Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-96/2024 17.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1978-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar rayonu, Əgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 saylı icra sənədinə əsasən Şəxs 15 noyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu Şəxs eyni icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində, təkrarən Biləsuvar rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 saylı icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və həmin icra sənədini üzrsüz səbəbdən icra etməmişdir Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 15 sentyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 saylı qətnaməsi ilə borclu Şəxs 15 noyabr 2006-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq, Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Buna görə də 2023-cü ilin aprel ayından sentyabr ayınadək olan müddət ərzində onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 3 dəfə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Biləsuvar rayon Məhkəməsinin müvafiq qərarları ilə Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və sonuncunun barəsində 3 dəfə inzibati tənbeh tədbiri, o cümlədən Biləsuvar rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli qərarı ilə 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Lakin həmin şəxs ona tətbiq olunmuş inzibati tənbeh tədbirlərindən nəticə çıxarmayaraq, öz öhdəliklərini icra etməmişdir. Belə ki, həmin tarixdən indiyə qədər borclunun ünvanına çoxsaylı bildiriş və xəbərdarlıqlar göndərilsə də, Şəxs tələbkara olan nəinki qalıq aliment borcunu ödəməmiş, hətta aylıq aliment ödənişlərini də həyata keçirməmişdir. Tələbkar isə həmin borcun ödənilməsi ilə bağlı davamlı olaraq yuxarı icra hakimiyyəti orqanlarına şikayətlər edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsi 2000 manatdan az aliment borcları üzrə cinayət işi başlamaqdan imtina etdiyinə görə o, son 9 ay ərzində Şəxs barəsində faktiki olaraq 5-ci dəfə inzibati xəta protokol tərtib edərək, Biləsuvar rayon Məhkəməsinə təqdim etmişdir. Belə ki, onun 2023-cü ilin dekabr ayında Şəxs barəsində tərtib etdiyi inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olmadığına görə məhkəmənin qərardadı ilə geri qaytarılmışdır. Həmin vaxt Şəxs tələbkarla aliment borcu üzrə razılıq əldə edəcəyini vəd etməsinə baxmayaraq, yenə də heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs ondan yuxarı icra hakimiyyəti orqanına çoxsaylı şikayətlər etdiyinə görə onun fəaliyyəti üzərində inzibati nəzarəti həyata keçirən yuxarı orqanın əməkdaşının tövsiyəsi ilə o, o, Şəxs barəsində yenidən inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda borclunun aliment borcu 1.400 manat təşkil edir və sonuncu qalıq aliment borcunu hissə-hissə ödəyəcəyini yenə də vəd etsə də, borcu ödəyəcəyinə dair inam yaratmır. Bu isə Şəxs yenə də şifahi vəd verməklə, inzibati məsuliyyətdən yayınmağa çalışdığını göstərir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən ondan keçmiş arvadı Zərərçəkmiş şəxs xeyrinə hər ay 100 manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu tam ödəyə bilməmiş və buna görə də onun barəsində icra məmuru tərəfindən 20 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o, məhkəməyə verilmişdir. Biləsuvar rayon Məhkəməsini hakiminin 20 iyul 2023-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Həmçinin təkrarən icra məmuru tərəfindən 15 sentyabr 2023-cü il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsini hakiminin 15 sentyabr 2023-cü tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, aliment borcu əvəzinə Biləsuvar rayon Əsgərabad bələdiyyəsindən aldığı torpaq sahəsini tələbkara təklif etsə də, həmin torpaq sahəsinin mülkiyyət hüququna dair sənədləri olmadığına görə Zərərçəkmiş şəxs həmin torpaq sahəsini qəbul etməkdən imtina edir. O, hazırda heç bir yerdə işləmir və onun maddi vəziyyəti aşağı olduğu üçün hər ay 100 manat məbləğində aliment ödəməyə qadir deyil. Bununla belə o, Zərərçəkmiş şəxs olan qalıq aliment borcunu hissə-hissə ödəməyə razıdır. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, Biləsuvar Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 qətnaməsinə əsasən onun xeyrinə keçmiş əri Şəxs hər ay cəmi 100 manat məbləğində aliment tutulması qət edilmişdir. Lakin borclu ona qarşı olan öhdəliyini icra etməmişdir. Buna görə də həmin şəxs barəsində icra məmuru tərəfindən 15 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsini hakiminin 15 sentyabr 2023-cü tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu hazırda qanunla müəyyən edilmiş öhdəliyini icra etməkdən yayınır. Hazırda Şəxs ona olan borcu 1.400 manat təşkil edir. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)-49/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 22 fevral 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İşdə olan Biləsuvar rayon Məhkəməsinin hakiminin 20 iyul 2023-cü il tarixli, 3(022)- 779/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin şəxs barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Biləsuvar rayon Məhkəməsinin hakiminin 15 sentyabr 2023-cü il tarixli, 3(022)-96/2023 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin şəxs barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunması inzibati xətanın tərkib əlaməti olduğuna görə Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə görə iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edilə bilməz. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 17 yanvar 2024-cü il tarixdən, saat 17:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-96/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-96/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver