Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-915/2025 21.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X6 məhkəmə-iclas katibliyi ilə, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 20 sentyabr 2025-ci il tarixində saat 23:00 radələrində Biləsuvar Gömrük İdarəsi X5 İran İslam Respublikasından Azərbaycan Respublikasına 46AB127/95AD770 dövlət qeydiyyat nişanlı “FOTON ” markalı nəqliyyat vasitəsi ilə gələn və yükü qaz isidici olan İran İslam Respublikası vətəndaşı Şəxs (Pasport № V63993400, verilmə tarixi 06 iyul 2023-ci il, İran İslam Respublikası) idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən keçən zaman onunla şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması soruşulmuşdur. O, isə öz növbəsində idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş gömrük nəzarətinə bəyan edilməli heç bır predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı yük avtomobilinin kabinəsinin sağ yeşiyinin içərisəndəki olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda şəxsi əşyaların altında gömrük nəzarətindən gizlədilmiş 40 (qırx) qutu, həmin yeşikdəki ehtiyyat yardım çantasının içərisindən 10 (on) qutu, kabinənin yuxarı hissəsində əşyaları qoymaq üçün sağ və sol yerdən isə 40 (qırx) qutu “WİSDOM SİLVER” markalanma yazısı olan siqaretlər aşkar edilmişdir. Buna görə də X2 barəsində 01 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinin yoxlanılması haqqında” 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, 20 sentyabr 2025-ci il tarixdə, İran İslam Respublikası vətəndaşı Şəxs (Pasport № V63993400, verilmə tarixi xx.xx.2023-ci il, iran İslam Respublikası) idarə etdiyi 46AB127/95AD770 dövlət qeydiyyat nişanlı “FOTON” markalı nəqliyyat vasitəsi, yoxlamaya cəlb edilmiş, yoxlama zamanı zamanı yük avtomobilinin kabinəsinin sağ yeşiyinin içərisəndəki olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda şəxsi əşyaların altında gömrük nəzarətindən gizlədilmiş 40 (qırx) qutu, həmin yeşikdəki ehtiyyat yardım çantasının içərisindən 10 (on) qutu, kabinənin yuxarı hissəsində əşyaları qoymaq üçün sağ və sol yerdən isə 40 (qırx) qutu “WİSDOM SİLVER” markalanma yazısı olan siqaretlər aşkar edilib prtokol əsasında götürülmüşdür. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 sentyabr 2025-ci il tarixli, 35 (B) nömrəli rəyindən gorünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan “WİSDOM SİLVER” siqaretlərin 90 qutusunun qiyməti 207 manat təşkil edir. “İnzibati xəta haqqında” 01 oktyabr 2025-ci il tarixli 01200-00487/25 nömrəli protokoldan görünür ki, 20 sentyabr 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinin X5 X3 avtomobili yoxlama zamanı zamanı yük avtomobilinin kabinəsinin sağ yeşiyinin içərisəndəki olan zavod konstruksiyasında nəzərdə tutulmuş boşluqda şəxsi əşyaların altında gömrük nəzarətindən gizlədilmiş 40 (qırx) qutu, həmin yeşikdəki ehtiyyat yardım çantasının içərisindən 10 (on) qutu, kabinənin yuxarı hissəsində əşyaları qoymaq üçün sağ və sol yerdən isə 40 (qırx) qutu “WİSDOM SİLVER” markalanma yazısı olan siqaretlər aşkar edilib götürülmüşdür. Bununla da X2 barəsində 01 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 02 oktyabr 2025-ci il tarixli 01200/00472 nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı X4 barəsində tərtib olunmuş “İnzibati xəta haqqında” 01 oktyabr 2025-ci il tarixli 01200-00487/25 nömrəli protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla M.R.Gardashalinin inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, M.R.Gardashalinin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən iş üzrə M.R.Gardashalinin məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə M.R.Gardashalinin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, M.R.Gardashalinin barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi inzibati tənbehin məqsədlərini təmin etmir. Belə ki, barəsində inzibati xətalara dair iş üzrə icraat aparılan şəxs İran İslam Respublikasının vətəndaşıdır. Həmin şəxsə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi gələcəkdə qərarın icrasında çətinliklər yaradacaq və bununla da məhkəmə qərarının icrasının qeyri səmərəli hallarının yaranmasına gətirib çıxaracaqdır. Bu səbəbdən məhkəmə hesab edir ki, M.R.Gardashalinin barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq olunmalı, X1 hüquqpozma predmeti kimi götürülmüş, araşdırma müddətində saxlanılması üçün birliyin anbarına qəbul edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 90 qutu “WİSDOM SİLVER” markalı siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilsin. X1 hüquqpozma predmeti kimi götürülmüş, araşdırma müddətində saxlanılması üçün birliyin anbarına qəbul edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 90 qutu “WİSDOM SİLVER” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-915/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-915/2025
21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver