Məhkəmə qərarları › İş №3(022)-964/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-964/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-964/2024 01.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Şəhər Məhkəməsinin hakimi X6, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, Biləsuvar Şəhər prokurorunun nümayəndəsi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi işləyən, Bakı şəhəri Neftçilər prospekti 83, mənzil 35-də qeydiyyatda olmaqla Biləsuvar Şəhəru Bəydili kəndi Pərvin Əliyev küçəsində kirayədə yaşayan X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 198.3-cü maddəsi ilə Biləsuvar Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: 1975-ci il təvəllüdlü Biləsuvar şəhəri Təyyarə Meydanı ünvanında yaşayan Zərərçəkmiş şəxs iş vaxtı xəsarət alması və Biləsuvar Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə “Sağ baldırın sümüyünün 1/3 qapalı sınığı” diaqnozu ilə daxil olması barədə həmin xəstəxanadan Biləsuvar rayon prokurorluğuna telefon məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında araşdırma aparılmışdır.Həmin məlumat əsasında hadisə yerinə, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin müvafiq jurnallarına baxış keçirilmiş, Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizası, əməyin mühafizəsinə dair texniki təhlükəsizliyin tədqiqi ekspenizasının təyin edilməsi haqqında ekspertiza təyin edilərək keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüququ şəxsin xx.xx.2024-cü il tarixli 155 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə əmələ gələ bilməsi inkar olunmur, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli 3-16-16/2-5651 saylı ekspertiza rəyinə əsasən Zərərçəkmiş şəxs iş prosesi zamanı 50-90 sm dərinlikdə, 1.5 metr enində az maili qurumuş su kanalının kənarında hərəkət edərkən ayağının sürüşməsi hadisənin baş verməsinə səbəb olmuşdur.Baş vermiş hadisə ilə əlaqədar «Əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST»-ün 2.1, 2.4 bəndlərinin, «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4-cü bəndinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur.Zərərçəkmiş şəxs iş prosesi zamanı daimi (və ya potensial) təsirli təhlükəli istehsalat zonasına aid olmayan və normativ aktların tələblərinə əsasən həmin dərinliyə dair hər hansı texniki tərkibli təhlükəsizlik tədbiri (məhəccərləmə, xəbərdaredici nişanın vurulmas və s.) nəzərdə tutulmamış 50-90 sm dərinlikdə, 1.5 metr enində az maili qurumuş su kanalının kənarında hərəkət edərkən öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Zərərçəkmiş şəxs təhlükəli və zərərli istehsalat amillərinin qarşısını alan və ya azaltmasını təmin edən mühafizə vasitələri ilə təmin edilmədən və biliklərinin yoxlanılmas təşkil olunmadan işə buraxıldığına görə, «Əməyin mühafizəsi standartları sistemi. İşçilərinmühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST»-ün 2.1, 2.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə»nin 4-cü bəndinin tələbləri sonuncunu işə qəbul etmiş təşkilat - vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaşı tərəfindən pozulmuşdur (konkret şəxs (lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). DÜST 12.4.011-89 DÜST»-ün 2.1, 2.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılmas haqqında nümunəvi əsasnamə»nin 4-cü bəndinin tələbləri Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X16 tərəfindən pozulmuşdur. Buna görə də Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X8 barəsində Biləsuvar rayon prokuroru ədliyyə müşaviri Ramin Nağdəliyev tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında iş üzrə icraat başlanması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında Biləsuvar rayon prokurorunun nümayəndəsi X3 Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X16 barəsində qanunauyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X16 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təkzib edərək göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 602 saylı sərəncamı ilə təsdiq olunmuş “2019-2030 illər üçün Azərbaycan Məşğulluq strategiyası”nın əsas məqsədlərindən biri aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirməsi və səmərəliliyinin artırılması, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi ilə bağlı 10 yanvar 2019-cu il tarixdə Biləsuvar Şəhər İcra Hakimiyyəti, digər tərəfdən Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatı və “X32” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında saziş bağlanmışdır. Həmin sazişin icrası ilə bağlı “X32” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə götürülmüş işçilər Biləsuvar Şəhərunin təmizlik, abadlıq və yaşıllaşdırılma işlərinə Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının nəzarəti altında cəlb olunmuşlar. Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının ümumi 60 ştat işçisi vardır, lakin “X32” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ayrılmış işçi sayının kvotası 316 işçidən ibarətdir. “X32” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işə götürülmüş və Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatına təhkim edilmiş işçilərin iş yeri, yəni abadlıq, təmizlik və yaşıllaşdırma işləri adətən Biləsuvar şəhərunda yaşadıqları ərazi vahidləri üzrə bölüşdülürmüşdür. O, Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının rəisi kimi 31 yanvar 2024-cü il tarixdə qəbul etdiyi əmrlə İsayeva X9 Şəhəru Xırmandalı kəndinə təhkim edilmiş və onun işə davamiyyəti, texniki təhlükəsizliyi Biləsuvar Şəhər İcra Hakimiyyəti başçısının Xırmandalı inzibati ərazi dairəsi üzrə nümayəndəsinə həvalə edilmişdir. Zərərçəkmiş şəxs 28 fevral 2024-cü il tarixdə Biləsuvar Şəhəru Xırmandalı kəndi ərazisində yol kənarında təmizlik işlərini apararkən oradakı boş kanala yıxılaraq ayağından sınıq xəsarəti almışdır. Bununla bağlı Xırmandalı İƏD üzrə nümayəndəsi ona yazılı məlumat vermiş və bunun əsasında o həmin gün X12 iş yerində bədbəxt hadisə ilə bağlı məlumat vermişdir. 10 yanvar 2019-cu il tarixli sözügedən üçtərəfli sazişdə işçilərin texniki təhlükəsizlik və təchizat məsələləri Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatına həvalə edilsə də, bunun normativi və maliyyə mənbəyi müəyyən edilməmişdir. Bununla bağlı o, 19 dekabr 2023-cü il tarixdə “X32” MMC-nə müraciət etmiş, lakin müsbət cavab ala bilməmişdir. Belə ki, Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının ştat işçilərinə təmizlik, abadlıq və yaşıllaşdırma işlərini görməkdən ötrü Maliyyə Nazirliyinin İ-86 əmri ilə müəyyən edilmiş normativlər mövcuddur. Maliyyə Nazirliyinin İ-86 əmri ilə müəyyən edilmiş normativə uyğun olaraq bağbanlara fəhlə kostyumu, botinka, süpürgəçilərə xalat, jilet, kaloş, rezin önlük və s. xüsusi geyim vasitəsi nəzərdə tutulmuşdur. “X32” MMC tərəfindən əmək müqaviləsi bağlanmış, lakin Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatına həvalə edilmiş işçilərinin xüsusi geyim formasının verilməsi nəzərdə tutulmamış, eyni zamanda normativlər müəyyən edilmədiyindən Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən təchizatı mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı” nın tətbiqi Qaydalarının təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarında və “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısı” nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarında əmək şəraitinin ağır və zərərli olduğu, ağır istehsalat amillərinin olduğu peşələrin və vəzifələrin siyahısı dəqiqliklə göstərilmişdir. Qərarda “Əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı DÜST 12.4.011-89 DÜST”-ün 2.1, 2.4-cü bəndlərinin tələblərinin pozulduğu və əməyin mühafizəsi ilə bağlı mühafizə vasitələrinin verilmədiyi qeyd edilir. Nəzərinizə çatdırıram ki, Biləsuvar rayon prokurorluğu mövcud qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq istinad etdiyi əməyin mühafizəsi ilə bağlı Zərərçəkmiş şəxs işlədiyi işə aid olan və işçinin təmin edilməli olduğu hansı mühafizə vasitələrini nəzərdə tutduğunu qəbul etdiyi qərarında qeyd etməlidir. Belə ki, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olan heç bir vəzifə təlimatı mövcud deyildir. Ona görə də Biləsuvar rayon Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixdə barəsində İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul etdiyi qərarın əsassız olduğunu və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş X20 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs, X13, X21, X4, Birinci Qarabağ müharibəsi şəhidinin arvadı X18 “X32” MMC-də fəhlə işləyirlər və onlar Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatına təhkim olunmuşlar. Həmin şəxslər Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının rəisinin şifahi göstərişi ilə kəndlərə təmizlik işlərinə cəlb edilmişlər. Həmin şəxslərdən Birinci Qarabağ müharibəsi şəhidinin arvadı X18 ümumiyyətlə işə gəlmir və bu barədə Biləsuvar Şəhər İcra Hakimiyyəti başçısının məlumatı var. 2023-cü ilin təxminən mart ayından Zərərçəkmiş şəxs, X13, X21, X1 Şəhər Xırmandalı kəndi ərazisində magistral yolun kənarını zibillərdən təmizləyirlər. Onun vəzifə səlahiyyətlərinə aid olmasa da, öz hesabına hər səhər həmin işçiləri icra namayəndəliyinin inzibati binasının qarşısından öz avtomobili ilə götürüb Xırmandalı kəndində yol kənarında düşürür və onlar orada işləyirlər. Həmin “X32” MMC-nin işçilərinin işinə Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının işçisi olmadığından o özü ara-sıra əraziyə gedib onların işlərinə nəzarəti həyata keçirir. Eyni zamanda, “X32” MMC-nin işçilərinin əmək funksiyasına, texnikitəhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarətin həyata keçirilməsi onun vəzifələrinə aid deyildir. 28 fevral 2024-cü il tarixdə təxminən saat 10 radələrində Mübariz Həsənov ona zəng edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs yol kənarında ayağı sürüşüb qurumuş xəndəyə yıxılmış və ayağı sınmışdır. O, dərhal həmin yerə getmiş və X31 avtomobili çağıraraq Zərərçəkmiş şəxs Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb tibbi yardım göstərilməsini təmin etmişdir. Həmin gün Zərərçəkmiş şəxs ayağında altı ağ rəngdə idman tipli altı düz və hamar olan ayaqqabı olmuşdur. Hesab edir ki, İlhamə İsayevə kök olduğu üçün ayağı sürüşüb xəndəyə yıxılarkən ayağı altında qalaraq sınmışdır. Zərərçəkmiş şəxs ilə qohumluq münasibəti, düşmənçilik və ədavəti yoxdur. Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən həmin işçilərin Xırmandalı kəndində işləmələri nəzərdə tutulsa da, həmin idarə tərəfindən rəsmi qaydada onların işinə nəzarəti həyata keçirən şəxs olmamışdır. Bundan başqa, “X32” MMC-nin həmin işçilərinə heç vaxt xüsusi geyim vasitələri, fərdi mühafizə vasitələri verilməmişdir. O, bu barədə Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatına bildirsə də, həmin vasitələrin verilməsi nəzərdə tutulmadığı bildirilmişdir. O, dəfələrlə öz şəxsi vəsaiti hesabına həmin işçilərə əlcək alıb vermişdir. Bundan başqa, o dəfələrlə tələb edəndən sonra Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatı tərəfindən iş öncəsi təlimatın qeydiyyatına, əməyin təhlükəsizliyinin öyrənilməsinə nəzarət vərəqəsi verilmiş və işçilər tərəfindən imzalanmışdır. O, şifahi qaydada işçilərə bildiyi texniki təhlükəsizlik qaydalarını izah etmiş, lakin onun belə bir vəzifə öhdəliyi yoxdur. Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının rəisinin izahatına əlavə etdiyi özünün xx.xx.2024-cü il tarixli 5-39-29/3-2- 08/2024 nömrəli əmri ona təqdim olundu, həmin əmri ilk dəfədir ki görür, onu həmin əmrlə tanış etməyiblər və buna dair hər hansı sənədə imza etməyib. Onun icra nümayəndəsi kimi öz vəzifə öhdəliyi var, həmin işçilərə nəzarəti həyata keçirmək Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının vəzifəli şəxslərinin vəzifə öhdəliyidir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs ərizəsində göstərmişdir ki, o, 26 aprel 2023-cü il tarixdə "X32" Məhdud Məsuliyyətli Cəmiyyətinə təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə fəhlə köməkçi işinə qəbul edilərək, Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatına təhkim edilmişdir. Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatı isə onun iş yeri qismində Biləsuvar Şəhər İcra Hakimiyyəti Başçısının Biləsuvar Şəhəru Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyini müəyyən etmişdir. 28 fevral 2024-cü il tarixdə, o, iş yerinə, Biləsuvar Şəhəru Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə gəldikdən sonra iş yoldaşları və icra nümayəndəsi X20 ilə birlikdə təmizlik işləri görmək üçün Ələt-Astara magistral yolunun kənarına gəlmişlər. Bundan sonra Rahib Hacıyev onlara görüləcək işlər barədə məlumat vermiş və təhlükəsizlik qaydalarına riayət etmələri barədə onları təlimatlandırmışdır. O, digər fəhlələrlə birgə Ələt-Astara magistral yolunun kənarında olan məişət tullantılarını toplayarkən, ehtiyatsızlıqdan onun ayağı büdrəmiş və yerə yıxılmışdır. Bunun nəticəsində o, sağ ayağından xəsarət aldığına görə X31 avtomobili vasitəsilə xəstəxanaya aparılmışdır. Biləsuvar Şəhər Mərkəzi Xəstəxanasınada olarkən ona "sınıq" diaqnozu qoyulmuşdur. Baş vermiş hadisə nəticəsində Biləsuvar rayon prokuroru tərəfindən Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının rəisi Ceyhun Həyatov barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə qərar qəbul olunmuş və baxılması üçün Biləsuvar rayon məhkəməsinə göndərilmişdir. O, prokurorluğun qərarı ilə razı deyildir Çünki hadisənin baş verməsində Ceyhun Həyatov təqsirkar deyildir. Belə ki, Ceyhun Həyatov dəfələrlə "X32ndən" onlara geyim vasitələri verilməsini istəsə də, həmin vasitələr onlara verilməmişdir. Halbuki, onu işəgötürən təşkilat "X32dir" və həmin təşkilat işçiləri geyim forması ilə tam şəkildə təmin etməli idi. O, Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının işçisi deyil, yalnız həmin təşkilatın yönləndirdiyi yerlərdə təmizlik işləri ilə məşğul olur. Bununla belə, Ceyhun Həyatov onu və digər işçiləri mütəmadi olaraq əməyin mühafizəsi ilə bağlı təlimatlandırmışdır. Hadisə baş verdiyi gün ayağında idman ayaqqabısı olmuş və buna görə də o, ehtiyatsızlıqdan yıxılıb xəsarət almışdır. O, hesab edir ki, Ceyhun Həyatov baş vermis hadisədə təqsirkar deyil, çünki həmin adam iş vaxtı onun yanında dayanıb, qolundan tutmalı deyildi və ya ona rezin ayaqqabı vermək onun işi deyildir. Buna baxmayraq hadisə baş verdiyi vaxtdan bu günədək Ceyhun Həyatov ona dəfələrlə yardım göstərmiş, müalicə xərclərini tam ödəmiş və daima onun qayğısına qalmışdır. Buna görə də o, Ceyhun Həyatovdan şikayətçi deyil, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bununla əlaqədar 28 fevral 2024-cü il tarixdə baş vermiş hadisədə Biləsuvar Şəhər Kommunal Müəssisələr Kombinatının rəisi Ceyhun Həyatovun heç bir təqsiri olmadığına görə Ceyhun Həyatovun məsuliyyətdən azad edilməsini və onun barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X8 İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. İş materiallarından görünür ki, Biləsuvar rayon prokurorunun böyük köməkçisi İİİ dərəcəli hüquqşünas X17 tərəfindən 29 mart 2024-cü il tarixdə «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı və «X32» Məhədud Məsuliyyətli Cəmiyyəti arasında «İşçi qüvvəsinin təmin edilməsinə dair saziş» imzalanmışdır. Həmin Sazişin 4.4-cü bəndində göstərilmişdir ki, X24 rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı birbaşa cavabdehdir. Bütün İşçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. Həmin Sazişin 5.1-ci bəndinə əsasən İcraçı İşçilərin İş X14 normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdir və aşağıdakı tədbirlərin həyata keçirilməsini mütləq şəkildə təmin etməlidir: İşçi Qüvvəsinin mütəmadi olaraq Əməyin Mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və Əməyin Mühafizəsinin təbliğini. İş materiallarında olan sorğulardan görünür ki, Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının rəisi Ceyhun Həyatov “X32” MMC-yə və Biləsuvar Şəhər Maliyyə İdarəsinə xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə müraciət eədərək işçilərin əmək funksiyalarının icrası üçün tələb olunan xüsusi geyim, inventarların normativə uyğun miqdarını və həmin təminatın maliyyələşmə mənbəyinin göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov tərəfindən imzalanmış 01 iyun 2021-ci il tarixli 89 saylı X2 01 iyun 2021-ci il tarixdən Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Biləsuvar şəhər KMK-nın xx.xx.2024-cü il tarixli 5-39-29/3-2- 08/2024 saylı əmrindən görünür ki, İsayeva X9 rayon İHB-nın Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təmizlik və abadlıq işəlrinin görülməsi üçün təhkim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsin 03 aprel 2024-cü il tarixli ekspert rəyində gstərilmişdir ki, «Zərərçəkmiş şəxs sağ baldır sümüklərinin yerini dəyişən qapalı sınığı müəyyən olundu, müəyyən olunun xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş şəraidə əmələ gələ bilməsi inkar olunmur, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Material üzrə təyin edilmiş əməyin mühafizəsinə dair texnik-təhlükəsizlik ekspertizasının 19 iyul 2024-cü il tarixli 3-16-16/2-10/5651 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs iş prosesi zamanı 50-90 sm dərinlikdə, 1.5 metr enində az maili qurumuş su kanalının kənarında hərəkət edərkən ayağının sürüşməsi hadisənin baş verməsinə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “əməyin mühafizəsi standartları sistemi. İşçilərin mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST”-ün 2.1, 2.4 bəndlərinin, “Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 4-cü bəndinin və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”ın 11-ci bəndinin tələbləri pozulmuşdur. Zərərçəkmiş şəxs iş prosesi zamanı daimi (və ya potensial) təsirli təhlükəli istehsalat zonasına aid olmayan və normativ aktların tələblərinə əsasən həmin dərinliyə dair hər hansı texniki tərkibli təhlükəsizlik tədbiri (məhəccərləmə, xəbəredici nişanın vurulması və s.) nəzərdə tutulmamış 50-90 sm dərinlikdə, 1.5 metr eniridə az mailli qurumuş su kanalının kənarında hərəkət edərkən öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»n 11-ci bəndinin tələbləri pozulmuşdur.Zərərçəkmiş şəxs təhlükəli və zərərli istehsalat amillərinin qarşısını alan və ya azaltmasını təmin edən mühafizə vasitələri ilə təmin edilmədən və biliklərinin yoxlanılması təşkil olunmadan işə buraxıldığına görə, «Əməyin mühafizəsi standartları sistemi. İşçiləri'- mühafizə vasitələri. Ümumi tələblər və təsnifatı. DÜST 12.4.011-89 DÜST»-ün 2.1, 2.4 bəndlərinin və «Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılmas haqqında nümunəvi əsasnamə»nin 4-cü bəndinin tələbləri sonuncunu işə qəbul etmiş təşkilat - vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaş(lar)ı tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Belə ki, İXM-in 18-ci maddəsinin tələblərinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və İXM-in 18.2.1-18.2.3cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İXM-in 18.3-cü maddəsinə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İXM-in 18.5-ci maddəsinə əsasən həmin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İXM-in 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyəti, Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı və «X32» Məhədud Məsuliyyətli Cəmiyyəti arasında «İşçi qüvvəsinin təmin edilməsinə dair saziş» imzalanmışdır. Həmin Sazişə əsasən işəgötürən qismində «X32» Məhədud Məsuliyyətli Cəmiyyəti ilə əmək müqaviləsi bağlamış işçilərin təmizlik və abadlıq işlərinin görülməsi üçün "xxxx" qismində Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatına təhkim edilməsi və işçi qüvvəsinin Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçının, yəni Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının birbaşa cavabdeh olduğu, bütün işçilərin İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərdiyi qeyd edilmişdir. Lakin qeyd olunan Sazişdə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatının işçilərin normal əmək şəraitinin təşkilinə cavabdeh olması göstərilsə də, abadlıq və təmizlik işlərinin görülməsi ilə əlaqədar işçilərin əmək şəraitinin təhlükəsizliyinin təmin edilməsi üçün işçilərin xüsusi texniki vasitələrlə (fəhlə kostyumu, botinka, süpürgəçilərə xalat, jilet, kaloş, rezin önlük və s.) təmin edilməsi və həmin vəasitələrin maliyyələşmə mənbəyi göstərilməmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs ilə Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı arasında əmək müqaviləsi bağlanmamışdır. Ona görə də Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı işçi olaraq Zərərçəkmiş şəxs işəgötürəni hesab edilmədiyindən, onlar arasında əmək müqaviləsinin olmaması tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətinin yaranmasını da istisna edir. Azərbaycan Respublikası Əmək Məcəlsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi sərbət bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-ci maddəsinin 2-ci bəndinin tələbinə görə əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: … e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri- iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; Əmək qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri nəzərə aılnmaqla Biləsuvar şəhər Kommunal Müəssisələri Kombinatı ilə Zərərçəkmiş şəxs arasında əmək müqaviləsinin olmaması, eyni zamanda onların qarşılıqlı hüquq və vəzifələrinin yaranmasını da istisna edir. Ona görə də məhəkəmə belə hesab edir ki, Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X8 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatının rəisi X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X25

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar