Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-100/2024 08.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 iştirakları ilə, 01 iyun1997-ci il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, evli, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin rəisi X5 tərəfindən tərtib olunmuş 08 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(023)-1069/2022 saylı icra vərəqəsinə əsasən 1300 manat aliment borcunu tələbkar X7 ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X5 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(023)-1069/2022 saylı icra vərəqəsi 05 avqust 2022-ci il tarixdə icra icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkar X7 olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmış, icra işi üzrə bir sıra zəruri icra hərəkətləri edilmişdir. Lakin borclu Şəxs borcunu tam şəkildə tələbkara ödəməmişdir. Ona görə də, onun barəsində inzibati tenbeh tətbiq edilməsi üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu mütamadi olaraq ödəniş etmiş, lakin icra sənədini tam icra etməmiş və tələbkar isə borcun tam şəkildə ödənilməsini tələb edir. Hazırda borclu Şəxs X13ya 1300 manat borcu vardır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş borclu Şəxs izahat verərək bildirmişdir ki, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olmaqla Qazax şəhəri, N.Nərimanov qəsəbəsində yaşayır. Evlidir. Bir az yaşlı uşağı vardır. Rəsmi olaraq heç bir yerdə işləmir, tikintidə fəhləlik edir. Maddi vəziyyəti çətindir, ona görə də, aliment borcunu tam şəkildə ödəyə bilməmişdir. O, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır. Maddi imkanın yol verdiyi həddə həmişə borcunu ödəməyə çalışmışdır. İndiyədək alimentdən mütamadi olaraq ödəmişdir. Hazırda da Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli 2(023)-1069/2022 saylı icra vərəqəsinə əsasən, tələbkar X7 1300 manat aliment borcu vardır. Həmin qalıq borcdan hər ay 30-40 manat, aylıq 360 manat alimenti isə hər ay tam şəkildə, ümumlikdə 400 manat vaxtında ödəyəcək. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş tələbkar X9 izahat verərək bildirmişdir ki, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayır. Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(023)-1069/2022 saylı qətnaməsi üzrə Şəxs ona 1300 manat aliment borcu vardır. Borclu Şəxs borcunu tam şəkildə ödəmir. Hazırda Şəxs qalıq borcdan hər ay 30-40 manat, aylıq 360 manat alimenti isə hər ay tam şəkildə, ümumlikdə 400 manat vaxtında ödəyəcəyinə söz verir. Belə olan halda aylıq 400 manatın ödənilməsinə etiraz etmir. Odur ki, qanunamüvafiq qərar qəbul edlməsini məhkəmədən xahiş edir. İşdə olan sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(023)-1069/2022 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa 140 manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq X7 ödənilməsi qət edilmişdir. İşdə olan 05 avqust 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(023)-1069/2022 saylı icra sənədinə 05 avqust 2022-ci il tarixdə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İşdə olan sənədlərdən görünür ki, Qazax Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(023)-72/2024 saylı icra vərəqəsinə əsasən Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(023)-1069/2022 saylı qətnaməsi ilə Şəxs tutulan alimentin miqdarı dəyişdirilsin və Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 26 fevral 2019-cu ildə doğulmuş X6 və 01 iyun 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsin, barəsində inzibati icraat aparılan şəxsin, tələbkarın izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Borclu Şəxs və icra məmurunun məhkəmədə verdiyi izahatdan görünür ki, Şəxs hər ay maddi imkanı daxilində mütamadi olaraq ödəniş etmişdir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlarından və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu borcunun ödənilməsinə laqeydlik göstərməmiş, maddi imkanın yol verdiyi həddə borcunu ödəməyə çalışmışdır. Həmçinin borclu izahatında bildirmişdir ki, qalıq borcdan hər ay 30-40 manat, aylıq 360 manat alimenti isə hər ay tam şəkildə, ümumlikdə 400 manat vaxtında ödəyəcək. X13 isə borclu ilə razılaşmış və aylıq 400 manatın ödənilməsinə etiraz etmir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından qəsdən yayınmır, mütamadi olaraq ödəniş edir, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən, həmçinin qəzəli şəkildə qəsdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Bundan başqa məhkəmə araşdırması zamanı borclu Şəxs ərizə ilə məhkəməyə müraciət edərək Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(023)- 1069/2022 saylı icra sənədi üzrə 1300 manat aliment borcundan hər ay 360 manat aliment pulu ilə birlikdə qalıq borcdan 40 manat olmaqla cəmi 400 manat hər ay X13ya ödəniş edəcəkdir. Həmçinin X13 ərizə ilə məhkəməyə müraciət edərək Qazax Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(023)-1069/2022 saylı icra sənədi üzrə yaranmış 1300 manat aliment borcundan 40 manat və aylıq 360 manat aliment olmaqla cəmi hər ay 400 manatın ödənilməsinə etiraz etmir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 112, 114, 115, 117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-100/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-100/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver