Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-914/2025 01.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 01 oktyabr 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:37 radələrində Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində qanunsuz olaraq 0,098 qram narkotik vasitə olan marixuana əldə edib özündə saxlamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 göstərmişdir ki, Mingəçevir şəhəri, Yeni Həyat qəsəbəsində yaşayan xx.xx.1974-cü il təvəllüdlü Şəxs rayon ərazisində narkotik vasitələr və psixotrop maddədən istifadə etməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Şəxs Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində tərəflərindən müəyyən edilərək RPŞ-nə dəvət olunmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji xəstəxanasında ambulator məcburi narkoloji tibbi müayinə zamanı Şəxs “kannabinoidlərin” və Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu- (polinarkomaniya) xəstəliyi aşkar olunmuşdur. Məhkəmə iclasında Şəxs İXM-in 206-cı maddəsi ilə özünü təqsirli hesab edərək əməlindən səmimi peşman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli AZA № 020105 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Ə № 003673 saylı Vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci qrup müharibə əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji xəstəxanasının xx.xx.2025-ci il tarixli 90 saylı rəyinə əsasən ambulator məcburi narkoloji tibbi müayinə zamanı Şəxs “kannabinoidlərin” və Stimulyatorların qəbulundan yaranan asılılıq sindromu- (polinarkomaniya) xəstəliyi aşkar olunmuş, lakin ƏƏSMN-nin yanında DSMF-nin onlara təqdim etdiyi ********** nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır.Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını, 2-ci qrup əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmaqla, əks göstərişli xəstəliyi nəzərə alınmaqla ərazi narkoloji disponserində qeydiyyata alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsində saxlanılan, Şəxs götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 0.058 qram olan narkotik vasitə marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan 0.058 qram olan narkotik vasitə marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(022)-914/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-914/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver