Məhkəmə qərarları › İş №3(022)-928/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-928/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-928/2023 19.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X12 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1985-ci il tarixdə Biləsuvar rayonu Ağalıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış himayəsində 2 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu Ağalıkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(022)-99/2021 saylı icra sənədinə əsasən Şəxs 30 sentyabr 2009-cu ildə anadan olmuş X4 və 18 aprel 2018-ci ildə anadan olmuş X2 üçün hər ay hər uşağa görə 90 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,36 misli miqdarında, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 19 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(022)-99/2021 saylı icra sənədi üzrə Biləsuvar rayon İcra və Probasiya Şöbəsi tərəfindən 12 mart 2021-ci il tarixdə icraat başlanılmış və həmin sənəd üzrə borclu Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilərək sonuncuya borcunu ödəməsi təklif edilmişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə icradan yayınmışdır. Buna görə də 2021-ci ilin sentyabr ayında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmiş və Şəxs barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Həmin vaxt Şəxs qalıq aliment borcu 1300 manat təşkil etsə də, həmin vaxtdan sonra Şəxs nəinki qalıq borcunu ödəmiş, hətta aylıq aliment ödənişlərini tam həyata keçirməmişdir. Nəticədə hal-hazırki tarixə borclu V.M.X1 2.697 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda Şəxs həmin aliment borcundan 100 manat, qalan hissəsini isə 3 ay ərzində ödəyəcəyini vəd edir. Bu isə tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, Şəxs inzibati məsuliyyətdən yayındıqdan sonra cəzasızlıq şəraitində öz əməllərini davam etdirə bilər. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(022)-99/2021 saylı icra sənədinə əsasən ondan 30 sentyabr 2009-cu ildə anadan olmuş X4 və 18 aprel 2018-ci ildə anadan olmuş X2 üçün hər ay hər uşağa görə 90 manat, yəni minimum aylıq əmək haqqı məbləğinin 0,36 misli miqdarında, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu ödəyə bilməmiş və ümumilikdə 2.697 manat aliment borcu yaranmışdır. O, hazırda həmin aliment borcundan 100 manat, qalan aliment borcunu isə 3 ay ərzində ödəməyə razıdır. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün aliment ödəməmiş və nəticədə Şəxs təxminən 2.697 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda isə Şəxs ümumi borcunu hissə-hissə ödəyəcəyinə dair izahat verməklə inzibati məsuliyyətdən boyun qaçırmağa çalışır. O, isə himayəsində olan uşaqların maddi təminatını ödəməkdə çox çətinlik çəkir. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 2(022)-99/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 12 mart 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 2 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, Şəxs hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 19 sentyabr 2023-cü il tarixdən, saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar