Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-967/2024 28.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu İsmətli kəndində yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şəxs idarə etdiyi ** BD *** dövlət qeydiyyat nişanlı “VAZ-21011” markalı avtomobilə müvafiq standartlara uyğun olmayan çoxavazlı səs siqnalı (xüsusi sayrışan işıq siqnalları, ölçmə cihazlarının işinə mane olan antiradar) və dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və qurğulardan istifadə edilməsi müəyyən edilmişdir.Qeyd olunanlara əsasən Şəxs barəsində Biləsuvar Rayon Polis X4 Patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında İXM-in 342.9-cu maddəsi ilə özünü təqsirli bilərək hazırda əməlindən peşiman olduğunu, bir də belə əməllərə yol verməyəcəyini göstərmişdir. Ona görə də barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı Biləsuvar Rayonu Yol Patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən İXP seriyalı № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları (xüsusi sayrışan işıq siqnalları, ölçmə cihazlarının işinə mane olan antiradar) və dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və qurğulardan istifadə etməklə idarə etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs əməli düzgün olaraq İXMin 342.9-cu maddəsi ilə tövsüf edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən hallar onun əməlindən səmimi peşmançılığı, ailədə yeganə qazanc gətirən olmasıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar isə yoxdur. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM- 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətaların törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə işin bütün hallarını nəzərə alaraq belə hesab edir ki, Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh təyin edilməsi daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən Şəxs barəsində müvafiq standartlara uyğun olmayan çoxavazlı səs siqnalı (xüsusi sayrışan işıq siqnalları, ölçmə cihazlarının işinə mane olan antiradar) və dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtük və qurğular müsadirə edilməklə 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-967/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-967/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver