Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-97/2023 24.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X4, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx.xx.1998-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar rayonu Günəşli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-1-ci maddəsi ilə Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Şəxs əsəbiləşərək xx.xx.2022-ci il tarixdə onu çəkmək istəyən X3 məxsus telefonu sındırmaqla ona maddi ziyan vurmuşdur. Bununla da, Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, qaynı Cəmil Qurbanov onun barəsində əsassız yalan və böhtan xarakterli şikayət edib və barəsində qeyri-qanuni qərar qəbul olunub, həmin qərarla razı deyildir. О, Cəmil Qurbanovun telefonunu qəsdən vurub sındırmamışdır, она эюря дя təkrar araşdırma aparılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, 25 oktyabr 2022-ci il tarixdə Biləsuvar rayon məhkəməsində olarkən qardaşı Şamxalın keçmiş arvadı Şəxs uşaqları ilə görüşməsini özünə məxsus mobil telefonu ilə çəkməyə başlamışdır.Bu zaman Kifayət onun üzərinə hücum edərək mobil telefonu əlindən almış və yerə çırpmışdır. Nəticədə mobil telefonu yararsız hala düşmüşdür. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 232-1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət tərkibи olmadığına görə Biləsuvar Rayon Polis Şöbəsinin icraatında olan materiallar üzrə cinayət işiнин başlanması rədd olunmuş, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat açılması məsələsinə baxılması üçün material üzrə qəbul edilmiş qərarın surətinin Biləsuvar Rayon Polis X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan иnzibati хəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs əsəbiləşərək onu çəkmək istəyən X3 məxsus telefonu sındırmaqla ona maddi ziyan vurmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, X3 dəymiş maddi ziyanın dəyəri 300 manat təşkil edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İşin hallarını və Şəxs təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göründüyü kimi, Şəxs qeyd edilən əməli törətməsi «ъinayət işinin başlanmasının rədd edilməsi haqqında» 04 noyabr 2022-ci il tarixli qərarda izahatlarla təsdiqini tapsa da, həmin qərar hazırkı vaxta kimi Şəxs tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair“ 02 noyabr 2016-cı il tarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı göstərilmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislinədək məbləğdə - 300 (üç yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(022)-97/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-97/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver