bilməmiş və buna görə də onun barəsində icra məmuru tərəfindən 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, məhkəməyə verilmişdir. Biləsuvar rayon Məhkəməsini hakiminin 20 iyul 2023-cü il tarixli, 3(022)-779/2023 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, məhkəmə tərəfindən cəzalandırılmasına baxmayaraq, borcundan cəmi 180 manat ödəyə bilmiş və halhazıradək onun ümumilikdə 1.020 manat aliment borcu yaranmışdır. Belə ki, o, hazırda heç bir yerdə işləmir və onun maddi vəziyyəti aşağı olduğu üçün hər ay 100 manat məbləğində aliment ödəməyə qadir deyil. Bununla belə o, Zərərçəkmiş şəxs olan qalıq aliment borcunu hissə-hissə ödəməyə razıdır. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 qətnaməsinə əsasən onun xeyrinə keçmiş əri Şəxs hər ay cəmi 100 manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin borclu ona qarşı olan öhdəliyini icra etməmiş və buna görə də Biləsuvar rayon Məhkəməsini 20 iyul 2023-cü il tarixli, 3(022)-779/2023 saylı qərarı ilə təqsirli bilinmiş və sonuncunun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Şəxs həmin tarixdən sonra da qanunsuz hərəkətlərindən əl çəkməyərək, 2 aya görə ona cəmi 80 manat aliment ödəmişdir. Borclu hazırda qanunla müəyyən edilmiş öhdəliyini icra etməkdən yayınmaqla, Biləsuvar rayonundan kənarda gizlənir. Hazırda Şəxs ona olan borcu 1020 manat təşkil edir. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 22 fevral 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Lakin borclu Şəxs icra sənədini icra etməkdən boyun qaçırmışdır. Buna görə də Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov tərəfindən Şəxs barəsində 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin şəxs məhkəməyə verilmişdir. Biləsuvar rayon Məhkəməsinin hakiminin 20 iyul 2023-cü il tarixli, 3(022)-779/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin şəxs barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 01 sentyabr 2023-cü il tarixdə yeni müddət təyin edilməklə, Şəxs icra sənədinin icrası ilə bağlı yenidən bildiriş verilmişdir. Lakin həmin tarixdən keçən təxminən 2 həftə müddətində Şəxs Biləsuvar rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)- 49/2023 saylı icra sənədinin icrası istiqamətində yenidən heç bir tədbir görməmiş və sonuncu barəsində təkrarən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 02 fevral 2023-cü il tarixli qərarlarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. Barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmasını iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən, saat 16:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar