Məhkəmə qərarları › İş №3(022)-923/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-923/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-923/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan İmişli şəhəri Qamət Əliyev küçəsi ev 39-da qeydiyyatda olan (VÖEM **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏM ETDİM : Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 2-ci Bölməsindən daxil olmuş 10 sentyabr 2024-cü il tarixli, 3-33-1500/012/002354 saylı raportdan görünür ki, 02 sentyabr 2024-cü il tarixdə hüquqi şəxs “M-AQRO" MMC tərəfindən 52604188 nömrəli nəgliyyat vasitəsi ilə idxal edilmiş “aqrokimyəvi maddə” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “dəmiryolu ilə daşınan mallara” dair çıxarışdan görünür ki, 52604188 nömrəli nəqliyyat vasitəsi ilə hüquqi şəxs "xxxx" MMC-nin ünvanına göndərilən mallar 02 sentyabr 2024-cü il tarixdə saat 20:09-da “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, xarici ticarət iştirakçısı olan hüquqi şəxs "xxxx" MMC-nin ünvanına 52604188 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş “aqrokimyəvi maddə” yükü 02 sentyabr 2024-cü il tarixdə saat 20:09-da “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və həmin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Qeyd olunan faktla bağlı 13 sentyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nın 485.2-ci maddəsi ilə 01200-00488/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Buna görə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində 25 sentyabr 2024-cü il tarixdə İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında № 01200-00488/24 EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 məhkəmə islasında izahat verərək göstərmişdir ki, 02 sentyabr 2024-cü il tarixdə hüquqi şəxs “M-AQRO" MMC tərəfindən 52604188 nömrəli nəqliyyat vasitəsi ilə idxal edilmiş “aqrokimyəvi maddə” yükünə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən olunmuş qaydada mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük organlarına elektron formada qısa idxal bəyannaməsi təqdim edilməmişdir. Qeyd olunan faktla bağlı 13 sentyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsində hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nın 485.2- ci maddəsi ilə 01200-00488/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İcraat ilə əlaqədar "xxxx" MMC-nin nümayəndəsinin Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə gəlməsi üçün "xxxx" MMC-nin ünvanına məktubla müraciət olunsa da və eyni zamanda telefon əlaqəsi (***-***-**-**) saxlanılsa da nümayəndənin gəlməsi MMC tərəfindən təmin edilməmişdir. Barəsində inzibati xəta hqında protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 485.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyanaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar ilə ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı qərarına görə fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmilşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEM **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan BiləsuvarRayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar