Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-932/2025 29.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X5, inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan – Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bunda sonra - İXM-in) 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və həmin maddə ilə cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvərlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 sentyabr 2025-ci il tarixli MN ******* №-li qərarından barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvərlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 sentyabr 2025-ci il tarixli MN ******* №-li qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 2000 (iki min) manat məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş fiziki şəxs X8 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvərlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 sentyabr 2025-ci il tarixli MN ******* №-li qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvərlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onu 8 ədəd yolğun kolunun qanunsuz olaraq götürülməsində təqsirli bilərək 20 avqust 2025-ci il tarixli MN 236403 saylı protokol tərtib etmiş və həmin protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 253.2.-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində onu təqsirli bilərək, 2000 manat məbləğində cərimə olunması barədə 03 sentyabr 2025-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətrlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 20 avqust 2025-ci il tarixli MN236403 saylı protokol və həmin protokol əsasında qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuzdur. O,protokol ilə tanış deyil və bu barədə məlumatı olmamışdır. Qərar və ona əlavə edilmiş sənədlər ona 26 sentyabr 2025ci il tarixdə poçt vasitəsi ilə təqdim edilmişdir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi heç bir sübut olmadan, məlumatı olmadan onun barəsində qərar qəbul etmişdir. O, heç bir yulğun kolunu götürməmişdir. Həmin ərazidə onun atası X2 məxsus əkin torpaq sahəsi və eləcə də Nərimankənd bələdiyyəsi ilə icarə müqaviləsi əsasında torpaq sahəsi vardır. Bu ilin may ayının sonları, bəlkə də iyun ayının əvvəlləri o, atasının göstərişi ilə əkin sahəsinə baxmağa getmiş və həmin vaxtlarda orada yerləşən əkin torpaq sahələrinin suvarılması üçün olan su kanalının təmizləməsinin şahidi olmuşdur. Su kanalı təmizlənəkən oradan çıxarılmış kolların yoğun hissələri kəsilib götürülmüş, qalan budaqlar isə yola dağıdılmılşdır.Bu səbəbdən yol kolların çırpıları ilə dolu olduğundan keçmək münasib olmamışdır. Belə ki, həmin çırpılar avtomobilə toxunub onu cıza bilərdi. Bu səbəbdən o, əsəbi formada deyinə- deyinə həmin çırpıları yoldan yığıb kənara toplamışdır ki, maşın yolu açılsın. Bu ilin avqust ayında kənd bələdiyyəsinin sədri telefonuna zəng edərək onun bələdiyyəyə gəlməyini istəmişdir.O, da bələdiyyəyə gəlmiş və orada ekologiyanın işçiləri ona təqdim edilmişdir. Onlar ona yulğun kollarına zərər vurduğunu bildirmişlər. O, isə bu işlərdən xəbərsiz oduğunu, yalnız əkin sahəsinə baxmağa gedərkən yola tökülmüş kol çırpılarını yoldan kənara toplamaqla maşın yolu açdığını bildirmişdir. O, heç bir yulğun kolu götürməmişdir. Amma həmin suvarma kanalını Biləsuvar Suvarma İdarəsinin su mirabı kimi özünü təqdim edən Nərimankənd kənd sakini X6 traktorla təmizlədiyini bildirmişdir. Həmin vaxt su kanalını təmizləyərkən çıxarılmış yolğun kollarının oduncaq hissələri X9 tərəfindən doğranaraq aparılmışdır.O, yolu çırpılardan təmizlədikdən sonra orada onunla rastlaşmışdır. Bir daha bildirir ki, o, heç bir yulğun kolu çıxarmamaş və götürməmişdir. Belə ki, o, şəhid ailəsinin üzvüdür. Şəhid atası X1 tapşırığı ilə ona məxsus əkin sahəsinə gedərkən yola dağıdılmış kol çırpılarını yoldan təmizləmişdir. Göründüyü kimi heç əsaslı dəlil, sübut olmadan onun barəsində əsassız qərar qəbu! edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X8 şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqan - 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 şikayəti əsassız hesab edərək bildirmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 sentyabr 2025-ci il tarixli MN ******* №-li qərarı ilə X8 İXM-in 253.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində 2000 (iki min) manat məbləğdə inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə inzibati xəta haqqında qərarı qanuni və əsaslı hesab edir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 128.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. İXM-in 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxs X5 və inzibati xəta haqqında qərar qəbul etmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 izahatlarını dinləyib, inzibati xəta üzrə işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini tədqiq edərək hesab edirəm ki, şikayət təmin edilməli, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 sentyabr 2025-ci il tarixli MN ******* №-li qərarı ləğv edilməli və X5 barəsində İXM-in 253.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 20 avqust 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə X8 tərəfindən 6 ədəd yulğun kollarının yandırılması, X5 izahatına görə Quliyev Maqsud tərəfindən 8 ədəd yulğun kolunun çıxardılmasına görə onun barəsində İXM-in 253.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunan hüquq normasının məzmunundan görünür ki, şəxsin əməlində inzibati xətanın mövcudluğu sübuta yetirilməli, şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalıdır. İnzibati xəta törədilməsində təqsirin sübuta yetirilməsi inzibati orqanın üzərinə düşür. Halbuki, İXM-in 84.1-ci maddəsinin tələbinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105-105.1-ci maddələrinin tələbinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcüd olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 əməlində İXM-in 253.2-ci maddəsinin tərkibi sübuta yetirilmədiyi üçün onun barəsində İXM-in 253.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda götərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8 tərəfindən verilmiş şikayət təmin olunsun. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 sentyabr 2025-ci il tarixli MN ******* №-li qərarı ləğv edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X13
Məhkəmə qərarları › İş №3(022)-932/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-932/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver