Məhkəmə qərarları › İş №3(023)-1067/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-1067/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-1067/2025 17.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, Protokol tərtib edən şəxs Qazax Rayon Polis X15 Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Qazax Rayon Polis X15 Polis Bölməsindən daxil olmuş inzibati xətaya dair materiala baxaraq məhkəmə, müəyyən etdi̇ : Qazax Rayon Polis X15 X13 Rayon Məhkəməsinə X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında materiallar daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, X9 xx.xx.2025-ci il tarixdə saat 13:37 radələrində Qazax rayonu, Çaylı kəndi ərazisində həmkəndlisi X10 ilə birlikdə Qazax rayonu, Çaylı kənd sakini X2 məxsus 477 manat pulu mənimsəmişdir. Buna görə də şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilərək 17 dekabr 2025-ci il tarixdə baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X14 protokolu müdafiə edərək, göstərmişdir ki, X9 27 sentyabr 2025-ci il tarixdə X11 ilə birlikdə X2 məxsus 477 manat pulu mənimsəmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş xırda talama əməlini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 izahat verərək göstərmişdir ki, o, Qazax rayonu Çaylı kəndində yaşayır. Vətən müharibəsi iştirakçısıdır. X10 onun həmkəndlisidir. X4 birlikdə X2 məxsus 477 manat pulu mənimsəmişlər.Törətdiyi əməldən peşmandır. X2 vurduğu ziyanın ona aid olan hissəsini tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Qazax Rayonu Çaylı kəndində yaşayır. X9 və X10 onun həmkəndliləridir. Ona sözügedən şəxslər tərəfindən ümumilikdə 477 manat maddi ziyan dəymişdir. Belə ki, Elxan ona zəng edərək fəhlələr üçün siqaret pulu istədiyindən o, Elxana 7 manat pul göndərmişdir. Yerdə qalan 470 manat pulu isə Elxan Çarçıyevlə birlikdə mənimsəmişlər. Həmin məbləğin Elxan Çarçıyevə düşən hissəsi tam olaraq, yəni 240 manat pul ödənimişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından X5 və X6 barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş “Xırda talama” inzibati xətasının tərkib əlamətləri olduğundan onların barəsində inzibati tənbeh tədbirinin görülməsi məqsədilə Qazax RPŞ-nin X20 Bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraat açılması barədə” qərardaddan görünür ki, Qazax rayon Çaylı kənd sakinləri X9 və X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, X5 izahatından görünür ki, o xx.xx.2025-ci il tarixdə həmkəndlisi X10 ilə birlikdə X2 məxsus 477 manat pulu mənimsədiyini qəbul edərək əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli “Sosial müavinət və təqaüd haqqında” arayışdan görünür ki, X8 Vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində müavinət təyin edilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli X9 tərəfindən verilmiş ərizədən görünür ki, X2 dəymiş 240 manat ziyan onun tərəfindən tam şəkildə ödənilmişdir. İş materiallarında olan, X3 tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş 240 manat ziyan X9 tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs X5 və zərərçəkmiş şəxs X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, X9 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, İXM-nin 39.2-ci maddəsinə əsasən həmin məcəllənin 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə hesab edir ki, X5 vurulmuş ziyanı tam şəkildə ödəməsi və zərər çəkmiş şəxs X3 ilə barışdığı təqdim edilmiş ərizələrlə təsdiq olunduğundan X9 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 227, 39.2, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: X5 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar