Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-976/2023 09.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1978-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyatda olan və ünvan 2da yaşayan X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 482.1-ci maddəsi ilə Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Biləsuvar Gömrük İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/3-1- 001042/2023 saylı raportdan görünür ki, Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda birlikdə sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşları X7 və Şəxs piyada keçid xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olmuşlar. İlk öncə X7 gömrük nəzarətinə yazılı qaydada **********625 nömrəli sadələşdirilmiş bəyannamə ilə dərman vasitələri, 24 ədəd “Red Bull” enerji içkisi, 30 kq qarışıq ərzaq malları, 200 ədəd siqareti bəyan etmişdir. Daha sonra əl yüklərini “Heiman X-Ray” markalı rentgen yük yoxlama qurğusunda yerləşdirmişdir. Bu zaman X4 yoxlanılması üçün rentgen qurğusuna qoyduğu 1 ədəd qara selofan torbanın içərisindəki yağ qutusunun üzərində dərman vasitələrinin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Bundan sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetlərin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetlərin olmadığını, əl yüklərində **********625 nömrəli sadələşdirilmiş bəyannamə ilə bəyan etdiyi malların olduğunu bildirmişdir. Sonra hal şahidləri dəvət edilib onun əl yükləri yoxlanılmışdır. Yoxlama zamanı 1 ədəd qara selofan torbanın içərisindəki yağ qutusunun üzərində gömrük nəzarətinə yazılı qaydada bəyan edilməyən 5 ədəd üzərində “MASPORT 500, PURİFİED CLOSTRİDİUM BOTULİNUM TYPE A,500 UNİTS/VİAL FOR İM İNJECTİON” yazısı olan dərman preparatları aşkar edilmişdir. Daha sonra Şəxs gömrük nəzarətinə yazılı qaydada **********631 nömrəli sadələşdirilmiş bəyannamə ilə dərman vasitələri, 24 ədəd “Red Bull” enerji içkisi, 20 kq qarışıq ərzaq malları, 200 ədəd siqareti bəyan etmişdir. Bundan sonra əl yüklərini “Heiman X-Ray" markalı rentgen yük yoxlama qurğusunda yerləşdirmişdir. Bu zaman Şəxs yoxlanılması üçün rentgen qurğusuna qoyduğu 1 ədəd qara selofan torbanın içərisindəki yağ qutusunun üzərində dərman vasitələrinin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Bundan sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetlərin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetlərin olmadığını, əl yüklərində **********631 nömrəli sadələşdirilmiş bəyannamə ilə bəyan etdiyi malların olduğunu bildirmişdir. Yoxlama zamanı 1 ədəd qara selofan torbanın içərisindəki yağ qutusunun üzərində gömrük nəzarətinə yazılı qaydada bəyan edilməyən 5 ədəd üzərində “MASPORT 500, PURİFİED CLOSTRİDİUM BOTULİNUM TYPE A, 500 UNİTSA/İAL FOR İM İNJECTİON” yazısı olan dərman preparatları aşkar edilmişdir. Biləsuvar Gömrük İdarəsinin 14 sentyabr 2023-cü il tarixli № 01200-00199/23 saylı EP № ******* inzibati xəta haqqında Protokola əsasən xx.xx.2023-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə Naxçıvan Muxtar Respublikası-Bakı marşurutu üzrə hərəkət edən avtobusda birlikdə sərnişin qismində gələn Azərbaycan Respublikası vətəndaşları X7 və Şəxs piyada keçid xətti ilə gömrük nəzarəti həyata keçirilən salona daxil olmuşlar. İlk öncə X7 gömrük nəzarətinə yazılı qaydada **********625 nömrəli sadələşdirilmiş bəyannamə ilə dərman vasitələri, 24 ədəd “Red Bull” enerji içkisi, 30 kq qarışıq ərzaq malları, 200 ədəd siqareti bəyan etmişdir. Daha sonra əl yüklərini “Heiman X-Ray" markalı rentgen yük yoxlama qurğusunda yerləşdirmişdir. Bu zaman X4 yoxlanılması üçün rentgen qurğusuna qoyduğu 1 ədəd qara selofan torbanın içərisindəki yağ qutusunun üzərində dərman vasitələrinin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Bundan sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetlərin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetlərin olmadığını, əl yüklərində **********625 nömrəli sadələşdirilmiş bəyannamə ilə bəyan etdiyi malların olduğunu bildirmişdir. Sonra hal şahidləri dəvət edilib onun əl yükləri yoxlanılmışdır. Yoxlama zamanı 1 ədəd qara selofan torbanın içərisindəki yağ qutusunun üzərində gömrük nəzarətinə yazılı qaydada bəyan edilməyən 5 ədəd üzərində “MASPORT 5OO, PURİFİED CLOSTRİDİUM BOTULİNUM TYPE A, 500 UNİTS/VİAL FOR İM İNJECTİON” yazısı olan dərman preparatları aşkar edilmişdir. Daha sonra Şəxs gömrük nəzarətinə yazılı qaydada **********631 nömrəli sadələşdirilmiş bəyannamə ilə dərman vasitələri, 24 ədəd “Red Bull” enerji içkisi, 20 kq qarışıq ərzaq malları, 200 ədəd siqareti bəyan etmişdir. Bundan sonra əl yüklərini “Heiman X-Ray” markalı rentgen yük yoxlama qurğusunda yerləşdirmişdir. Bu zaman Şəxs yoxlanılması üçün rentgen qurğusuna qoyduğu 1 ədəd qara selofan torbanın içərisindəki yağ qutusunun üzərində dərman vasitələrinin təsvirinə oxşar təsvirin olması qurğunun müşahidə monitorunda əks olunmuşdur. Bundan sonra onunla sadələşdirilmiş bəyannamənin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Onun əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetlərin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində əl yüklərində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetlərin olmadığını, əl yüklərində **********631 nömrəli sadələşdirilmiş bəyannamə ilə bəyan etdiyi malların olduğunu bildirmişdir. Yoxlama zamanı 1 ədəd qara selofan torbanın içərisindəki yaq qutusunun üzərində gömrük nəzarətinə yazılı qaydada bəyan edilməyən 5 ədəd üzərində “MASPORT 500, PURİFİED CLQSTRİDİUM BOTULİNUM TYPE A, 500 UNİTS/VİAL FOR İM İNJECTİON" yazısı olan dərman preparatları aşkar edilmişdir. Qeyd olunan faktla bağlı Şəxs barəsində Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı X5 tərəfindən 14 sentyabr 2023cü il tarixdə İXM-in 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs əməlini səmimi etiraf edərək barəsində yüngül cəza verilməsiuni xahiş etdi. İnizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli № 19/808 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “MASPORT 500 X1 Type A Toxin-Haemagglutininn Comolex 500 Units/vial” yazıları olan kosmetik vasitənin (botoks) xx.xx.2023-cü il tarixə 1 ədədinin orta bazar qiyməti təxminən 80.00 manat, 10 ədədinin qiyməti isə 800.00 manat müəyyən edilmişdir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş üzərində “MASPORT 500, PURİFİED CLQSTRİDİUM BOTULİNUM TYPE A, 500 UNİTS/VİAL FOR İM İNJECTİON" yazısı olan dərman preparatları müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-976/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-976/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver