Məhkəmə qərarları › İş №3(023)-103/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-103/2023

15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-103/2023 15.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Qazax rayonu Aşağı Əskipara kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qazax rayonu Aşağı Əskipara kəndində qeydiyyatda olmaqla Qazax şəhəri H.Əliyev prospekti 159, bina 59, mənzil 4-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 15 mart 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X3 tərəfindən tərtib olunmuş 15 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 mart 2023-cü il tarixdə, saat 09:20 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən hərbi şəhərcik adlanan ərazidə ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, Şəxs 15 mart 2023-cü il tarixdə, saat 09:20 radələrində Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən hərbi şəhərcik adlanan ərazidə ucadan ünvansız nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətməmişdir. Belə ki, o, 15 mart 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən Yeddi Qaya marketin qarşısında itin öldüyünü, həmin iti öldürən şəxsin tapılmasına köməklik edilməsini xahiş etmiş və 102 xidmətinin operatorunun mobil nömrəsini istəmişdir ki, itin şəklini WhatsApp proqramı vasitəsi ilə 102 xidmətinə göndərsin. DİN-nin 102 xidmətinə etdiyi həmin müraciətlə bağlı onu Qazax RPŞ-nə dəvət etmişlər, o rayon polis şöbəsinə getmişdir. Lakin heç bir nalayiq ifadə işlətməmiş və polis əməkdaşlarına qarşı nalayiq ifadə işlətməmişdir. Həmçinin izahatında bildirmişdir ki, DİN-nin 102 xidmətinə zəng edən zaman operatordan nömrə istəməsindən peşmandır. Odur ki, qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, Qazax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi vəzifəsində işləyir. Qazax şəhər sakini Şəxs 15 mart 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən Yeddi Qaya marketin qarşısında itin öldüyünü, həmin iti öldürən şəxsin tapılmasına köməklik edilməsini xahiş etmiş və 102 xidmətinin operatorunun mobil nömrəsini istəmişdir ki, itin şəklini WhatsApp proqramı vasitəsi ilə 102 xidmətinə göndərsin. Həmin müraciətlə bağlı 15 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində PPXB-nün polis nəfəri Rəhman Pəlilov və Nazim Nəbiyevlə birlikdə Qazax şəhər sakini Şəxs yaşadığı Qazax şəhəri Heydər Əliyev prospekti bina 59 ünvanına getmişlər. Şəxs ünvanına çatan zaman görmüşlər ki, Şəmistan binanın qarşısndadır. Sonuncuya yaxınlaşaraq özlərini təqdim edib, DİN-nin 102 xidmətinə etdiyi müraciətlə bağlı izahatı alınması üçün Qazax RPŞ-nə getməli olduğunu bildirmişlər. Bu zaman Şəxs ucadan ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar sonuncunu nizam intizama dəvət etmişlər, nalayiq ifadə işlətməmisini bildirmişlər. Lakin Şəxs öz hərəkətlərini davam etdirmişdir. Sonuncunu Qazax RPŞ-nə dəvət etmişlər. Lakin Şəxs polis şöbəsinə getməyəcəyini bildirərək otadan uzaqlaşmaq istəmişdir. Buna görə də, Şəxs məcburi qaydada Qazax RPŞ-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pəlilov Rəhman israil oğlu və X6 şahid X4 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15 mart 2023-cü il tarixli inzinbati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 15 mart 2023-cü il tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuş və 15 mart 2023-cü il tarixdə, saat 16:30-da isə azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X2 Qazax rayon Qəbul şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs iş üzrə məsuliyyətin yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirlibilinməli və barəsində Həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) məbləğində cərimə edilsin. Qərarın icrası Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar