Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-998/2025 14.11.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs – Ünvan: Cəlilabad şəhəri Nizami ev 94 (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 2-ci Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1500/012/002872 saylı raportdan görünür ki, idxalatçı Şəxs MMC-nin adına Pakistan İslam Respublikasından CİCU49590223 (barkod: **********04835) nömrəli konteynerlə yük xx.xx.2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsinin ərazisinə daxil olmuşdur. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi GMnin 149.3 maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi təqdim edilməmişdir. X3 İdarəsi Rəsmiləşdirmə Mərkəzinin 2-ci Bölməsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33-1500/012/002873 saylı raportdan görünür ki, idxalatçı Şəxs MMC-nin adına Çin Xalq Respublikasından MİSU5031975 (barkod:**********04495) konteynerlə yük xx.xx.2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsi ərazisinə daxil olmuşdur. İdxal olunan yüklərə dair gömrük bəyannaməsi GM-nin 149.3 maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli olduğu halda, qeyd olunan yükə aid gömrük bəyannaməsi təqdim edilməmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-in 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına daxil olan mallara dair **********5051 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2025-ci ildə elektron formada gömrük orqanına təqdim edilmiş, lakin həmin mallara dair **********4038 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə gömrük orqanına təqdim edilmiş və həmçinin Şəxs MMC-nin ünvanına daxil olan mallara dair **********5051 sorğu nömrəli qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixdə elektron formada gömrük orqanına təqdim edilmiş, lakin həmin mallara dair **********5986 sorğu nömrəli gömrük bəyannaməsi xx.xx.2025-ci il tarixdə gömrük orqanına təqdim edilmişdir. Qeyd olunan faktlarla bağlı Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsində xx.xx.2025-ci il tarixdə Şəxs MMC-in barəsində 01200-00564/25 və 01200- 00565/25 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Buna görə də Şəxs barəsində Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2025-ci il tarixdə İXM-in 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında № 01200-00564/25 EP № ******* saylı və № 01200-00565/25 EP № ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs MMC-in inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyanaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar ilə ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 saylı qərarına görə fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmilşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-in: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşin hallarını və Şəxs MMC-nin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Azərbaycan Respublikası DGK Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsi tərəfindən tərtib olunmuş № 01200-00564/25 EP № ******* saylı və № 01200-00565/25 EP № ******* saylı protokollar üzrə Şəxsnə İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs № 01200-00564/25 EP № ******* saylı və № 01200-00565/25 EP № ******* saylı inzibati xəta haqqında protokollar üzrə İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə 300 (üç yüz) manat cərimə inzibati tənbeh tədbiri təbiq olunsun. Azərbaycan Respublikası İXM-in 25.4 və 34.4-cü maddələrinin tələbinə əsasən təyin olunmuş cərimə inzibati tənbeh tədbirləri qismən toplanılmaqla hüquqi şəxs Şəxs MMC-yə qəti olaraq 400 (dörd yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5
Məhkəmə qərarları › İş №3(022)-998/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-998/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver