Məhkəmə qərarları › İş №3(022)-994/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-994/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-994/2023 05.10.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X9, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1979-cu ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Əliabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(022)-50/2023 saylı icra sənədinə əsasən 23 dekabr 2007-ci il təvəllüdlü X7 və 25 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 100 (yüz) manat olmaqla, ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Şəxs Qaibğa oğlundan alınıb X4 verilməsi qət edilmişdir. Borclu icra sənədində göstərilən və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 05 oktyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(022)-50/2023 saylı icra sənədi ilə 23 dekabr 2007-ci il təvəllüdlü X7 və 25 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 100 (yüz) manat olmaqla, ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment Şəxs Qaibğa oğlundan alınıb X4 verilməsi qət edilmişdir. Lakin borclu hazırkı vaxta cəmi borcu 1802 (min səkkiz yüz iki) mant təşkil edir. Zərərçəkmiş şəxs X8 isə Şöbəyə dəfələrlə müraciət edərək icra səınədinin icrasının tezliklə təmin edilməsini tələb edir. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsın barəsində qanunla nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(022)- 50/2023 saylı icra sənədinə əsasən ondan 1802 manat məbləğdə pul vəsaiti tutularaq X4 ödənilməlidir. Hal hazırda işsiz olması ilə əlaqədar borcunu tam ödəməmişdir. Lakin yaxın vaxtlarda ödəniş etməyə davam edəcəkdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından müəyyən olunur ki, Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(022)-50/2023 saylı icra sənədi ilə 23 dekabr 2007-ci il təvəllüdlü X12 və 25 aprel 2013-cü il təvəllüdlü X10 anaları X2, 03 oktyabr 2010-cu il təvəllüdlü X5 atası Şəxs Qaibğa oğlunun yanında saxlanılması, 23 dekabr 2007-ci il təvəllüdlü X7 və 25 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər uşağa görə hər ay 100 (yüz) manat olmaqla, ayda cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Şəxs Qaibğa oğlundan alınıb X4 verilməsi qət edilmişdir. İş materiallarına əsasən icra məmuru tərəfindən Biləsuvar Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli 2(022)-50/2023 saylı icra sənədi üzrə 22 fevral 2023-cü il tarixli qərara əsasən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş və bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edirəm ki, İXMin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X19

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar