Məhkəmə qərarları › İş №3(023)-113/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-113/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-113/2024 23.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elmiaz Zarif qızının katibliyi ilə, Zərərçəkmiş şəxs (tələbkar) X8, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs (borclu) Şəxs və müdafiəçi Qazax Rayon Vəkil Bürosunun vəkili Vəkil, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qazax rayonu, Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ƏSƏDOĞLU GROUP MMC-də bağban işləyən, Qazax rayonu Qarapapaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(023)- 677/2022 nömrəli icra vərəqəsinə əsasən 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş X6, xx.xx.2011-ci ildə anadan olmuş X13 və xx.xx.2016cı ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulub X7 ödənilməlidir. İcra vərəqələrinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınmışdır. Borclu Şəxs gəlir məlumatları, əmlak vəziyyətinin yoxlanması ilə bağlı müvafiq sorğular verilmiş və adına hər-hansı bir əmlak aşkar edilməmişdir. Şəxs işlə təmin edilməsi üçün X2 X1 Filialına müraciət edilmişdir. Qətnamə qəbul edildiyi tarixdə bu günə qədər aliment məbləği 11000 manat olmuş və ondan borclu Şəxs 4000 manat ödəniş etmiş, hal-hazırda borclu Şəxs tələbkar X7 7000 manat aliment borcu yaranmışdır. Şəxs Əsədoğlu MMC-də bağban işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. İcra vərəqəsi icraatına daxil olduğu zamanda borclu Şəxs razılığına əsasən əmək haqqının 70% miqdarında tutulması barədə qərar qəbul edilərək aidiyyatı üzrə icra edilməsi üçün göndərilmiş və ödəniş edilir. Buna baxmayaraq tələbkar yaranmış borcu tam şəkildə ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq, borclunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcunu inkar etmir. Əvvəlcə heç yerdə işləmədiyindən ödəniş edə bilməmişdir. Lakin 6 aydır işləyir. əmək haqqı 345 manatdır. Hər ay əmək haqqından 70% tutulma aparılır və tutulmadan əlavədə ödənişlər edir. Qeyd olunanları nəzərə alaraq, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(023)-677/2022 nömrəli qətnaməsinə əsasən 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş X6, xx.xx.2011-ci ildə anadan olmuş X13 və xx.xx.2016-cı ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün X5 hər ay hər uşağa görə 100 manat olmaqla, cəmin 300 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməlidir. Borcun hissə-hissə ödənilməsinə razı deyil, tam şəkildə ödənilməsini tələb edir. Borcun tam şəkildə ödənilmədiyi halda Şəxs həbslə bağlı cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarına, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, hazırki məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Qazax Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(023)-677/2022 nömrəli icra vərəqəsinə əsasən 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2010-cu ildə anadan olmuş X6, xx.xx.2011-ci ildə anadan olmuş X13 və xx.xx.2016-cı ildə anadan olmuş X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün X3 hər ay hər uşağa görə 100 manat olmaqla, cəmin 300 manat sabit pul məbləğində aliment tutulub X7 ödənilməsi qət edilmişdir. Həmin icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə iclasında təqdim edilmiş Azərbaycan Beynəlxalq Bankından əldə edilmiş hesabdan çıxarışdan və Azərpoçt MMC tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tələbkar İsgəndər Xəlilova 11000 manat borcdan 4000 manat ödəmişdir. Göründüyü kimi, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş müxtəlif tarixdə olmaqla maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmışdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar