Məhkəmə qərarları › İş №3(023)-13/2025

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-13/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-13/2025 12.02.2025 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Cəbiyeva Vəfa Şubet qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X4, X1nun iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-Tovuz regional şöbəsinin 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X9 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax-Tovuz regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarına əsasən “Saloglu Fərdi firması”nın direktoru X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən işçinin (X16) əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada işçinin əmək qanunvericiliyinin tələbləri pozularaq xitam edilməsinə görə- vəzifəli şəxslər beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Belə ki, X2 Fərdi Firmasında satınalma rəhbərinin müavini vəzifəsində işlədiyi müddət ərzində firmanın xaricdən satın aldığı mal və materialların daşımaçılığını (yük maşınları ilə TİR) təşkil edən logistik firmalar tapmış, tapdığı firma rəhbərlərinə gətiriləcək hər bir tırda 170 manat ona veriləcəyi şərtini qoymuş və həmin şərtlərə razı olan firmayla Saloğlu firması ilə müqavilə bağlamışdır. Bundan sonra S.Nəbiyev saxta bazar araşdırması görüntüsü yaradaraq guya bazarda ən ucuz yük daşımaçılığını təşkil edən məhz onun tapdığı firmaların olduğunu rəhbərliyə inandırmışdır. Halbuki, həmin vaxt eyni daşımanı bazarda 300-400 manat daha ucuz gətirən firmalarda mövcud olmuşdur. Bir müddətdən sonra tərəflərindən bazar araşdırması edilmiş və müəyyən edilmişdir ki, S.Nəbiyevin tapdığı firmalar bazardan daha yüksək qiymətlərlə daşımaçılığı həyata keçirir və buna görə firmaya xeyli miqdarda maddi ziyan dəymişdir. Bu fakt öz əksini xx.xx.2024-cü il tarixdə S.Nəbiyevin iştirakı ilə tərtib edilən aktda tapmışdır. Daha sonra ********** VÖEN altında yük daşımaçılığı fəaliyyəti ilə məşğul olan, eyni zamanda Saloglu firması ilə müqavilə bağlamış fiziki şəxs X12 arayışla onlara müraciət edərək bildirmişdir ki, 1 il ərzində o, Saloğlu firmasının yüklərindən hər TİR-a görə S.Nəbiyevə 170 manat pul vermişdir. Həmin faktın təsdiqi kimi S.Nəbiyevlə aralarında olan səs yazısını təqdim etmişdir. Həmin səs yazısında S.Nəbiyev Saloğluya gələn hər TİR-dan Y.Hüseynovdan 170 manat aldığını etiraf etmişdir. S.Nəbiyev ümumilikdə tək bir daşıma firması üzrə Saloğlu firmasına 7310 manat maddi ziyan vurmuşdur. Beləliklə, bütün yuxarıda göstərilənlər tərəflərindən aktlaşdırılmış və S.X20 Firmasına xeyli miqdarda maddi ziyan vurması sübuta yetirilmişdir. Bu hərəkətləri ilə S.Nəbiyev əmək vəzifəsini kobud surətdə pozmuş və nəticədə onunla X26 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilmişdir. Yetərli sübutların olmasına baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Qazax-Tovuz regional şöbəsi tərəfindən əsassız olaraq barəmdə İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X9 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, şikayət ərizəsinin təmin edilməsini, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Qazax- Tovuz regional şöbəsinin etibarnamə üzrə nümayəndəsi X13 19 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X9 vətəndaş X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinin tələbi pozulmuşdur. X9 tərəfindən X6 X21 maddi ziyan vurması təsdiq edilməmişdir. X3 şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayətçinin ərizəsini və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti Tovuz-Qazax regional şöbəsinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Qocayev anar Vaqif oğlu tərəfindən 27 dekabr 2024-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 tərəfindən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. FLM-SFF/24-01 nömrəli, 08 aprel 2024-cü il tarixli Yük Daşınması müqaviləsindən görünür ki, “X26” MMC-nin adından direktor X22 ilə fiziki şəxs X12 arasında müqavilə bağlanmışdır. "xxxx" Fərdi Firmasının xx.xx.2024-cü il tarixli 284 nömrəli əmrindən görünür ki, "xxxx" X11 şöbəsinin rəhbər müavini X7 şöbənin fəaliyyətinin təftiş edilməsi ilə bağlı şifahi müraciətini nəzərə alaraq, mövcud olan nöqsanların aradan qaldırılması, hər hansı hərəkət və hərəkətsizliklə bağlı müəssisəyə maddi ziyan vurulub vurulmamasının araşdırılması məqsədi ilə komissiya yaradılmışdır. "xxxx" Fərdi Firmasının xx.xx.2024-cü il tarixli 284 nömrəli əmrinə 1 nömrəli əlavədən görünür ki, araşdırma müddəti 6 gün artırılmışdır. 20 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X5 tərəfindən 43 ədad tır onun tərəfindən gətirilmiş və həmin tırlarda daşınan yüklərin qarşılığında ona X26 MMC tərəfindən 166005 AZN ödənilmişdir. Həmin məbləğdən müxtəlif yollarla Sahib adlı əməkdaşının kapitalbank tərəfindən verilmiş kart hesabına 7310 manat pul köçürmüşdür. Satınalma şöbəsinin rəhbər müavininin vəzifə təlimatında Logistika işlərinin təşkilini və həyata keçirilməsini təmin etmək kimi borcunun olduğu göstərilmişdir. 04 yanvar 2023-cü il tarixli X30 Haqqında müqavilədə işçinin maddi məsuliyyətinin əsasları göstərilmişdir. "xxxx" Fərdi Firmasının direktoru X3 xx.xx.2024-cü il tarixli, 293 nömrəli əmrindən görünür ki, X6 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, "xxxx" fərdi firmasının müraciəti əsasında toplanmış 118-C-24 nömrəli materialda Satınalma şöbəsinin rəhbər müavini X10 7310 manat pul verilməsi təsdiq edilsədə həmin faktda cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını tənzimləyir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; Həmin Məcəllənin 72-ci maddəsinin “c” bəndi işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmanı qeyd edir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərara əsasən X9 tərəfindən bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, X19 direktoru X9 tərəfindən Azərbaycan Respublikası İXMnin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və ona əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə əsasən xəta tərkibinin yaranması üçün, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinə xitam verilməsi qaydaları pozulmalıdır. Lakin məhkəməyə təqdim edilmiş materiallardan məlum olur ki, satınalma şöbəsinin rəhbər müavini X16 qabaqcadan sövdələşdiyi yük daşınmasını həyata keçirən X5 hesabına şirkət tərəfindən bazar qiymətindən artıq nəzərdə tutulan 7310 manat məbləğində pul vəsaitinin köçürülməsini təmin etməklə öz vəzifə səlahiyətlərindən sui-istifadə edərək X21 məxsus pul vəsaitini israf etmişdir. Daha sonra həmin israf edilən 7310 manat məbləğində pul vəsaiti Yadigar Hüseynov tərəfindən Sahib Nəbiyevin şəxsi bank hesabına göndərilmişdir. Qeyd edilən fakt Qazax Rayon Prokurorluğunun 118-C-24 nömrəli, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, X12 ilə Sahib Nəbiyevin arasında olan danışıqlara dair səs yazısısının özündə əks etdirən disklə, satınalma şöbəsinin fəaliyyətinin təftiş edilməsi haqqında müvafiq aktla və digər sənədlərlə tam sübuta yetir. X19 direktoru X9 həmin firmanın satınalma şöbəsinin rəhbər müavini X8 təqsirli hərəkətləri nəticəsində firmaya vurduğu maddi zərərə görə onunla əmək müqaviləsinə xitam verən zaman Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini düzgün tətbiq edərək qanunvericiliyin tələblərini pozmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 134.2. Şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsinə xitam verilməsi qaydalarının pozulması sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Qazax- Tovuz regional şöbəsinin X3 barəsində qəbul etdiyi 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Qazax-Tovuz regional şöbəsi tərəfindən qəbul edilmiş 27 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar