Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-990/2024 21.10.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Hakim Rəsulova Mədinə Camal qızı, Abdullayev Vüsal Ramiz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1974-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, təsərrüfatla məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 22:22 radələrində, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq əssasız çağırışlar edərək polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyərək və söyüş söydüyü zaman xəstəxananın inzibati həyətində olmuşdur, davamlı olaraq ictimai qaydanı pozan hərəkətlərə yol vermiş və cəmiyyətə açıqaşkar hörmətsizlik nümayiş etdirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İnzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahatında göstərdi ki, o, Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi vəzifəsində işləyir. X3 bildirdi ki, vətəndaş Şəxs 08 oktyabr 2024-cü il tarixdə il saat 22:22 radələrində, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq əsasız çağırışlar edərək polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyərək və söyüş söydüyü zaman xəstəxananın inzibati həyətində olmuşdur, davamlı olaraq ictimai qaydanı pozan hərəkətlərə yol vermiş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. O, araşdırma zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibinin olmasını müəyyən etmiş və buna görə də o, Şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, göstərdi ki, 08 oktyabr 2024-cü il tarixdə ailəsi ilə birlikdə toydan gələn zaman oğlunun arvadının sağlamlıq vəziyyəti pisləşmiş və onlar təcili xəstəxanaya getmişlər. Həmin gün baş verənlərdən narahatçılıq keçirib toyda baş vermiş dava-dalaşın araşdırılması üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, polislər gəlmədiyi üçün gərgin vəziyyətdə olması səbəbilə nalayiq ifadələr işlətmişdir. Əməlindən peşman olduğunu bildirdi. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: “İnzibati qaydada tutma haqqında” 21 oktyabr 2024-cü il tarixli AZA seriyalı 020105 nömrəli protokoldan görünür ki, Şəxs 21 oktyabr 2024-cü il tarixdə saat 13:40 radələrində inzibati qaydada tutulmuşdur. “Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” 21 oktyabr 2024-cü il tarixli AZA seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsiyyət vəsiqəsi və telefonu aşkar edilərək götürülmüş və növbətçi hissəyə təhvil verilmişdir. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 21 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardaddan görünür ki, İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən tərtib edilmiş protokola baxılması məhkəmənin səlahiyyətinə aid olduğu üçün, iş materialları baxııması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında” 21 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 oktyabr 2024-cü il tarixdə, saat 22:22 radələrində, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq əsassız çağırışlar edərək polis əməkdaşlarının ünvanına nalayiq küçə söyüşləri söyərək və söyüş söydüyü zaman xəstəxananın inzibati həyətində olmuşdur, davamlı olaraq ictimai qaydanı pozan hərəkətlərə yol vermiş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdiyi üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 1 ədəd CD diskə baxış keçirilərkən, Şəxs tərəfindən ünvansız olaraq nalayiq ifadələrinin işlədildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs yaşını, 08 oktyabr 2024-cü il tarixdə baş vermiş ailədaxili mübahisələr nəticəsində yaxın qohumu olan oğlunun gəlninin səhhətinin ağır olmasından yaranan psixoloji gərginliyini, əməlindən peşman olmasını, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Məhkəmə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki Şəxs həmin tarixdə saat 13.40-da inzibati qaydada tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və onun barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-990/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-990/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver