Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-912/2023 18.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X5 X2 təcrübə üzrə baş inspektoru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Allahşükür qızının, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 01 avqust 1966-cı il tarixdə Yardımlı rayonu, Bürzünbül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İ dərəcəli əlil, barəsində eyni inzibati xətanın törədilməsinə görə bir il müddətində barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 18 avqust 2023-cü il tarixdə, saat 07:25-də Biləsuvar şəhəri, S.Vurğun küçəsindən M.İbrahimov küçəsi istiqamətində, sürücülük hüququ olmadan idarə etdiyi “Nissan Xtrail” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili işıqforun qadağanedici siqnalının tələblərini gözləməyərək, Biləsuvar şəhəri, S.Vurğun küçəsindən “Pambıq” zavodu tərəfə hərəkət etdirdiyi zaman Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes Benz” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes Benz” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuş, həmçinin həmin nəqliyyat vasitəsində olan sərnişinlər Zərərçəkmiş şəxs1 Allahşükür qızına və Zərərçəkmiş şəxs2, onların sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olmuş, yüngül bədən xəsarətləri yetirilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, Şəxs 18 avqust 2023-cü il tarixdə, saat 17:25-də Biləsuvar şəhəri, S.Vurğun küçəsindən M.İbrahimov küçəsi istiqamətində, sürücülük hüququ olmadan idarə etdiyi “Nissan Xtrail” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili işıqforun qadağanedici siqnalının tələblərini gözləməyərək, Biləsuvar şəhəri, S.Vurğun küçəsindən “Pambıq” zavodu tərəfə hərəkət etdirdiyi zaman Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes Benz” markalı, **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində “Mersedes Benz” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuş və Zərərçəkmiş şəxs3 idarə etdiyi nəqliyyat avsitəsində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 Allahşükür qızı və Zərərçəkmiş şəxs2 sağlamlıqlarının qısa müddətə pozulmasına səbəb olmuş, yüngül bədən xəsarəti almışlar. Baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar Biləsuvar rayon polis şöbəsində təhqiqat aparılmış və Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə 31 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86, 207.5.2 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Lakin Şəxs əməlində inzibati xəta tərkibinin olması müəyyən edildiyinə görə, həmin şəxs barəsində toplanmış material Biləsuvar rayon polis X5 Polisi bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və buna görə də onun tərəfindən Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, “Nissan Xtrail” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsus olsa da, onun minik avtomobillərini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi yoxdur. Buna görə də o, həmin avtomobili arabir və yalnız qısa məsafələrə idarə etmişdir. 18 avqsut 2023-cü il tarixdə, saat 17:25-də idarə etdiyi avtomobil ilə “Mersedes Benz” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Biləsuvar şəhəri, S.Vurğun küçəsindən M.İbrahimov küçəsi istiqamətində hərəkətdə olduğu zaman toqquşmuşdur. Onun maşının sağ tərəfi tamamilə əzilmişdir. O, İ dərəcəli əlil olduğuna görə yaxşı görə bilməmiş və hadisə onun təqsiri ucbatından baş vermişdir. O, hadisə baş verdiyi zaman spirtli içki qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. Hdisə nəticəsində digər nəqliyyat vasitəsinı maddi ziyan dəyməklə bərabər, həmçinin həmin avtomobildə olan iki sərnişinə də zərər vurmuşdur. O, hal-hazırda əməlindən peşmandır. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan icbari sığorta şirkəti tərəfindən ödəniləcəyinə görə o, həmin şəxsə vurulmuş maddi ziyanı ödəmək üçün heç bir tədbir görməmişdir. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu və barəsində tətbiq ediləcək inzibati tənbeh tədbirini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 bildirdi ki, 18 avqust 2023-cü il tarixdə, saat 17:25-də idarə etdiyi “Mersedes Benz” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduğu zaman işıqforun qadağanedici siqnalının tələblərini gözləməyən “Nissan Xtrail” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs qəflətən S.Vurğun küçəsindən “Pambıq” zavodu tərəfə hərəkət etmiş və onun idarə etdiyi nəqliyyat vasitəsini vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınında olan arvadı Zərərçəkmiş şəxs1 Allahşükür qızı və bacısı Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətləri almışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər, yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Yol nəqliyyat hadisəsi onun hərəkət zolağında baş vermişdir. O, hadisə vaxtı sərxoş halda olmamışdır. Həmin avtoqəza digər sürücü Şəxs təqsiri üzündən baş vermiş və sonuncunun maşınının sağ yan tərəfi bütöv əzilmişdir. Bundan başqa, hadisə nəticəsində ona maddi ziyan dəymişdir və həmin ziyan ona ödənilməmişdir. Sonda, Zərərçəkmiş şəxs3 Şəxs etdiyi əməlinə görə bağışlamadığını və həmin şəxsə qarşı məhkəmədə mülki iddia qaldıracağını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Allahşükür qızı bildirdi ki, Zərərçəkmiş şəxs3 onun əridir. O, 18 avqust 2023-cü il tarixdə, saat 17:25-də Zərərçəkmiş şəxs3 idarə etdiyi “Mersedes Benz” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduqları zaman qəflətən Nissan Xtrail” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs manevr qaydalarını pozaraq, onların nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə o və baldızı Zərərçəkmiş şəxs2 yüngül bədən xəsarətləri almışlar. Lakin hadisədən sonra Şəxs onun müalicəsi ilə əlaqədar xərcləri ödəmək və onlarla barışıq əldə etmək üçün heç bir tədbir görməmişdir. Buna görə də o, Şəxs qarşı məhkəmədə mülki iddia qaldıracağını və Şəxs etdiyi əməlinə görə bağışlamadığını bildirdi. Məhkəmədə Zərərçəkmiş şəxs2 bildirdi ki, Zərərçəkmiş şəxs3 onun qardaşıdır və 18 avqust 2023-cü il tarixdə, saat 17:25-də sonuncunun idarə etdiyi “Mersedes Benz” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsində hərəkətdə olduqları zaman qəflətən Nissan Xtrail” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs manevr qaydalarını pozaraq, onların nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə o və maşında olan digər sərnişin Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışlar. Lakin hadisədən sonra Şəxs onun müalicəsi ilə əlaqədar xərcləri ödəmək və onlarla barışıq əldə etmək üçün heç bir tədbir görməmişdir. Buna görə də o, Şəxs qarşı məhkəmədə mülki iddia qaldıracağını və Şəxs etdiyi əməlinə görə bağışlamadığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin idarə edilməsi nəticəssində zərərçəkmiş şəxsin sağlamllğına yüngül bədən xəsarətinin yerinə yetirilməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs “Nissan Xtrail” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomaşını idarə etmiş və bu zaman yol-hərəkəti qaydalarını pozması nəticəsində digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 maddi ziyan vurmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının rəylərindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində “Mersedes Benz” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomaşının sərnişinləri Zərərçəkmiş şəxs1 Allahşükür qızının və Zərərçəkmiş şəxs2 aldıqları xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynnin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əlillik haqqında arayışdan görünür ki, Şəxs gözdən əlildir və İ dərəcəli əlildir. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, “Nissan Xtrail” markalı, **-CV-***həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “Nissan Xtrail” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmiş və bu zaman yolhərəkəti qaydalarını pozması nəticəsində həmin avtomaşında olan sərnişinlərin sağlamlıqlarına yüngül bədən xəsarətləri yetirməklə, yuxarıda qeyd edilən inzibati xətamı törətmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur və iş üzrə inzibati məsuliyyəti istisna edən hallar yoxdur. Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin prinsiplərini əsas tutaraq hesab edirəm ki, Şəxs hazırki halda yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və İ dərəcə əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarlarının” 3.1.2-ci maddəsinə görə xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – orqanizmin funksiyalarının 31-60 faiz həddində pozulması müəyyən edilir. Buna görə də işin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hakim baxa bilər. Buna görə də məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Şəxs qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ zərərçəkmiş şəxslərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Allahşükür qızına, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurulmuş maddi və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında Şəxs qeydiyyatda olduğun yerin məhkəməsində iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-912/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-912/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver