Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-955/2024 17.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X2 iştirakı ilə Ünvanı Bakı şəhəri Sabunçu rayonu Balaxanı ŞTQ Şəfqət, ev 20 mənzil 0-da olan hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: 5 sentyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına- 4CD504/44ZB796 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********0666 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2024-cü il tarixli **********0666 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı xx.xx.2024-cü il tarixli **********0666 sorğu nömrəli gömrük bəyannaməsində 1-ci mal mövqeyində olan “Etilen polimerlərinin qırıntıları 2-ci növ (Yeşik istehsalı üçün)” yükünün çəkisi 10125,00 kq göstərilsə də, faktiki olaraq 1800,00 kq az, yəni 8325,00 kq olduğu, əvəzində 1800,00 kq 2-ci mal mövqeyində olan “Plastifikasiya edilmiş rəngsiz qranullar şəklində ilkin formalarda polivinilxlorid qranulları “PVC Compound” adlı dioktilftalatla (polietilen paketlər istehsalı üçün)” yükünün olduğu, 2-ci mal mövqeyində olan “Plastifikasiya edilmiş rəngsiz qranullar şəklində ilkin formalarda polivinilxlorid qranulları “PVC Compound” adlı dioktilftalatla polietilen paketlər istehsalı üçün)” yükünün çəkisi 18075,00 kq göstərilsə də faktiki olaraq 1800,00 kq çox, yəni 19875,00 kq olduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-in 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 göstərmişdir ki, 5 sentyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində İran İslam Respublikasından idxalatçı hüquqi şəxs Şəxs MMC-nin hüquqi ünvanına 44CD504/44ZB796 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində daxil olmuş və idxalatçı hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli **********0666 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə keçirilmiş baxış zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən təqdim olunan yükə dair sənədlər, o cümlədən xx.xx.2024-cü il tarixli **********0666 sorğu nömrəli gömrük bəyannaməsində göstərilmiş göstəricilərlə faktiki yüklər arasında eyniləşdirmə aparılmışdır. Eyniləşdirmə zamanı xx.xx.2024-cü il tarixli **********0666 sorğu nömrəli gömrük bəyannaməsində 1-ci mal mövgeyində olan “Etilen polimerlərinin qırıntıları 2-ci növ (Yeşik istehsalı üçün)” yükünün çəkisi 10125,00 kq göstərilsə də faktiki olaraq 1800,00 kq az yəni 8325,00 kq olduğu, əvəzində 1800,00 kq 2ci mal mövqeyində olan “Plastifikasiya edilmiş rəngsiz qranullar şəklində ilkin formalarda polivinilxlorid granulları “PVC Compound” adlı dioktilftalatla (polietilen paketlər istehsalı üçün)” yükünün olduğu, 2-ci mal mövqeyində olan “Plastifikasiya edilmiş rəngsiz granullar şəklində ilkin formalarda polivinilxlorid granulları “PVC Compound” adlı dioktilftalatla (polietilen paketlər istehsalı üçün)” yükünün çəkisi 18075,00 kq göstərilsə də, faktiki olarag 1800,00 kq çox, yəni 19875,00 kq olduğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xətalar haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC-nın inzibati xəta törətməsində təqisri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.2-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X1 Bölməsininin 19/647 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən: Ekspertizaya nümunə kimi təqdim edilmiş üzərində “Poly Ehtylene” yazısı olan 25 kq polietilenin xx.xx.2024-cü il tarixə 1 kq-nın orta bazar qiyməti təxminən 1.70 manat olmaqla 1800 kq-nın qiyməti isə 3060 manat müəyyən edilir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. Fakt üzrə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunan faktla bağlı xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində Azərbaycan Respublikası İXM-nın 482.2-ci maddəsi ilə 01200- 00529/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs MMC tərəfindən İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində İXM-in 482.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxsnə aşkar edilmiş 3060 manat malların dəyərinin otuz faizi, yəni 918 (doqquz yüz on səkkiz) manat məbləğdə inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(022)-955/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-955/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver