Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-1076/2025 26.12.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Qazax rayonunda anadan olmuş, subay, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:40 radələrində Əliağa Şıxlinski TŞ müşahidə kameralarının görüntüsünə düşən ön nömrəsi olmayan qabaq oxla arxa oxa düşən tarazlığın pozulması müşahidə olunan yüksək sürətlə hərəkətdə olan barəsində dəfələrlə polisin saxla əmrinə tabe olmayan avtoxuliqanlıq etdiyinə görə dəfələrlə barəsində raport yazılmış **-DA-*** din.q.n-h (ağ rəng) nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 20:40 radələrində mən və polis baş serjantı Rüstəm Xasıyev ilə KİA markalı **- YP-*** d.n.q.n-li patrul avtomobililə Əliağa Şıxlinski TŞ müşahidə kameralarının görüntüsünə düşən ön nömrəsi olmayan qabaq oxla arxa oxa düşən tarazlığın pozulması müşahidə olunan yüksək sürətlə hərəkətdə olan barəsində dəfələrlə polisin saxla əmrinə tabe olmayan avtoxuliqanlıq etdiyinə görə dəfələrlə barəsində raport yazılmış **-DA-*** din.q.n-h (ağ rəng) naqliyyat vasitəsinin saxlanılmasını təmin etmək üçün yaxında olan PPX naryadını dəvət etmişlər, onların köməkliyi ilə Bakı-Qazax trası 472-ci km-də suni tıxac yaradaraq məcburi surətdə saxlanılmasını təmin etmişlər, həmin yerdə məlum olmuşdur ki, nəqliyyat vasitəsini idarə edən sürücü Şəxs sürücülük hüququ yoxdur. Onlar PPX naryadının köməkliyi ilə sürücünü və nəqliyyat vasitəsini Qazax RPŞ-nə aparmışlar. Məhkəmə iclasında verilən suallara cavab olaraq Qazax RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X2 bildirdi ki, Şəxs cari ilin sentyabr ayının ortalarında toy kortecində olan zaman avtomobilin tərəklərini yerin səthindən qaldırmaqla sürətli şəkildə sürərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirdi ki, o, mən idarə etdiyi **-DA-*** d.q.n- li Vaz 2107 markalı nəqliyyat vasitəsini ilə müxtəlif vaxtlarda arxa yaylar aşağı vəziyyətdə, yüksək sürətlə Qazax şəhəri daxilində hərəkətdə olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Qazax şəhər Ə.Şıxlınski küçəsində yol-patrul xidməti inspektoru xidməti avtomobillə ona dayanma siqnalı versə də onun qanuni əmrinə tabe olmadan hərəkət istiqamətinin əksinə hərəkət edərək tabesizlik göstərərək uzaqlaşmış, 14 sentyabr 2025-ci il tarixdə dostunun toyunda kortecdə hərəkətdə olarkən **-DA-*** d.q.nli idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən iki təkərini yolun səthindən qaldıraraq idarə etmişdir. Özünü təqsirli bilir və törətdiyi əməli səmimi olaraq etiraf edərək peşmançılıq hissi keçirir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Qazax şəhər Ə.Şıxlınski küçəsində xidmətdə olan zaman bir neçə dəfə avtoxuliqanlıq edərək görüntüləri TŞ-nin müşahidə kameralarına yansıyan və saxlanılması barədə göstəriş olan, əvvəllər bir neçə dəfə polis əməkdaşlarına tabesizlik göstərmiş **-DA- *** d.q.n-li avtomobili görərək saxlaması barədə səs siqnalından istifadə etmişdir. Həmin şəxs qanuni tələbinə məhəl qoymadan avtomobili digər sürücülərə təhlükəli qəza vəziyyəti yaratmaqla, hərəkət istiqamətinin əks tərəfinə gedərək uzaqlaşmışdır. Həmin avtomobil yaşayış məntəqəsində yüksək sürətlə hərəkət etdiyinə görə o təqibi dayandırmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən 2025-ci il ilin sentyabr ayının ortalarında Şəxs dostunun toyunda kortecdə hərəkətdə olarkən **-DA-*** d.q.n-li idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən iki təkərini yolun səthindən qaldıraraq idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid2 Anil oğlu, Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək bir daha təsdiq etmişdirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli e-Sosial portalından çıxarışdan görünür ki, Şəxs mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin pensiyaçı olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1-857 nömrəli Qazax RPŞ-nin DYPB-nin rəisi polis mayoru Rəşad Baxışovun arayışından görünür ki, Şəxs sürücülük hüququ yoxdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Sadiqi X1 Respublikası İXM-in 511.1.2-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.2-mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməllərində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırılmaqla, inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 25 dekabr 2025-ci il tarixdən saat 22:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Elçin Mansırov
Məhkəmə qərarları › İş №3(023)-1076/2025
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-1076/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver