Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-926/2025 17.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1971-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Bəydili kəndi M.Hüseyn küçəsi ev 91-də qeydiyyatda olmaqla yaşamış Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EQ 28083332 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, xx.xx.2025-ci il tarixli, EQ 28332710 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 10 manat məbləğində və xx.xx.2025-ci il tarixli, EQ 28078239 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğində inzibati cərimələr tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin qərarları qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Biləsuvar rayon polis şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə İXP seriyalı ******* saylı, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə İXP ******* saylı və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunmalı və həmin şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş portaldan çəxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 38,53,106,109,-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-926/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-926/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver