Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-945/2023 26.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədr Əliyev Rəfayil Əfraddin oğlu, Biləsuvar rayonu Ağayri kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Cəlilabad Rayon Polis X4 Polis bölməsinin polis kapitanı X2 tərəfindən tərtib edilmiş 01 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol 25 sentyabr 2023-cü il tarixdə Biləsuvar rayon Məhkəməsinə daxil olmuşdur. Həmin protokoldan görünür ki, Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların tərədilməsinə görə İXP ******* saylı inzibatin xəta haqqında protokol üzrə inzibati cərimə növündə inzibati tənbehi 3 ay müddətində icra etməməsi əsası ilə həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin tərəfimdən qeyd olunan inzibatin xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması və tərtib edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.1.4-cü maddəsi üzrə hazırkı inzibati xəta haqqında protokolda həmin Məcəllənin 529.3-cü maddəsinin tərkibinin yaranmasını təsdiq edən məlumat kimi şəxsin əvvəl törətdiyi inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərardan xəbərdar olması, qərarın ona Azərbaycan Respublikası İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsini, onun həmin qərarı almasını, həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsində qanunla müəyyən edilmiş əsasların olmaması, icra etməmənin üzürsüz səbəbləri barədə məlumatları özündə əks etdirən sübutlar hazırkı protokola əlavə edilməmişdir. Halbuki, inzibati xəta haqqında qərar icra edilməsi üçün o qanuni qüvvəsini almalıdır. Bunun üçün ilk növbədə qərar Azərbaycan Respublikası İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməli, bundan sonra Azərbaycan Respublikası İXM-in 130-cu maddəsində nəzərdə tutulmuş 10 günlük şikayət vermə müddəti keçməlidir ki, Azərbaycan Respublikası İXM-nin 138-ci maddəsinə əsasən qərar qanuni qüvvəsini alsın. Yalnız Azərbaycan Respublikası İXM-in 57, 130, 138-ci maddələrinə əməl edilməklə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməməsi həmin Məcəllənin 529.3-cü maddəsinin tərkibini yaradır. Belə olan halda isə inzibati cərimə haqqında qərarın Azərbaycan Respublikası İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada barəsində inzibati tənbeh təbiq edilmiş şəxsə göndərilməsi və həmin şəxsə çatdırılması barədə sübut hazırkı protokola əlavə edilməlidir. Nəzərə alınmalıdır ki, qərarın sadəcə göndərilməsini təsdiq edən sübut onun Azərbaycan Respublikası İXM-in 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi çatdırılması demək deyildir. Rəsmi qaydada çatdırılmanı təsdiq etmək üçün həmin Məcəllənin 57-ci maddəsinin tələblərinə cavab verən sübut təqdim edilməlidir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını, inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən hallar mövcud olub-olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını həll etməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİM: Biləsuvar rayonu Ağayri kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Cəlilabad Rayon Polis X4 Polis Bölməsinin polis kapitanı X1 geri qaytarılsın. Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-945/2023
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-945/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver