Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-1060/2025 18.03.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi, X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. X13 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X13 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 onun barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək vəzifəli şəxs qismində 5000 manat cərimə tətbiq etmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hüquqları pozulmuş, beləliklə İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, Seriya DVX 000629 nömrəli "Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin nəticələri haqqında" Akt tərtib edilib. Həmin Akta əsasən onun "stomatoloji xidmətlərin göstərilməsi" ilə məşğul olduğu qeyd edilmişdir. Halbuki o izahatında stomatoloji fəaliyyətlə məşğul olmadığını bildirsə də, Vergi xidməti əməkdaşları stomatoloji fəaliyyətlə məşğul olmağını əsas götürüblər. Bunu əsaslandırmaq üçün atasına məxsus evdə olan və istifadə edilməyən stomatoloji avadanlıqları əsas götürüblər. Əgər stomatoloji həkim fəaliyyətilə məşğul olmuşdursa xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər açılmış yoxlama dövründə bir dəfə də olsun belə bir fəaliyyət aşkar edilməmişdir. Həmin avadanlıqları stomatoloji kabinet açmaq üçün toplayı və lisenziya aldıqdan sonra həmin fəaliyyətlə məşğul olacaqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X6" PHS Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli, Seriya DVX 000629 nömrəli "Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin nəticələri haqqında" Aktına əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında Protokol tərtib etmişdir. İnzibati Xəta haqqında X5 Mərkəzi X12 mütəxəssisi X4 tərəfindən tərtib edilib. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına əsasən İXM 210-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Səhiyyə naziri, Səhiyyə nazirinin müavinləri, Aparatın rəhbəri, onun müavini, hüquq və daxili nəzarət sektorunun müdiri səlahiyyətlidir. Göründüyü kimi İnzibati Xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərtib edilib. Hansı ki, belə olan halda inzibati xəta haqqında protokol inzibati xətanı aşkar edən vəzifəli şəxs tərəfindən tərtib edilərək qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim edilməli idi. Hansı ki, ona 28 oktyabr 2025-ci il tarixli 14 saylı Ərazi vergilər idarəsi tərəfindən göndərilmiş bildirişdə də inzibati xəta haqqında protokolun göndərildiyi qeyd edilmişdir. Lakin bu bildirişə hər hansı protokol əlavə edilməmişdir. Bu səhvin davamı olaraq qanunsuz olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati Xəta haqqında X5 Mərkəzi X12 mütəxəssisi X4 tərəfindən tərtib edilib. Həmin protokol əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilib. AR İXM-in 61.3-cü maddəsinin tələbinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Nə inzibati xəta haqqında protokolun, nə də inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsində onun iştirakı təmin edilməyib və bu İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını (61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;) kobud şəkildə pozmuşdur. İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən o fiziki şəxs kimi nəzərdə tutulmalı olduğu halda vəzifəli şəxs kimi nəzərdə tutulmuşdur. Halbuki o İXM-in 17-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş şəxslərdən (Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.) biri deyildir. Belə ki, o xx.xx.2022-ci ildə "xxxx" MMC ilə "Diler Xidmətlərinin göstərilməsi haqqında" müqavilə bağlayarkən vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Həmin VÖEN-in ləğvi üçün müraciətinə görə xx.xx.2024-ci il tarixdən fəaliyyəti dayandırılmış və xitam verilmişdir. Göründüyü kimi o sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və belə olduğu halda vəzifəli şəxs kimi inzibati tənbeh edilməsi qanunsuzdur. Məhkəmə iclasında iştirak edən X11 Faiq oğlu şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirdi ki, onun barəsində xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi haqqında qərar qəbul edilərək, vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilmişdir. O, xx.xx.2022-ci il tarixdə “Uninet MMC” ilə bağladığı Diler xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında gəlir vergisi ödəyən fiziki şəxs kimi qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə fəaliyyətini dayandıraraq qeydiyyatına xitam verilmişdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı halda vəzifəli şəxs kimi cərimə tətbiq edilməsi qanunsuzdur. Həmçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci ilə qədərki dövr ərzində bir ay müddətinə yoxlamalar aparılmış bu yoxlamalar əsasında xx.xx.2025-ci il tarixdə vergi əməkdaşları stomatoloji fəaliyyətlə məşğul olmadığını bildirməsinə baxmayaraq atasına məxsus yaşayış yerində istifadə olunan stomatoloji ləvazimatları əsas götürmüşlər. Həmçinin onlar yaşayış evinə qanunsuz daxil olmuş, evə daxil olarkən heç bir prokururluq və ya məhkəmə qərarı təqdim etməmişlər. Həmin avadanlıqları gələcəkdə stomatoloji fəaliyyətlə məşğul olmaq üçün toplamış, lisenziya aldıqdan sonra fəaliyyət göstərmək üçün saxlamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X6" PHS Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli "Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi operativ vergi nəzarətinin nəticələri haqqında" Aktına əsasən xx.xx.2025-ci il tarixli İnzibati Xəta haqqında X5 Mərkəzi X12 mütəxəssisi X4 yəni səlahiyyəli olmayan şəxs tərəfindən tərtib edilmişdir.Mənə təqdim edilmiş bildirişə isə protokol əlavə edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barəsində qərar qəbul edilmiş şəxsin iştirakı ilə tətrtib edilməlidir. Lakin buna baxmayaraq o protokol və qərarın qəbulunda iştirak etməmiş, həmçinin fiziki şəxs qismində qeyd edilməli olduğu halda vəzifəli şəxs kimi göstərilmişdir. Odur ki, şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini X7 tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Səhiyyə Nazirliyi “X6” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə çıxışında bildirmişdir ki, qərardan verilmiş şikayət əsassızdır. Belə ki, Qazax şəhəri S.Vurğun küçəsində yerləşən kabinetdə qanunsuz stomatoloji fəaliyyət göstərildiyi aşkar edilmişdir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”nə əsasən sözügedən faaliyyət üçün lisenziya tələb edilir. Yoxlama zamanı müəyyən edilmişdir ki, həmin kabinetdə üzərində Vüsal Xudiyevin adı əks olunan yeddi sertifikat və stoma stomatoloji fəaliyyət üçün nəzərdə tutulmuş avadanlıqlar yerləşdirilmişdir. Həmçinin şəxs özü izahatında fəaliyyətlə məğul olduğunu və 1000 manat gəlir əldə etdiyini bildirmişdir. O cümlədn şikayətdə yoxlama müddəti ilə bağlı qeyd olunanlar da doğru deyil. Belə ki, Sahibkarlıq fəaliyyətinə nəzarətlə bağlı yoxlamalar bir ay müddətində 3 gün boyunca həyata keçirilə bilər. Qeyd olunan yoxlamanın həyata keçirildiyi dövr də bu baxımdan tam qanunauyğundur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 31 nömrəli əmrinə 2 nömrəli əlavəyə əsasən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib etmə səlahiyyətinə malik şəxslər sırasına Özəl tibb subyektləri ilə iş şöbəsinin mütəxəssisləri də daxildir. X13 barəsində inzibati xəta haqqında prtokol tərtib etmiş X4 da Özəl Tibb subyektləri ilə iş şöbəsinin mütəxəssisi olduğundan protokolu tərtib etmə səlahiyyətinə malikdir. Həmçinin xx.xx.2025-ci il tarixdə X9 dəvət məktubu ünvanlanmışdır, lakin şəxs gəlmədiyi üçün materiallara baxılması onun iştirakı olmadan həyata keçirilmişdir. Bunlarla yanaşı qarşı tərəf fərdi sahibkar kimi qeydiyyatının ləğv edildiyini qeyd etsə də vergi ödəyicilərinin elektron məlumat sistemində müvafiq VÖEN-lə qeydiyyatı müəyyən edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və proses iştirakçılarının dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X12 mütəxəssisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən stamotoloji kabinetdə xx.xx.2025-ci il tarixdə DVX-nin 14 saylı ƏVİ-n nümayəndələri tərəfindən keçirilən yoxlama zamanı X8 lisenziya olmadan özəl tibbi fəaliyyət ilə (stomatoloji iş) məşğul olması faktı aşkar edilərək şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında” xx.xx.2025-ci il tarixli DVX 000629 seriyalı Aktın surətindən görünür ki, aparılmış yoxlama nəticəsində ünvan 2 ünvanında yerləşən stomatoloji kabinetdə xx.xx.2025-ci il tarixdə saat 19:40 radələrində X13 tərəfindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası qanununun tələbləri pozulmaqla stomatoloji fəaliyyət göstərildiyi aşkar edilmişdir. “Operativ vergi nəzarətinin nəticələri haqqında tərtib edilmiş akt imzalanmasından İmtina aktı”-nın məzmunundan görünür ki, X2 fəaliyyətlə məşğul olmasına baxmayaraq izahatında diş texniki kimi fəaliyyət göstərdiyini bildirərək aktları imzalamaqdan imtina etmişdir. xx.xx.2025-ci il tarixli X13 tərəfindən verilmiş izahatın məzmunundan görünür ki, şəxs Qazax şəhəri S.Vurğun küçəsində (atasına məxsus) stomatoloq texnik lobarator fəaliyyətlə məşğul olduğunu, 2025-ci ilin yanvar ayının sonundan işlədiyini və işin daimi olmadığını, həmçinin işlədiyi yerin (yaşayış yeri) sənədləri qaydasında olmadığı üçün obyekti vergi orqanında qeydiyyatdan keçirə bilmədiyini və posterminal, nəzarət kassa aparatlarının quraşdırılmadığını, fəaliyyət göstərdiyi dövrdən həmin günədək 1000 manat gəlir əldə etdiyini qeyd etmişdir. O cümlədən texniki faəliyyətlə məşğul olduğunu əsas gətirməklə xüsusi razılığın tələb olunmadığını bildirərək xüsusi razılıq (lisenziya) almadığını qeyd etmişdir. xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Qazax şəhəri S.Vurğun küçəsində yerləşən stomatoloji kabinetdə X8 faktiki olaraq stomatoloji fəaliyyətlə məşğul olduğu, həmçinin bu cür fəaliyyətlə məşğul oması üçün lazım olan tibbi avadanlıqlar və tibbi ləvazimatların mövcudluğu aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, müvafiq yoxlama aparılmış kabinetdə üzərində Vüsal Xudiyevin adı qeyd olunan müxtəlif sertifikatlar, həmçinin stomatoloji fəaliyyət zamanı istifadə edilə biləcək tibbi ləvazimatlar, işıqlandırma və bunun kimi avadanlıqlar yerləşdirilmişdir. Həmçinin iş materiallarında olan sənədlərə əsasən Vergi ödəyicilərinin məlumat sistemində X8 ********** VÖEN-i ilə qeydiyyatının olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”na əsasən “Stomatologiya: terapevtik stomatoloji, cərrahi stomatoloji, ortopedik stomatoloji, ortodondik stomatoloji və diş texniki işlər” özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərin sırasına aid edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli tədqiq edərək hesab edir ki, X8 məhkəməyə təqdim etdiyi sübutlar xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas hesab edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Qazax şəhəri S.Vurğun küçəsində yerləşən kabinetdə qanun pozuntusuna yol verilmədən səlahiyyətli şəxslər tərəfindən yoxlama aparılmış, aparılmış yoxlamanın nəticələri qanunauyğun şəkildə rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt və digər sənədlərdən, həmçinin təqdim edilmiş fotoşəkillərdən də göründüyü kimi qeyd olunan ünvanda stomatoloji fəaliyyət göstərilməsi üçün şərait yaradılmışdır. X3 izahatında xüsusi razılıq (lisenziya) olmadan məşğul olduğu fəaliyyəti “stomatoloq texnik lobarator fəaliyyət” kimi qeyd etmiş, bu fəaliyyətdən 1000 manat gəlir əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən əməlin inzibati xəta hesab edilməsi üçün törədilmiş əməldə inzibati xəta tərkibinin mövcud olması zəruridir. Şəxs barəsində tərtib edilmiş protokol və inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində təsbit olunan inzibati xətanın törədilməsini ehtiva edir. Həmin maddənin dispozisiyasından aydın olur ki, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma qeyd olunan maddə üzrə inzibati xəta tərkibinin obyektiv cəhəti hesab edilməlidir. Məhkəmə hesab edir ki, X8 fəaliyyətinin Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısı”na uyğun olaraq özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərə aid edilməsi iş üzrə sübutlarla öz təsdiqini tapır. Həmçinin qeyd olunan maddə üzrə inzibati xətanın törədilməsi Əhalinin sanitariya-gigiyena və sanitariyaepidemioloji salamatlığı qaydaları üçün real təhlükəni ehtiva edir, xüsusi razılıq (lisenziya) olmadan bu cür fəaliyyətin göstərilməsi əhalinin sağlamlığı üçün təhlükəli şəraitin yaranmasına gətirib çıxarır. Odur ki, şəxs barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalı və qərardan verilmiş şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X8 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-1060/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-1060/2025
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver