Məhkəmə qərarları › İş №3(022)-970/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-970/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-970/2025 22.10.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində xx.xx.2025-ci il tarixli, EQ 27886373 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 manat məbləğində məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şəxs yuxarıda göstərilən həmin qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Biləsuvar rayon Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edimiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin “Asan Pay” portalının çıxarışıdan görünür ki, Şəxs inzibati xəta haqqında qərar üzrə cərimə və dəbbə pulunu ödəmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunmalı və həmin şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 38,53,106,109,-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad olunsun və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nüsrət Mirzəyev AZƏRBAYCAN RESPUBLİKASİ BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ AZ1300, Biləsuvar şəhəri, Nəriman Əlizadə küçəsi 1mailto:contact@bilasuvarcourt.gov.azElektron ünvan Tel/Faks: (0 25) 295 22 14 İş № 3(022)-970/2025 22 oktyabr 2025-ci il Biləsuvar RPŞ-nin rəisi Polis polkovniki cənab Nəsib Məmmədova Biləsuvar Rayon Məhkəməsinin hakiminin 22 oktyabr 2025-ci il tarixli 3(022)- 970/2025 saylı qərarı Sizə göndərilir. Qoşma: 02 səhifədə Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar