Məhkəmə qərarları › İş №3(022)-957/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-957/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-957/2023 26.09.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1988-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(073)-536/2014 saylı icra sənədinə əsasən Şəxs 27 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 70 manat aliment tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 26 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(073)-536/2014 saylı qətnaməsi ilə borclu Şəxs 27 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 70 manat alimentin tutularaq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, Şəxs izahatlarında maddi imkanın aşağı olduğunu və aliment borcunu ödəməyə maddi gücünün çatdığını bildirmişdir. Buna görə də Biləsuvar rayon İcra və Probasiya Şöbəsi tərəfindən 25 fevral 2019-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Biləsuvar Rayon Məhkəməsini hakiminin 25 fevral 2019-cü il tarixli, 3(022)-53/2019 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və sonuncunun barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bununla belə, borclu Şəxs 20 mart 2019-cu il tarixdən aliment öhdəliyi üzrə cəmi 397 manat ödəniş etmiş, qalıq aliment borcundan heç bir ödəniş etməmiş, nəticədə borclunun aliment borcu 2.300 manat təşkil emişdir. Tələbkar həmin borcun ödənilməsi ilə bağlı davamlı olaraq yuxarı icra hakimiyyəti orqanlarına şikayətlər etdiyinə görə o, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra, Şəxs qohumları Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə gələrək, borclunun aliment borcundan 1.200 manat ödəniş etməyə razılıq vermiş, qalan borcunu 2023-cü ilin dekabr ayınadək ödənilməsinə söz vermişlər. O, həmin pul vəsaitini şəxsən qəbul etmək hüququ olmadığına, tələbkar isə Gəncə şəhərində yaşadığına görə o, Zərərçəkmiş şəxs ilə telefon əlaqə saxlayaraq, pulu qəbul etmək üçün ya tələbkarı icra şöbəsinə dəvət edəcək, yaxud da 1.200 manat məbləğində pul vəsatini tələbkarın və ya icra məmurlarının depozit hesabına köçürülməsini təmin edəcəkdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(073)-536/2014 saylı icra sənədinə əsasən ondan 27 iyul 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 70 manat aliment tutularaq, Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu tam ödəyə bilməmiş və buna görə də onun barəsində icra məmuru tərəfindən 25 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, məhkəməyə verilmişdir. Biləsuvar Rayon Məhkəməsini hakiminin 25 fevral 2019-cü il tarixli, 3(022)-53/2019 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. O, məhkəmə tərəfindən cəzalandırılmasına baxmayaraq, borcundan vaxtında və tam ödənişlər apara bilməmiş və hal-hazıradək onun ümumilikdə 2.300 manat aliment borcu yaranmışdır. Bu gün o, Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə gəldikdən və barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra, aliment məbləğinin ödənilməsi üçün borc almaq üçün dayısı oğlu X2 müraciət etmişdir. Dayısı oğlu E.Q.Paşazadə onun həmin şəxsin daş karxanasında işləməsi müqabilində aliment borcundan 1.200 manat məbləğində ödəniş etməyə, qalan borcunu da ən geci 3 ay ərzində ödəməyə razıllq vermişdir. Buna görə də o, hazırda tələbkar Zərərçəkmiş şəxs olan aliment borcundan 1.200 manat məbləğində pul vəsaitini həmin qohumundan alaraq ödəməyə razırdır. Lakin onun barəsində inzibati həbs tətbiq olunarsa o, dayısı oğlunun daş karxanasında işləmək, bununla da aliment borcunu ödəmək imkanından məhrum olacaqdır. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(073)-536/2014 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 07 may 2014-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Lakin borclu Şəxs icra sənədini icra etməkdən boyun qaçırmışdır. Buna görə də Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində 25 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin şəxs məhkəməyə verilmişdir. Biləsuvar Rayon Məhkəməsinin hakiminin 25 fevral 2019-cü il tarixli, 3(022)-53/2019 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmin şəxs barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 01 sentyabr 2023-cü il tarixdə yeni müddət təyin edilməklə, Şəxs icra sənədinin icrası ilə bağlı yenidən bildiriş verilmişdir. Lakin həmin vaxtdan Şəxs Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(073)-536/2014 saylı icra sənədinin icrası istiqamətində yenidən heç bir tədbir görməmiş və sonuncu barəsində təkrarən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 17 mart 2014-cü il tarixli, 2(073)-536/2014 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən müvafiq olaraq 07 may 2014-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə V.M.Mehtiyevin məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və T.M.Əzimomvun şəxsiyyətini, habelə Şəxs bu gün ərzində aliment borcunun yarısından çoxunu, yəni 1.200 manat məbləğində hissəsini ödəməsini, qalıq borcunu isə 3 ay ərzində ödəməyə dair öhdəlik götürməsini, bu məqsədlə qohumuna məxsus daş karxanasında işləmək barədə həmin qohumu ilə razılıq etməsini, qeyd edilənlərin isə məhkəmə qərarının tam və vaxtında icrasına şərait yaradacağına məhkəmədə inam yaratmasını nəzərə alaraq, hesab edirəm ki, A.Ə.Nəsirova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar