Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-969/2024 26.11.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (məhkəmə iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və nümayəndəsi Vəkil iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində kəndində qeydiyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, ev 18, mənzil 20-də yaşayan, Şəxs barəsində Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 06 oktyabr 2024-cü il tarixdə, 1 ədəd “Beretta” markalı, 12 çaplı, WİPT- 19860YM11K nömrəli, 1 ədəd “Benelli” markalı, 12 çaplı, M810815R/C12043477H nömrəli və 1 ədəd “Benelli” markalı, 12 çaplı, M782012H/C1163771Q nömrəli və 1 ədəd “Winchester” markalı yivsiz lüləli ov silahını, cəmi 4 ədəd silahı qanunsuz olaraq X3 vətəndaşları X14 X13, X6 Almehrzi, X10 Alketbi və X11 Almazrouei adlı şəxslərə icarəyə verməklə, mülki silahın saxlanılması, daşınması və ya satılması qaydalarını pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında göstərdi ki, o, Biləsuvar rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi vəzifəsində işləyir. 06 oktyabr 2024-cü il tarixdə, İsmayılov X1 rayonu, Arazbari kəndində, “Azərsun Holdinq” məhdud məsuliyyətli cəmiyyətinə məxsus torpaqlarda qanunsuz ov edilməsinin qarşısının alınması məqsədi ilə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə birlikdə keçirilmiş reydlər zamanı həmin ərazidə X14 X13, X6 Almehrzi, X10 Alketbi və X11 Almazrouei adlı X3 vətəndaşlarının müvafiq icazə almadan və qadağan edilmiş vaxtda ov etdikləri aşkar edilmişdir. Həmin şəxslər barəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma nəticəsində həmin xarici ölkə vətəndaşlarına 4 ədəd ov silahını Cəbrayıl rayonunda qeydiyyatda olan Şəxs verdiyi məlum olmuşdur. Buna görə də həmin şəxs barəsində o, mülki silahın saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi, ev 18, mənzil 20-də yaşayır. O, ov həvəskarı olduğuna görə xüsusi icazə əsasında istifadə etdiyi özünə məxsus olan 4 ədəd ov silahı vardır. 06 oktyabr 2024cü il tarixdə yaxın dostu X3 vətəndaşları olan 4 nəfər şəxsin ov etmək üçün Azərbaycana gəldiklərini bildirmiş və özündə olan ov silahlarını həmin şəxslərə icarəyə verməsini xahiş etdiyinə görə o, həmin silahları həmin şəxslərə icarəyə vermişdir. O, həmin tüfəngləri yalnız müstəsna hallarda və tanıdığı şəxslərə icarəyə versə də, yaxın dostu xahiş etdiyinə görə o, əməlinin mahiyyətini dərk etməyərək, qeyd edilən silahları əcnəbi vətəndaşlara icarəyə vermişdir. O, hazırda əməlindən peşimandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi Vəkil da eyni məzmunda ifadə verərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan 06 oktyabr 2024-cü il tarixli aktdan görünür ki, Biləsuvar rayonu, Arazbari kəndində, “Azərsun Holdinq” məhdud məsuliyyətli cəmiyyətinə məxsus torpaqlarda qanunsuz ov edilməsinin qarşısının alınması məqsədi ilə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları ilə birlikdə keçirilmiş reydlər zamanı həmin ərazidə X14 X13, X6 Almehrzi, X10 Alketbi və X11 Almazrouei adlı X3 vətəndaşlarının müvafiq icazə almadan və qadağan edilmiş vaxtda ov etdikləri aşkar edilmişdir. Həmin şəxslərdən götürülmüş 1 ədəd “Beretta” markalı, XA- 040858/B041043 nömrəli 12 çaplı silah 1 ədəd “Benelli” markalı WİPT-19860YM11K nömrəli 12 çaplı silah, 1 ədəd “Benelli” markalı, M810815R/C12043477H nömrəli 12 çaplı silah və 1 ədəd M782012H/C1163771Q nömrəli yivsiz lüləli ov silahı Biləsuvar rayon polis şöbəsin təhvil verilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını və himayəsində 3 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. İşin müəyyən edilmiş hallarından görünür ki, Şəxs ona məxsus olan ov silahlarının sahibi olaraq həmin silahları icarə hüququ ilə tanıdığı bir şəxsə vermişdir. Lakin həmin şəxs tərəfindən ov silahları X4 adı qeyd olunan vətəndaşlarına verilmişdir. İşin qeyd olunan halları Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsinin dispozisiya şərtlərinə uğun olaraq Şəxs məsuliyyətini müəyyən edən haldır. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində 1 ədəd “Beretta” markalı, 12 çaplı, WİPT-19860YM11K nömrəli, 1 ədəd “Benelli” markalı, 12 çaplı, M810815R/C12043477H nömrəli və 1 ədəd “Benelli” markalı, 12 çaplı, M782012H/C1163771Q nömrəli və 1 ədəd “Winchester” markalı yivsiz lüləli ov silahı müsadirə edilməməklə inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona məxsus 1 ədəd “Beretta” markalı, 12 çaplı, WİPT-19860YM11K nömrəli, 1 ədəd “Benelli” markalı, 12 çaplı, M810815R/C12043477H nömrəli və 1 ədəd “Benelli” markalı, 12 çaplı, M782012H/C1163771Q nömrəli və 1 ədəd “Winchester” markalı yivsiz lüləli ov silahları müsadirə edilməməklə barəsində 60 (altmış) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin hakimi Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-969/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-969/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver