Məhkəmə qərarları › İş №3(022)-942/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-942/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-942/2023 04.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X3 oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 14 avqust 1994-cü ildə İmişli rayonu Aranlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir il eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb edilməmiş, ali təhsilli, Cəbrayıl rayon Mərkəzi Xəstəxanasında sürücü işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 10 avqust 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi "Niva" markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar –Bəhrəmtəpə yolu ilə Biləsuvar istiqamətində hərəkətdə olarkən, ondan öndə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə müəyyən edilmiş ara məsafəsi saxlamadığı üçün sonuncu sola dönmə manevr edərkən ehtiyatsızlıqdan onun idarə etdiyi avtomobillə arxadan toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sol gözün ağlı qışasına yayılmış qansızma və başın təpə nahiyyəsinin sıyrığı ilə nəticələnmiş sağlamlığın qısa müddətdə poziulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Buna görə də Biləsuvar rayon X2 X4 inzibati təcrübə üzrə baş inspektoru X1, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə 21 sentyabr 2023-cü il tarixdə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, bildirdi ki, o, törətdiyi əməldən səmimi peşmandır. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan icbari sığorta şirkəti tərəfindən ödəniləcəyinə görə o, həmin şəxsə vurulmuş maddi ziyanı ödəmək üçün tədbir göstərməmişdir. O, hazırda zərərçəkmiş şəxslə barışığa nail olmuşdur. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə inzibati xəta nəticəsində ona vurulmuş maddi zərəri icbari sığorta şirkəti tərəfindən ödəniləcəyinə görə həmin şəxsdən vurulmuş maddi ziyanı tələb etmir və onunla barışığa nail olmuşdur. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İşrə olan Biləsuvar rayon Polis Şöbəsinin istintaq bölməsinin 08 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs 10 avqust 2023-cü il tarixdə saat 22 radələrində idarə etdiyi Niva markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar–Bəhrəmtəpə yolu ilə Biləsuvar istiqamətində hərəkətdə olarkən, ondan öndə eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2106 markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobillə müəyyən edilmiş ara məsafəsi saxlamadığı üçün sonuncu sola dönmə manevr edərkən ehtiyatsızlıqdan onun idarə etdiyi avtomobillə arxadan toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sol gözün ağlı qışasına yayılmış qansızma və başın təpə nahiyyəsində sıyrıq ilə nəticələnmiş sağlamlığın qısa müddətdə poziulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almışdır. Həmin hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətmişdir. Bununla əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbirinin görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Biləsuvar rayon Polis Şöbəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Cəlilabad rayon şöbəsinin 16 avqust 2023-cü il tarixli 830 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Niurulla oğlunun məhkəmə tibbi ekspertizası zamanı “sol gözün ağlı qışasınına yayılmış qansızma və başın təpə nahiyyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 10 avqust 2023-cü il tarixə uyğu gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbə olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşman olmasını və zərərçəkmiş şəxsə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə E.İ.Əkbətlinin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hakim baxa bilər. Buna görə də məhkəmə hesab edir ki, yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Şəxs qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ zərərçəkmiş şəxslərə izah edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş maddi və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında Şəxs İsbəndidyar oğlunun qeydiyyatda olduğu yerin məhkəməsində iddia qaldırmaq hüququ Zərərçəkmiş şəxs izah edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar