Azərbaycan Respublikası adından QƏRARDAD Qazax rayon İş № 3(023)-101/2024 09.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Mən, Qazax Rayon Məhkəməsinin hakimi Musayev Nemət Əlimusa oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibаti mаteriаlın baxılmağa hazırlanması zamanı baxaraq müəyyən etdim: Şirvan Şəhər Polis Şöbəsindən tərəfindən məhkəməyə göndərilən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 oktybr 2023-cü il tarixdə, saat 18:37 radələrində «QAZ 2401 MİNİK» markalı, 18BA435 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, EQ 17694190 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 30 manat dəbbə pulu əlavə olunmuş və cərimə məbləği 80 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 noyabr 2023-cü il tarixdə, saat 19:31 radələrində «QAZ 2401 MİNİK» markalı, 18BA435 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, EQ 17954857 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 30 manat dəbbə pulu əlavə olunmuş və cərimə məbləği 80 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 avqust 2023-cü il tarixdə, saat 22:40 radələrində «QAZ 2401 MİNİK» markalı, 18BA435 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, EQ 16482924 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 30 manat dəbbə pulu əlavə olunmuş və cərimə məbləği 80 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2023-cü il tarixdə, saat 12:59 radələrində «QAZ 2401 MİNİK» markalı, 18BA435 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, EQ 16015970 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 30 manat dəbbə pulu əlavə olunmuş və cərimə məbləği 80 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 31 iyul 2023-cü il tarixdə, saat 07:07 radələrində «QAZ 2401 MİNİK» markalı, 18BA435 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, EQ 16007958 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 30 manat dəbbə pulu əlavə olunmuş və cərimə məbləği 80 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 iyun 2023-cü il tarixdə, saat 10:15 radələrində «QAZ 2401 MİNİK» markalı, 18BA435 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, EQ 15149379 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 30 manat dəbbə pulu əlavə olunmuş və cərimə məbləği 80 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 may 2023-cü il tarixdə, saat 03:51 radələrində «QAZ 2401 MİNİK» markalı, 18BA435 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, EQ 14528948 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 30 manat dəbbə pulu əlavə olunmuş və cərimə məbləği 80 manat təşkil etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 aprel 2023-cü il tarixdə, saat 07:46 radələrində «QAZ 2401 MİNİK» markalı, 18BA435 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə xx.xx.2023-cü il tarixli, EQ 14200396 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 50 manat cərimə edilmişdir. Lakin Şəxs barəsində çıxarılmış qərarın qanuni qüvvəyə mindiyi gündən cəriməni 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməməklə qərarı icra etməmiş, cərimənin üzərinə 30 manat dəbbə pulu əlavə olunmuş və cərimə məbləği 80 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şirvan Şəhər Polis Şöbəsindən daxil olmuş, Şəxs barəsində olan inzibati material natamam olduğundan, həmin material onu tərtib etmiş orqana, yəni Şirvan Şəhər Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə qəbul edimiş xx.xx.2023-cü il tarixli, EQ 17694190 saylı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə qəbul edimiş xx.xx.2023-cü il tarixli, EQ 17954857 saylı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə qəbul edimiş xx.xx.2023-cü il tarixli, EQ 16482924 saylı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə qəbul edimiş xx.xx.2023-cü il tarixli, EQ 16015970 saylı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə qəbul edimiş xx.xx.2023-cü il tarixli, EQ 16007958 saylı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə qəbul edimiş xx.xx.2023-cü il tarixli, EQ 15149379 saylı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə qəbul edimiş xx.xx.2023cü il tarixli, EQ 14528948 saylı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə qəbul edimiş xx.xx.2023-cü il tarixli, EQ 14200396 saylı inzibati tənbeh vermə haqqında elektron qərarlar iş materiallarına əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında material natamam olduğundan, işə baxıb tamamlamaq mümkün olmadığından, yəni Şəxs barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarlar inzibati materiala əlavə olunmadığından inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-101/2024
Qazax Rayon Məhkəməsi Qərardad — İş №3(023)-101/2024
09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver