Məhkəmə qərarları › İş №3(023)-112/2023

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-112/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-112/2023 28.03.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, Borclu Şəxs və İnzibati protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Qazax rayonu Kəmərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əlilliyi olmayan, Qazax rayonu Kəmərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında toplanmış materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 tərəfindən tərtib olunmuş 28 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qazax Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(023)-896/2021 saylı icra vərəqəsinə əsasən 2660 manat məbləğində pul vəsaitini və 20 manat dövlət rüsumunu tələbkar "xxxx"MMC-ə, Nizami Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(007)- 876/2021 saylı icra vərəqəsinə əsasən 1700 manat məbləğdə pulu tələbkar X1, Qazax rayon Notariat ofisinin 8i-3041 nömrəli, 21 iyun 2022-ci il tarixli icra qeydinə əsasən 802,90 manat borcu "xxxx" MMC-ə və Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(023)-1391/2022 saylı icra vərəqəsinə əsasən 110 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunu tələbkar “X11” MMC-ə ödəməmiş, icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Buna görə də, Qazax İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün 28 mart 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Qazax Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(023)-896/2021 saylı icra vərəqəsi 31 may 2021-ci il tarixdə, Nizami Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(007)-876/2021 saylı icra vərəqəsi 25 avqust 2021-ci il tarixdə, Qazax rayon Notariat ofisinin 8i-3041 nömrəli, 21 iyun 2022-ci il tarixli icra qeydi 24 iyun 2022-ci il tarixdə, Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1(023)-1391/2022 saylı icra vərəqəsi isə 25 noyabr 2022-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Lakin Şəxs tələbkarlara olan borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş icra sənədinin icrasından qəsdən yayınmışıdır. Dəfələrlə xəbərdarlıq, və bildiriş göndərilmişdir. Həmçinin Qazax Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilərək izahatı alınmış, Qazax Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərarı ilə borclu Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin borclu Şəxs yenədə borcun ödənməsinə laqeydlik göstərmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. İndiyədək həmin borclardan yalnız Nizami Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(007)-876/2021 saylı icra vərəqəsinə əsasən 1700 manat məbləğdə borcdan 600 manat tələbkar X1 ödəmişdir. Lakin qalan borclarını ödəməmişdir. Hazırda Şəxs tələbkar X1 1100 manat, "xxxx"MMC-ə 2680 manat, "xxxx" MMC-ə 802,90 manat, tələbkar “X11” MMC-ə isə 140 manat borcu vardır. Borclu Şəxs borcunu ödəməsi üçün heç bir təşəbbüs göstərmir. İcra sənədinin icrasından üzürsüz səbəbdən boyun qaçırır. Tələbkarlar isə hər biri ayrı-ayrılıqda borcun tam şəkildə ödənilməsini tələb edir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş borclu Şəxs izahat verərək bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, maddi vəziyyəti çətindir, ona görə də, borcunu ödəyə bilməmişdir. Hazırda Şəxs tələbkar tələbkar X1 1100 manat, "xxxx"MMC-ə 2680 manat, "xxxx" MMC-ə 802,90 manat, tələbkar “X11” MMC-ə isə 140 manat borcu vardır. Həmin borcları ödəməyə maddi imkanı çatmır. Ayda hissə-hissə olaraq ödəməyə razıdır. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli 2(023)- 896/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2660 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx"MMC-ə verilməlidir. İş materiallarında olan Nizami Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(007)- 876/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1700 manat məbləğdə pul alınarq tələbkar X1 verilməlidir. İş materiallarında olan Qazax rayon Notariat ofisinin 8i-3041 nömrəli, 21 iyun 2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 802,90 manat borcu "xxxx" MMC-ə verilməlidir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2(023)-1391/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs 110 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq tələbkar “X11” MMC-ə ödənməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, qeyd edilən icra sənədləri üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 8(023)- 10/2022 saylı və 01 mart 2022-ci il tarixli, 8(023)-21/2023 saylı qərarlarına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli, 207694/2021-44-6-002 saylı xəbərdarlıqdan görünür ki, Şəxs borcunu ödəmədiyi üçün cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilmişdir. İş materialarında olan, iş üzrə tələbkar X4 ərizə ilə 28 mart 2023-cü il tarixdə Qazax Rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək borclu Şəxs ona olan borcunu ödəmədiyini, borcun tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Həmçinin borclu Şəxs tərəfindən ona olan borcunun tam şəkildə ödənilmədiyi halda Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələrinin və Qazax rayon Notariat ofisinin icra qeydinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, yəni onun qadın olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğdə cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev İmza var / əsli ilə düzdür / Hakim Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar