Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-13/2024 09.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Zamiq Akif oğlu Rəsulovun sədrliyi, Məhkəmə iclas katibi Anar Fərmayıl oğlu Hümmətovun katibliyi, İnzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Qazax rayonu Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 08 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixli Gəncə şəhər Narkoloji Dispenserində müayinə olunanda narkotik vasitə olan kombinoitlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəsdəliyindən əziyyət çəkdiyi məlum olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs göstərmişdir ki, xx.xx.2024cü il tarixdə təxminən saat 01:00 radələrində Qazax RPŞ-nin əməkdaşları tərəfində rayon polis şöbəsinə aparılmış həmin tarixdədə Gəncə şəhərində yerləşən narkoloji dispanserdən yoxlanışdan keçən zaman narkotik vasitədən istifadə etməsi aşkara çıxmışdır. Lakin o, narkotik vasitə istifadə etməmişdir. Ona görədə xahiş edir ki, barəsində olan inzibati icraata xitam verilsin. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 yanvar 2024cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixində saat 01 radələrində Qazax şəhəri, M.Carçıyev küçəsi ilə H.Əliyev prospektinin kəsişdiyi ərazidə yerləşən “Sərfəli” Marketin yanında Qazax şəhər sakini Şəxs və Ağstafa rayon Dağ Kəsəmən kənd sakini X3 narkotik vasitə olan marixuana çəkmələri barədə məlumat daxil olduğundan polis əməkdaşları həmin şəxslərə yaxınlaşan zaman onlardan kəskin narkotik qoxusu gəldiyindən onların narkotik vasitə istifadə edibetməmələrinin müəyyən edilməsi məqsədilə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. Toplanmış material üzrə əməllərində cinayət tərkibi olmadığı üçün Şəxs və X3 barələrində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti Şəxs və Sarı Əmirovun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 08 yanvar 2024cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 yanvar 2024cü il tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən məhkəmənarkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli 18 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF 1 saylı X2 Qazax rayon Qəbul Şöbəsinin verdiyi 09 yanvar 2024-cü il tarixli, 3-17-1/2-1548/2024 saylı arayışdan görünür ki, Şəxs oğlıu DSMF PHŞ 1 saylı X1 Qazax rayon qəbul şöbəsindən heç bir növ pensiya və sosial müavinət almır. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, iş üzrə mövcud subutlara məcmu halında tam və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi inzibati xəta haqqında protokol, ekspertiza rəyi, həmçinin inzibati iş materiallarında olan izahat ilə sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də Şəxs Azərbaycan Respublikasınının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs səmimi peşman olaraq törətdiyi əməli etiraf etməsi iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 08 yanvar 2024-cü il tarixdən, saat 01:30-dan hesablanmalı, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalı, qərarın icrası inzibati həbs hissədə Qazax Rayon Polis Şöbəsinə və narkoloji kabinetdə proflaktiki qeydiyyata alınma hissədə isə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 112, 114, 115, 117, 128-130-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli 08 yanvar 2024-cü il tarixdən, saat 01:30-dan hesablansın. Şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Qərarın icrası inzibati həbs hissədə Qazax Rayon Polis Şöbəsinə, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınma hissədə isə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-13/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-13/2024
09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver