Məhkəmə qərarları › İş №3(022)-914/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-914/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-914/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 02 iyun 2024-cü il tarixli, EQ seriyalı 21499275 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş hər bir qərar üzrə inzibati xətanın törədilməsinə görə 10 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən 26 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nəqliyyat vasitəsinin saxlanılması barədə 22 avqust 2024-cü il tarixli qərardan çıxarışdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə Şəxs məxsus “OPEL ASTRA” minik markalı, 99-DO136 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və Baş Dövlət Yol Polis İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. İnzibati xəta haqqında 26 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş, 02 iyun 2024-cü il tarixli, EQ seriyalı 21499275 nömrəli elektron qərarı qanuni qüvvəyə mindikləri gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında 02 iyun 2024-cü il tarixli, EQ seriyalı 21499275 nömrəli elektron qərardan görünür ki, Şəxs tərəfindən, 02 iyun 2024-cü il tarixdə, saat 08:49 radələrində “OPEL ASTRA” minik markalı, 99-DO136 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolda müəyyən edilmiş hərəkət sürətini 10-20km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 10 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. “AsanPay” ödəniş portalından çıxarışdan görünür ki, hazırda Şəxs tərəfindən inzibati xəta haqqında elektron qərarlar üzrə müəyyən edilmiş məbləğ dövlət büdcəsinə ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 109.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 145.1.4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsində şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir; 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Həmçinin, məhkəmə hesab edir ki, Şəxs inzibati tənbeh qismində ona təyin edilmiş məbləği tam ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43,53,106,109,114 və 115-ci maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar