Məhkəmə qərarları › İş №3(023)-112/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-112/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-112/2024 21.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1 iştirakı ilə xx xxxxxxxx 1981-ci ildə Quba rayonu Çarxaçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Siyəzən rayonu X4 küçəsi, ev 41 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əmliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 27 dekabr 2023-cü il tarixdə, saat 2 radələrində Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı-Körpü” gömrük postundan keçən zaman ümumi dəyəri 868 (səkkiz yüz altmış səkkiz) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 124 (bir yüz iyirmi dörd) qutu “X3” markalı siqaretləri gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi 09 aprel 2024-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən DGK-nin Tovuz Gömrük İdarəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, Şəxs 2023-cü ilin dekabr ayında Türkiyə Respublikasının Gürcüstanla sərhədində yerləşən “Duty Free” adlı mağazadan əldə etdiyi az miqdarda, yəni ümumilikdə 868 manat dəyərində 124 qutu “X3” markalı siqaretləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “Mercedes-Benz Actros” markalı 42CH163/42ZB856 dövlət nömrə nişanlı yük avtomobilinin kabinəsində yuxarı sağ və sol sandıqçalarda, şitin alt hissəsindəki boşluqda və üzərində, yəni bel nahiyyəsində kəmər hissədə gizlətməklə 27 dekabr 2023-cü il tarixdə saat 2 radələrində Tovuz Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən ”Qırmızı Körpü” gömrük postunda gömrük nəzarətindən gizlətməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Nəqliyyat vasitəsində gömrük yoxlaması haqqında” və “Şəxsi yoxlama aparılması və götürülürməsi haqqında” 27 dekabr 2023-cü il tarixli protokollardan müəyyən edilir ki, 27 dekabr 2023-cü il tarixdə, saat 2 radələrində Gürcüstandan Azərbaycan Respublikasına “Mercedes-Benz Actros” markalı 42CH163/42ZB856 gələn sürücü Şəxs idarə etdiyi nəqliyyat vasitəsində “Qırmız Körpü” gömrük postunda gömrük yoxlaması keçirilərkən nəqliyyat vasitəsinin kabinəsində yuxarı sağ sandıqcada 20 qutu, sol sandıqcada 20 qutu, şitin alt hissəsindəki boşluqda 40 qutu, şəxsin üzərindən 44 qutu olmaqla, cəmi 124 qutu Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan “X3” markalı siqaret aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2024-cü il tarixli, 3-16-16/2-7/91-9/396 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının 27 dekabr 2023-cü il tarixə olan ümumlikdə orta bazar qiyməti təxminən 868,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılması haqqında qərardan görünür ki, Şəxs barəsində toplanılmış 3-33/1-006727/2024 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 213- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmaması səbəbi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış materialdan ayrılmış sənədlər Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinə göndərilmiş, ekspertiza tədqiqatına sərf edilən hissə nəzərə alınmaqla 116 qutu “X3” markalı siqaretlərin “Azərteminalkompleks” Birliyinin anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Malların anbara qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 19S/2024 nömrəli aktdan görünür ki, Tovuz Gömrük İdarəsinin 3-33-2000/2-000478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu əsasında 116 qutu “Marlbro touch gray” markalı siqaretlər “Azərteminalkompleks” Birliyinin anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “Mercedes-Benz Actros” markalı 42CH163/42ZB856 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “Mercedes-Benz Actros” markalı 42CH163/42ZB856 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 868 (səkkiz yüz altmış səkkiz) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 124 (bir yüz iyirmi dörd) qutu “X3” markalı siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, Dövlət Gömrük Komitəsinin “Azərteminalkompleks” Birliyinin anbarında saxlanılan ümumi dəyəri 868 (səkkiz yüz altmış səkkiz) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 124 (bir yüz iyirmi dörd) qutu “X3” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar