Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-10/2024 29.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi ilə xx xxxxxxx 1977-ci ildə Türkiyə Respublikasında anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Türkiyə Respublikası Samsun şəhərində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 20 noyabr 2023-cü il tarixdə, saat 10:15 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Tovuz Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 60 (altmış) qutu “X5 100 s” markalı siqaretləri gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 29 dekabr 2023-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 20 noyabr 2023-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun müfəttişi X4, hal şahidləri X1 və X3 iştirakları ilə tərtib etdiyi baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, 20 noyabr 2023-cü il tarixdə, saat 10:15 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələn “İVECO ” markalı 52ABH041/01CZN75 dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş yoxlama zamanı həmin avtomobilin kabinasında dam hissəsində yerləşən yeşikdə gömrük nəzarətindən gizlədilmiş üzərində “X5 100 s” yazılmış 60 (alıtmış) qutu siqaret aşkar olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, 3-16-16/2-9/9092-7/1639 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “X5 100 s” markalı, Ştrix koduna görə (ilk üç rəıqəmi 762) İsveçrə istehsalı olan filtirli siqaretlərin 1 qutusunun xx.xx.2023-cü il tarixə orta bazar qiyməti 7,00 manat, 60 qutusu ümumlikdə təxminən 420,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “İVECO ” markalı 52ABH041/01CZN75 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “İVECO ” markalı 52ABH041/01CZN75 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 60 (altmış) qutu “X5 100 s” markalı siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 420 (dörd yüz iyirmi) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 60 (altmış) qutu “X5 100 s” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-10/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-10/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver