Məhkəmə qərarları › İş №3(023)-12/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-12/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-12/2025 27.01.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa şubet qızının katibliyi, xx.xx.1974-cü il tarixdə anadan olan, Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikası, Marneuli rayonu, Mirzofka kənd ünvanında qeydiyyatda olan və həmin ünvanda faktiki olaraq yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Dövlət Gömrük Komitəsi Əməliyyət-İstintaq Baş İdarəsində tərtib olunmuş material baxılması üçün 16 yanvar 2025-ci il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, iş materiallarından görünür ki, Gəncə Gömrük İdarəsi Əməliyyat və Təhqiqat şöbəsinin məlumatı əsasında 09.11,2024-cü il tarixdə saat 12:00 radələrində Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən “RENAULT” markalı, İL005GR/BA599L dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olan Gürcüstan Respublikasının vətəndaşı, xx.xx.1974-cü ii təvəllüdiü Şəxs (pasport:22AA44205) ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılmışdır. Barəsində müvafiq hərəkət aparılan şəxs Şəxs idarə etdiyi “RENAULT” markalı, İL005GR/BA599L dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirmişdir. Keçirilmiş gömrük baxışı zamanı “RENAULT” markalı, İL005GR/BA599L dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin dartıcısında salonun sol yuxarı dolabda şəxsi əşyalar üçün nəzərdə tutulmuş əl çantasında şəffaf salafanın içərisində qırmızı rəngdə 95 (doxsan altı) ədəd, qara rəngdə 98 (doxsan səkkiz) ədəd ip üzərində xırda muncuqlardan ibarət qolbaqlar,həmçinin salonda dəmir qabın içərisində komplekt şəkildə (üzük, sırğa, boyunbağı və qolbaq) üzərində “İTALY 14K FORLİ GOLD yazısı olan qızıl zinət əşyası aşkar olunmuşdur. Şəxs verdiyi izahatında ondan saxlanılan “qızıl komplekt” və qırmızı rəngdə 96 (doxsan altı) ədəd və qara rəngdə 98 (doxsan səkkiz) ədəd ip üzərində xırda muncuqlardan ibarət qolbaqları Gürcüstanda yaşayan, tanışı olan Elçin ad şəxsin nömrəsini verdiyi xanımla əlaqə saxlayaraq Sumqayıtda daha öncədən tanımadığı vasitəsi ilə götürdüyünü və “qızıl komplekti” Gürcüstana oğlunun toyu üçün apardığını, ondan saxlanılan qırmızı rəngdə 96(doxsan altı) ədəd və qara rəngdə 98 ədəd ip üzərində xırda muncuqlardan ibarət qolbaqları isə Gürcüstanda yaşayan tanışı Elçin adlı şəxsin xahişi ilə Gürcüstana apardığını və ip üzərində xırda «muncuqlardan ibarət qolbaqları idarə etdiyi nəqliyyat vasitəsinin dartıcısında salonun sol yuxarı dolabda şəxsi əşyalar üçün nəzərdə tutulmuş əl çantasında, “qızıl komplekt” isə salonda dəmir qabın içərisində gizlətdiyini bildirmişdir. Bununla o, Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinə gömrük yoxlaması haqqında protokoldan görünür ki, nəqliyyat vasitəsinin yoxlanması zamanı “RENAULT” markalı, İL005GR/BA599L dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısında salonun sol yuxarı dolabda şəxsi əşyalar üçün nəzərdə tutulmuş əl çantasında şəffaf salafanın içərisində qırmızı rəngdə 95 (doxsan altı) ədəd, qara rəngdə 98 (doxsan səkkiz) ədəd qolbaq, həmçinin salonda dəmir qabın içərisində komplekt şəkildə üzərində “İTALY 14K FORLİ GOLD” yazısı olan qızıl zinət əşyası aşkar edilərək götürülmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli 6/5291-9/9646 nömrəli ekspertiza rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş kompekt şəkildə üzük, sırğa boyunbağı və qolbağı, 96 ədəd qırmızı rəngdə və 98 ədəd qara rəngdə ip üzərində xırda muncuqlardan ibarət qolbaqların ümumi dəyəri 11884 manat müəyyən edilir. Azərbaycan Respublikasının İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə olunan “RENAULT” markalı, İL005GR/BA599L dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, nəqliyyat vasitəsinin müsadirə edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, ümumi dəyəri 11884 manat olan üzərində “İTALY 14K FORLİ GOLD” yazısı qeyd edilən komplekt şəkildə üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət qızıl zinət əşyaları, 96 ədəd qırmızı rəngdə və 98 ədəd qara rəngdə ip üzərində xırda muncuqlardan ibarət qolbaqlar müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 480-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 11884 manat olan üzərində “İTALY 14K FORLİ GOLD” yazısı qeyd edilən komplekt şəkildə üzük, sırğa, boyunbağı və qolbağıdan ibarət qızıl zinət əşyaları, 96 ədəd qırmızı rəngdə və 98 ədəd qara rəngdə ip üzərində xırda muncuqlardan ibarət qolbaqlar müsadirə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar