Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-136/2023 27.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Həsənov Məhəmməd Məhərrəm oğlunun katibliyi ilə Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00100-00779/23 nömrəli 29 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, material ilə birlikdə baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Belçikadan 33AHT595/33AHR049 nömrəli yük nəqliyyat vasitəsi ilə 10 mart 2023-cü il tarixdə saat 14:46-da Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və bakı Baş Gömrük İdarəsində **********3210 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl , yəni xx.xx.2023-cü il tarixdə **********3876 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir, belə ki, Belçikadan Şəxs MMC-nin ünvanına göndərilmiş mallar 33AHT595/33AHR049 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş, **********3210 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi 33AHT595/33AHR049 bəyan edilmiş, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********3876 sorğu nömrəli xx.xx.2023-cü il tarixli qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 33AHT595/33AHR040 qeyd edilmişdir. İş üzrə Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, Şəxs MMC-nin ünvanına 10 mart 2023-cü il tarixdə, saat 14:46-da Qərb Ərazi baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan 33AHT595/33AHR049 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş yük üçün təqdim edilmiş **********3876 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar ölkə ərazisinə gətirilmədən əvvəl gömrük orqanına təqdim edilmiş, lakin həmin qısa idxal bəyannaməsinin 21-ci qrafasında nəqliyyat vasitəsinin nömrəsi 33AHT595/33AHR040 qeyd edildiyi halda **********3210 sorğu nömrəli GB-nin 18-ci qrafasında isə nəqliyyat vasitəsinin nömrəsi 33AHT595/33AHR049 kimi göstərilmiş və bununlada uyğunsuzluq yaranmışdır. Belə ki, Bakı Baş Gömrük İdarəsinin Xocahəsən gömrük postundan daxil olmuş 34/025/006893 nömrəli xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs MMC-ə işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-136/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-136/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver