Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-963/2024 18.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X7, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X8 iştirakı ilə xx.xx.1973-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri qəsəbəsində qeydiyyatda olmaqla, Babək rayonu Gülşənabad kəndində yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük idarəsi Əməliyyat-Təhqiqat İdarəsindən daxil olmuş 16 iyul 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölməsində Naxçıvan Muxtar Respublikası-Bakı marşrutu üzrə hərəkət edən avtobusda sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşı X6 gömrük nəzarət zonasına daxil olaraq əl yüklərinin qarışıq ərzaq və qeyri ərzaq məhsullarından ibarət olduğunu bildirmiş və gömrük nəzarətinə təqdim etmişdir. Daha sonra onun özü ilə gətirdiyi əl çantasını və əl yüklərini sərnişin idxal xəttində olan “Heiman X-Ray” markalı rentgen yük yoxlama quğusundan keçirdiyi zaman ona məxsus əl çantası və əl yüklərinə daxil olan qara rəngli sellofan torbaların içərisində siqaretlərin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda görünmüşdür. Bundan sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük əsarətinə mütləq bəyan olunası hər hansı predmetlərin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Sonra hal şahidləri dəvət edilib, X2 əl yükləri əsaslı şəkildə yoxlanılmışdır.Yoxlama zamanı X3 əl çantasının içərisində olan şəxsi əşyalarının arasından malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 19 qutu üzərində “MARLBORO TOUCH GRAY” markalanma yazısı olan, 1 qutu üzərində “MARLBORO GOLD EDGE” markalanma yazısı olan siqaretlər, onun əl yüklərinə daxil olan qara rəngli sellofan torbaların içərisində olan ərzaq və qeyri-ərzaq mallarının arasından malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizədilmiş 40 qutu üzərində “MARLBORO GOLD EDGE” markalanma yazısı olan və 20 qutu .zərində “WİSDOM SİLVER” markalanma yazısı olan siqaretlər aşkar edilmişdir. Bu əməli ilə Azərbaycan Respublikasının vətəndaşı X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X12 göstərmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 1-ci şöbəsində Azərbaycan Respublikası vətəndaşı X6 barəsində araşdırması aparılmış 3-33/1-036309/2024 nömrəli material üzrə 16 sentyabr 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd dilməsi haqqında” qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3-33/1-036309/2024 nömrəli material üzrə 16 sentyabr 2024-cü il tarixdə qəbul idilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan və materialdan ayrılmış sənədlərdən görünür ki, Azərbaycan Respublikası vətəndaşı X6 2024-cü ilin iyul ayında İran İslam Respublikasının Culfa şəhərində olduğu zaman orada yerləşən mağazalardan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 523 manat dəyərində 19 qutu “Marlboro touch gray”, 50 qutu “Gold marlboro edge” və 20 qutu Wisdom silver” markalı siqareti əl yüklərinə daxil olan əl çantasının və qara rəngli sellofan torbaların içərisinə yerləşdirməklə 16 iyul 2024-cü il tarixdə saat 07 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına bəyan etmədən keçirmişdir. İş materiallarda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1181-9/5913 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, aksiz markası olmayan, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə istehsalı olan filterli 50 qutu “Gold marlboro edge” və 19 qutu “Marlboro touch gray” markalı, həmçinin ştirix koduna görə (ilk üç rəqəmi 626) İran istehsalı) olan filterli 20 qutu “Wisdom silver” markalı siqaretlərin keyfiyyət göstəriciləri standart tələblərinə uyğundur və həmin siqaretlərin 16 iyul 2024-cü il tarixə olan ümumilikdə orta bazar qiyməti təxminən 523 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş malların «Azərterminalkompleks» Birliyinin saxlanc anbarına qəbul edilməsi haqqında 05 sentyabr 2024-cü il tarixli 144 S/2024 saylı aktdan görünür ki, 18 qutu “Marlboro touch gray”, 47 qutu “Gold marlboro edge” və 19 qutu Wisdom Silver” markalı tütün məmulatları «Azərterminalkompleks» Birliyinin saxlanc anbarına qəbul edilmişdir. Qeyd olunan faktla bağlı X5 barəsində Biləsuvar Gömrük İdarəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, X9 tərəfindən 28 sentyabr 2024-cü il tarixdə İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnizibati xətanə törətmiş X4 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla X3 hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş X5 barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və X1 götürülmüş ümumilikdə 18 qutu “Marlboro touch gray”, 47 qutu “Gold marlboro edge” və 19 qutu Wisdom Silver” markalı tütün məmulatları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-963/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-963/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver