Məhkəmə qərarları › İş №3(023)-111/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-111/2023

11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-111/2023 11.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 0100-00704/23 nömrəli 14 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, material ilə birlikdə baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Belçikadan 33AEY759/33BSN38 nömrəli yük nəqliyyat vasitəsi ilə 08 mart 2023-cü il tarixdə saat 22:36-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və bakı Baş Gömrük İdarəsində **********9287 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl , yəni xx.xx.2023-cü il tarixdə saat 12:36-da **********7291 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir, belə ki, Belçikadan Şəxs MMC-nin ünvanına göndərilmiş mallar 33AEY759/33BSN38 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş, **********9287 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 33AEY759/33BSN38 bəyan edilmiş, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********7291 sorğu nömrəli xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 33AEY759/33BSW38 qeyd edilmişdir. İş üzrə Gömrük Xidmətinin X1 SistemiNƏ baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına 08 mart 2023-cü il tarixdə, saat 22:36-da Qərb Ərazi baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan 33AEY759/33BSN38 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********7291 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilmədən əvvəl gömrük orqanına təqdim edilmiş, lakin həmin qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 33AEY759/33BSW38 qeyd edildiyi halda **********9287 sorğu nömrəli GB-nin 18-ci qrafasında isə nəqliyyat vasitəsinin nömrəsi 33AEY759/33BSN38 kimi göstərilmiş və bununlada uyğunsuzluq yaranmışdır. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Xocahəsən gömrük postundan daxil olmuş 34/025/006730 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında dindirilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, Şəxs MMC tərəfindən hüquqi şəxs olaraq törədilmiş inzibati əta hadisəsinə peşmandır. Şəxs MMC-nin barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X1 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs MMC (VÖEN: **********) tərəfindən təqdim edilmiş **********9287 sorğu nnömrəli xx.xx.2023cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara dair Azərbaycan respublikası gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada qısa idxal bəyannaməsinin verilibverilməməsini müəyyən etməkdən ötrü X1 Sistemi informasiya resursuna baxış keçirilmiş, baxış zamanı məyyən olunmuşdur ki, ERTAGRO” MMC-nin ünvanına 08 mart 2023-cü il tarixdə, saat 22:36-da Qərb Ərazi baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan 33AEY759/33BSN38 nömrəli yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********7291 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilmədən əvvəl gömrük orqanına təqdim edilmiş, lakin həmin qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 33AEY759/33BSW38 qeyd edildiyi halda **********9287 sorğu nömrəli GB-nin 18-ci qrafasında isə nəqliyyat vasitəsinin nömrəsi 33AEY759/33BSN38 kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstəırilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fəxri Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar