Məhkəmə qərarları › İş №3(022)-970/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-970/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-970/2024 15.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 29 avqust 1990-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu Xırmandalı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayan Pərvin Əsədovanın əri Famil tərəfindən narahat olunması barədə izahatı alınarkən Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X6 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Azərbaycan Respublikasının DİN-in 102 xidməti-zəng mərkəzinə daxil olmuş Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayan Pərvin Əsədovanın əri Famil tərəfindən narahat olunması ilə bağlı məlumat əsasında əməliyyat qrupunun üzvləri NMQ-nun əməliyyat müvəkkili, polis nəfəri Elçin Əsədov, PPXB-nin polis nəfəri, polis serjantı Orxan Sənani və PPXB- nin polis nəfəri polis baş serjantı Şükür Əzizbəyli ilə birlikdə qeyd olunan ünvanda olmuşlar. Bu zaman Pərvin Əsədovanın izahatı alınarkən əri Şəxs küçədə əsəbi halda nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Şəxs dəfələrlə irad bildirməylərinə baxmayaraq o polisin qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də Şəxs barəsində qanuni tədbir görülməsi üçün polisin qanuni tələbinə tabe olmadığı üçün ona qarşı fiziki güç tətbiq olunaraq və həmin şəxsin barəsində müvafiq tədbir görülməsi üçün RPŞ-nə gətirilərək NH-də təhvil verilmişlər. Hazırkı hadisə ilə əlaqədar Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları qəbul etmədiyini, əsəbi olduğu üçün ucadan danışsa da, nalayiq ifadə işlətmədiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Azərbaycan Respublikasının DİN-in 102 xidməti-zəng mərkəzinə daxil olmuş Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayan Pərvin Əsədovanın əri Famil tərəfindən narahat olunması ilə bağlı məlumat əsasında əməliyyat qrupunun üzvləri NMQ-nun əməliyyat müvəkkili, polis nəfəri Elçin Əsədov, PPXB-nin polis nəfəri, polis serjantı Orxan Sənani və PPXB- nin polis nəfəri polis baş serjantı Şükür Əzizbəyli ilə birlikdə qeyd olunan ünvanda olmuşlar, Bu zaman Pərvin Əsədovanın izahatı alınarkən əri Şəxs küçədə əsəbi halda nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Şəxs dəfələrlə irad bildirməylərinə baxmayaraq o polisin qanuni tələbinə tabe olmamışdır Şəxs nizam-intizama dəvət etmiş, lakin onu dəfələrlə nizam intizama dəvət etsələr də, sonuncudan qanunsuz hərəkətlərinə son qoymasını tələb etsələr də, həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. O, polisin qanuni tələbinə tabe olmadığı üçün ona qarşı fiziki güç tətbiq olunaraq həmin şəxsin barəsində müvafiq tədbir görülməsi üçün RPŞ-nə gətirilərək NH-də təhvil verilmişlər. Məhkəmə iclasında şahid X7 və şahid X4 şahid X5 ifadəsi ilə eyni məzmunu ifadə veərərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İşdə olan 15 oktyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 15 oktyabr 2024-cü il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuş və 15 oktyabr 2024-cü il tarixdə saat 17:40-da azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin əvvəli 15 oktyabr 2024-cü il tarixdən saat 18:55-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar