Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-922/2023 19.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 05 iyun1999-cu il tarixdə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, fərdi əməklə məşğul olan, Astara şəhəri, H.Aslanov küçəsində yerləşən 153 nömrəli evdə qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Biləsuvar şəhəri, Qızqayıt Həsənova küçəsində, ictimai yerdə, ictimai qaydanı pozmuşdur və yol-patrul xidməti əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 19 sentyabr 2023-cü il tarixli müvafiq qərarlarla İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X4 bildirdi ki, Biləsuvar rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yolpatrul xidmətinin inspektorları X5 və X3 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Biləsuvar şəhəri, Qızqayıt Həsənova küçəsində “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla Biləsuvar şəhəri ərazisində xidmətdə olduqları zaman Biləsuvar şəhəri, Qızqayıt Həsənova küçəsindəsonradan sonradan şəxsiyyəti məlum olan Şəxs idarə etdiyi “Kamaz” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma qaydasını pozduğuna görə sonuncular tərəfindən saxlanılmışdır. E.E.Ağayev və E.X.Məmmədli M.K.Kazımlıya nəqliyyat vasitəsini idarə etmə qaydasını pozduğunu bildirərək, sonuncudan sənədləri təqdim etməsini istəmişlər. Lakin həmin şəxs sənədləri təqdim etməyərək, ucadan, ünvansız nalayiq ifadələri işlətmişdir. Bundan sonra polis əməkdaşları M.K.Kazımlını nizam-intizamlı olmağa çağırsalar da, sonuncu onların qanuni tələbinə tabe olmayaraq, sənədləri təqdim etmədən hadisə yerndən uzaqlaşmağa cəhd etmişdir. Buna görə də həmin şəxs polis nəfərləri tərəfindən məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirilmiş və sonuncu şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. Buna görə də onun tərəfindən M.K.Kazımlının əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilərək, sonuncu barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında iş üzrə özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, Astara şəhəri, H.Aslanov küçəsində yerləşən 53 nömrəli evdə qeydiyyatda olmaqla yaşayır. O, idarə etdiyi “Kamaz” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat avsitəsi ilə daş daşımaqla məşğul olur. O, 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Biləsuvar şəhəri, Qızqayıt Həsənova küçəsində idarə etdiyi yük maşını ilə çay daşı daşımışdır. Lakin həmin küçədə hərəkətdə olduğu zaman polis əməkdaşları ona saxla əmrini verdiyinə görə o, nəqliyyat vasitəsini saxlamışdır. O, maşından düşərək, polis əməkdaşlarına yaxınlaşmış və sonunculardan saxlanılmasının səbəbini soruşmuşdur. Polis məkdaşları ona yük daşıma qaydalarını pozduğunu bildirmiş və ondan sənədləri təqdim etməsini tələb etmişlər. O isə polis nəfərlərinə sənədlərin yanında olmamasını və online şəkildə kompüter vasitəsi ilə həmin sənədlərə baxa biləcəklərini bildirmişdir. Həmin vaxt onunla polis əməkdaşları arasında sözlü mübahisə baş vermiş və sonuncular ona özlərnə qarşı tabesizlik nümayiş etdirməsi barədə rad tutmuşlar. O isə əsəbiləşərək onlara qarşı tabesizlik etmədiyini bildirərək, ünvasnız söyüşlər söymüşdür. Bundan sonra o, idarə etdiyi yük maşınına minərək, oradan uzaqlaşmmağa cəhd etsə də, polis əməkdaşları ona mane olmuş və onu məcburi şəkildə Biləsuvar rayon polis şöbəsinə gətirərək, növbətçi hissəyə təhvil vermişlər. O, polis əməkdaşlarına qarşı söyüş söyməmi., həmin vaxt əsəblərinə hakim olmayaraq ünvansız nalayiq ifadələr istifadə etməmişdir. Bundan başqa, o bildirdi ki, onun sənədləri təqdim etməməsi polis əməkdaşlarının qanuni tələbinə əməl etməmək kimi qiymətləndirilməməlidir. Həmin vaxt sənədlər onun yanında olmamış, buna görə də o, polis nəfərlərindən kompüter vasitəsi ilə onun sənədlərinə baxmasını xahiş etmişdir. O, hadisə vaxtı sinirlərinə hakim olmayaraq, ünvansız nalayiq ifadələr istifadə etdiyinə görə peşmandır.Sonra, Şəxs onun hərəkətlərində inzibati xətanın tərkibinin olmamasını nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsi və şahidi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxsun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsiri müəyyən edilsə də, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Dövlət yol polisi bölməsinin yol-patrul xidmətinin inspektorudur. O, həmkarı X3 ilə 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Biləsuvar şəhəri, Qızqayıt Həsənova küçəsində “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulla Biləsuvar şəhəri ərazisində xidmətdə olmuşdur. Onlar xidməti fəaliyyətlərini icra etdikləri zaman Biləsuvar şəhəri, Qızqayıt Həsənova küçəsində sonradan şəxsiyyəti onlara məlum olan Şəxs idarə etdiyi “Kamaz” markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıma qaydasını pozduğuna görə onlar tərəfindən saxlanılmışdır. Bundan sonra E.X.Məmmədli sürücüyüə yaxınlaşaraq, yük daşıma qaydalarını pozduğunu bildirmiş və sonuncudan sənədləri təqdim etməsini xahiş etmişdir. Lakin Şəxs sənədləri təqdim etməyərək, idarə etdiyi nəqliyyat vasitəsinə minərək, hadisə yerindən uzaqlaşmağa cəhd etmişdir. Bundan sonra o və E.X.Məmmədli həmin şəxsi saxlamışdır. Həmin vaxt Şəxs ünvansız nalayiq ifadələr işlədərək, söyüşlər söymüşdür. Onlar həmin şəxsi ictiami nizam-intizam qaydalarına tabe olmağı tələb etsələr də, sonuncu həm onlara sənədləri təqdim etməyərək, həm də onların qanuni tələblərinə tabe olmayaraq qanunsuz hərkətlərinə davam etmiş, habelə ictimai yerdə uca səslə söyüşlər söyərək, ictimai qaydanı pozmuşdur. Buna görə də onlar Şəxs məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. Beləliklə, inzibati xəta haqqında işin məhkəmə iclasında müəyyən olunmuş hallarından görünür ki, işdə olan sübutlarla Şəxs polis əməkdaşları tərəfindən 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Biləsuvar şəhəri, Qızqayıt Həsənova küçəsində saxlanıldığı zaman polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməsi müəyyən edilməsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə təsdiq olunur ki, Şəxs 18 sentyabr 2023-cü il tarixdə, saat 20:30 radələrində Biləsuvar şəhəri, Qızqayıt Həsənova küçəsində uca səslə, ünvansız nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmuşdur. Belə hallar isə məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə şübhəli məqamlar hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələri nəzərə alınmaqla şəxsin təqsirli olmasını şübhə altına alır, sonuncunun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələbinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 327.3-cü maddəsinin tələbinə görə dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması və yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə görə həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd olunan xüsusatların formal mülahizələr əsasında tərtib olunmasını, həmin şəxsə istinad edilən polisin qanuni tələbinə tabe olmama əməlinin yalnız formal mülahizələrə və təsdiq olunmamış şübhələrə əsaslanmasını, habelə dövlət yol polisi əməkdaşının qanuni tələblərinə tabe olmamaq əməlinin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibinə deyil, həmin Məcəllənin 327.3-cü maddəsinin tərkibinə daxil olduğunu, habelə Şəxs sənədləri təqdim etməməsinin səbəbinin sənədlərin onun yanında olmamsı və həmin şəxsin haqlı olaraq öz mənafeyinə xidmət edən üsuldan, yəni həmin sənədlərə fiziki olaraq yox, virtual olaraq baxa bilinəcəyini polis əməkdaşlarına təklif etməsi, sonuncunun yol-patrul xidməti əməkdaşlarına sənədləri təqdim etməməsini həmin şəxsin ictimai asayişin mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olamaq kimi qiymətləndirilə bilməməsini və Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən halların məhkəmə iclasında sübuta yetirilməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 18 sentyabr 2023-cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə zalında azad edilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-922/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-922/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver