Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-1/2025 28.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, Səhiyyə Nazirliyi “X7” X17 nümayəndəsi Nümayəndə, X1 vəkili Qazax Rayon vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayət baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Qazax Rayon Məhkəməsinin (hakim E.Mansırov) 3(023)-357/2024 nömrəli, xx.xx.2024cü il tarixli, qərarına əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X9 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılması qərara alınmışdır. Qərardan narazı qalan Səhiyyə Nazirliyi Apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin (hakim Ə.Abdullayev) 3(104)-577/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən Apellyasiya şikayəti qismən təmin edilərək, X6 barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3(023)-357/2024 saylı qərarı ləğv edilmiş və İş yenidən araşdırılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o, Qazax şəhəri, H.Əliyev prospektində yerləşən “Sevinc” gözəllik salonunun sahibidir. 27 yanvar 2022-ci il tarixdə “Sevinc” gözəllik salonuna özünü Səhiyyə Nazirliyinin əməkdaşları olaraq təqdim edən şəxslər gəldiyini və salonda kimlərin fəaliyyət göstərdiyini soruşduğunu, o isə qadın bərbəri olaraq fəaliyyət göstərdiyini bildirib, VÖEN-də onlara təqdim etmişdir. Bundan sonra həmin şəxslər salonda fərdi olaraq fəaliyyət göstərən digər şəxsləri bir bir danışdırmış və getmişlər. Bir müddət sonra yəni 2024-cü ilin iyul ayında ona Qazax rayon İcra və Probasiya şöbəsindən ona ünvanlanmış məktubdan ona məlum olmuşdur ki, onun barəsində inzibati cərimə yazılmışdır. Ona heç bir inzibati xəta haqında protokol və inzibati tənbeh vermə haqqında qərar təqdim edilmədiyi üçün o, həmin məktubun nə olduğunu bilməmişdir. Ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş, 17 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə nazirliyindən 27 yanvar 2022-ci il tarixli inzibati xəta haqında protokol və inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətləri rəsmi qaydada ona təqdim edilmişdir. Bundan sonra qərar və protokolla tanış olduqda ona məlum olmuşdur ki, 27 yanvar 2022-ci il tarixli inzibati xəta haqında protokol qeyd edilir ki, guya ünvan 2 ünvanında yerləşən “Sevinc” gözəllik salonunda 27 yanvar 2022-ci il tarixdə saat 10:40-da aparılan plandan kənar yoxlama zamanı X6 lisenziya olmadan özəl tibbi fəaliyyətlə (kosmetoloji) məşğul olması aşkarlanmışdır. Onu da qeyd etmişdir ki, gözəllik salonu Qazax şəhəri, H.Əliyev prospektində yerləşir. Bundan sonra protokola bir neçə yerdə onun adı yazılaraq qarşısına imza etməkdən imtina etdi sözləri yazılmışdır. Hansı ki, ona hər hansı bir sənəd ümumiyyətlə təqdim edilməmişdir. O, “Sevinc” gözəllik salonunda fərdi qaydada qadın bərbəri olaraq fəaliyyət göstərir və onun heç bir tibbi aparatı yoxdur. Bundan sonra həmin gün 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirinin müvaini X10 onun barəsində 27 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar qəbul edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə onu təqsirli bilərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin sanksiyası çərçivəsində 5000 (beş min ) manat cərimə etmişdir. Həmin qərar tamamilə əsassız və qanunvericiliyin tələblərinin puzulması ilə qəbul edilmişdir. Birinci növbədə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddələri nəzərdə tutulmuş inzibati xəta törədilməmişdir. O, qeyd edilən gözəlik salonunda fərdi qaydada qadın bərbəri olaraq işləyir. Heç bir araşdırma aparılmadan onun barəsində qərar qəbul edilmişdir. Eyni tarixdə Qazax rayonunda yoxlama aparılır və dərhalda həmin gün qərar qəbul edilir. Heç bir araşdırma aparılmadan və inzibati işə baxılması ilə bağlı ona heç bir məlumat verilmədən (Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun) qərar qəbul edilmişdir. Hansı ki, o, VÖEN-nin surətini Səhiyyə nazirliyinin əmakdaşları kimi təqdim edən şəxslərə təqdim etmiş və burada bərbər olaraq işlədiyini də bildirmişdir. Qərar qəbul edən vəzifəli şəxs inzibati xəta haqqında protokola baxarkən bu barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ən azından onu dəvət edib, izahatı alınıb və qərar qəbul edilməliydi. Qeyd etdikləri aparat kimindir o müəyyən edilməliydi. Kim inzibati xəta törədib o halda aydın olacaqdı. Belə olan halda Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Bu halları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddələrinə əsasən onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müvaini X5 27 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarını ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edəsiniz. Məhkəmə iclasında iştirak edən X1 vəkili Vəkil şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, qərarın heç bir araşdırma və yoxlama aparmadan qəbul edildiyini bildirmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Səhiyyə Nazirliyi “X7” X17 nümayəndəsi Nümayəndə çıxış edərək, Qazax Rayon Prokurorluğundan məlumat daxil olduğu üçün məlumat əsasında getmişlər və avadanlıq aşkar olunmuşdur. Plandan kənar yoxlama olduğuna görə məlumat verilməyibdir. Yoxlama zamanı avadanlıq aşkar olunubdur. Bir nəfər xanım özünü otaqda sertifikatlı lazeroloq kimi təqdim etmişdir. Protokol tərtib olunmuş Sevinc Əliyeva protokola imza etməkdən imtina etmişdir. Salonun Qazax şəhəri H.Əliyev prospektində yerləşir, protokolda ünvanın səhv yazılmasından məlumatı yoxdur. Məsafə uzaq olduğuna görə elektron qaydada protokol və ona əlavə olunmuş sənədlər Səhiyyə nazirliyinə göndərilmiş və həmin günü qərar qəbul edilmişdir. Odur ki, şikayətin təmin olunmadan qərarı qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Sevinc” gözəllik salonunda kosmetoloji xidmət lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkarlanmışdır. Bu fakt Qazax rayon prokurorunun göndərdiyi xidməti məktub əsasında yoxlanılaraq təsdiqi tapmışdır. bununlada X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” 39 nömrəli plandankənar (növbədənkənar) yoxlama aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə X8 məxsus ünvan 4 ünvanında yerləşən ““Sevinc” gözəllik salonunda yoxlama aparılmışdır. İş materiallarına əlavə edilmiş lazer epilyasiyası ilə bağlı foto şəkillərdən onun işlək və istifadə olunması halları müəyyən edilməmişdir. İş materiallarda olan Qazax Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 51-xid-21 nömrəli məktubundan görünür ki, X6 və X3 işlətdiyi “Sevinc salon” barəsində İXM-nin 210-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmələri üçün müraciət edilmişdir. İş materiallarda olan Qazax Rayon Prokurorluğundan xx.xx.2025-ci il tarixli 2-2-430/2- 018155/2025 nömrəli sorğuya cavabdan görünür ki, Qazax Rayon İcra Hakimiyyətindən daxil olmuş 26 noyabr 2021-cil il tarixli 9-26/780 nömrəli məktuba əlavə edilmiş Qazax rayonu ərazisində yerləşən gözəllik salonlarının siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 206 nömrəli, 15 may 2017-ci il tarixli qərarına əsasən lisenziya olmadan özəl tibb fəaliyyəti göstərilən xidmətlərə uyğun görülən işlərə aid edilmiş dermatologiya fəaliyyətinin bir növü olan kosmetoloji və dermeteloji xidmətlər göstərdiklərinə görə barələrində müvafiq araşdırma aparılması və Azərbaycan Respublikası İXM-nin 210-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün xx.xx.2021-ci il tarixli 510-xid-21 nömrəli məktubla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. X11 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlər ilə təsdiq edildiyindən, inzibati qərar əsasında X6 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X10 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini X9 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-1/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-1/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver