Məhkəmə qərarları › İş №3(023)-137/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-137/2024

30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-137/2024 30.04.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, İnzibati xəta törətmiş şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X2 iştirakları ilə xx.xx.1966-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləmir, Qazax şəhəri Azərbaycan küçəsi 23 nömərli evdə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş 30 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(008)-8854/2013 nömrəli icra sənədi üzrə yaranmış 1906 manat borcunu, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2(104)-837/2014 nömrəli icra sənədi üzrə yaranmış 3750 manat borcunu, Qazax Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(023)-744/2016 saylı icra sənədi üzrə yaranmış 1080 manat borcunu, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli, 2(104)-4142/2018 nömrəli icra sənədi üzrə yaranmış 93150 manat borcunu, Qazax Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(023)-253/2019 nömrəli icra sənədi üzrə yaranmış 1100 manat borcunu, Qazax Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(023)-601/2020 nömrəli icra sənədi üzrə yaranmış 16970 manat borcunu və Qazax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(023)-1379/2023 nömrəli icra sənədi üzrə yaranmış 226 manat borcu tələbkarlara ödəməmiş icra sənədinin icrası ilə əlaqədar Qazax Rayon İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş Qazax Rayon İcra və Pobasiya şöbəsinin rəisi X5 bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8854/2013 nömrəli, 08 noyabr 2013-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2(104)-837/2014 nömrəli icra sənədi xx.xx.2015-ci il tarixdə,, Qazax Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(023)-744/2016 saylı icra sənədi xx.xx.2016-cı il tarixdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli, 2(104)-4142/2018 nömrəli icra sənədi xx.xx.2019-cu il tarixdə, Qazax Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(023)-253/2019 nömrəli icra sənədi xx.xx.2019-cu il tarixdə, Qazax Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(023)-601/2020 nömrəli icra sənədi xx.xx.2020-ci il tarixdə və Qazax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(023)-1379/2023 nömrəli icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8854/2013 nömrəli, 08 noyabr 2013-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1906 manat pul alınaraq X7 verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2(104)-837/2014 nömrəli icra sənədinə əsasən Şəxs 2386, 72 manat pul alınaraq Fəqan Kredit İttifaqı MMC-yə verilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(023)-744/2016 saylı icra sənədinə əsasən Şəxs 1080 manat pul alınaraq X8 verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli, 2(104)-4142/2018 nömrəli icra sənədinə əsasən Şəxs 93150 manat pul alınaraq X1 verilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(023)-253/2019 nömrəli icra sənədinə əsasən Şəxs 1100 manat pul alınaraq X6 verilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(023)-601/2020 nömrəli icra sənədinə əsasən Şəxs 16970 manat pul alınaraq X3 verilməsi qərara alınmış və Qazax Rayon Məhkəməsinin 30 oktyabr 2023cü il tarixli, 2(023)-1379/2023 icra sənədinə əsasən Şəxs 226 manat pul alınaraq Ferrum Kapital QSC-yə ödənilməsi qərara alınmışdır. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 1 həftə olar ki qeyri rəsmi işə düzəlmişdir. Məhkəmə qətnamələrində qeyd edilən borclarını inkar etmir. Maddi imkanı zəif olduğu üçün borcunu ödəyə bilməmişdir. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aşağıdakı qərarlardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8854/2013 nömrəli, 08 noyabr 2013-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1906 manat pul alınaraq X7 verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2(104)-837/2014 nömrəli icra sənədinə əsasən Şəxs 2386, 72 manat pul alınaraq Fəqan Kredit İttifaqı MMC-yə verilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(023)-744/2016 saylı icra sənədinə əsasən Şəxs 1080 manat pul alınaraq X8 verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli, 2(104)-4142/2018 nömrəli icra sənədinə əsasən Şəxs 93150 manat pul alınaraq X1 verilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(023)-253/2019 nömrəli icra sənədinə əsasən Şəxs 1100 manat pul alınaraq X6 verilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(023)-601/2020 nömrəli icra sənədinə əsasən Şəxs 16970 manat pul alınaraq X3 verilməsi qərara alınmışdır. Qazax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(023)-1379/2023 icra sənədinə əsasən Şəxs 226 manat pul alınaraq Ferrum Kapital QSC-yə ödənilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8854/2013 nömrəli, 08 noyabr 2013-cü il tarixli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2014-cü il tarixli, 2(104)-837/2014 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 15 aprel 2016-cı il tarixli, 2(023)-744/2016 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2019-cu tarixli qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli, 2(104)-4142/2018 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(023)-253/2019 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2(023)-601/2020 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(023)-1379/2023 nömrəli icra sənədi üzrə Qazax Rayon İcra və Probasiya Şöbəsində icraat başlanılmışdır. Qazax RPŞ-nin 19 fevral 2024-cü il tarixli, 3-13-88/2-3264/2024 saylı məktubdan görünür ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixdə 460460 nömrəli Axtarış işi açılmışdır. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 aörel 2024-cü il tarixdə saat 23:55-də tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, tələbkarın izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələrinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnamələrinin icrasını təmin etmir. Habelə halhazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, barəsində axtarış elan edilməsinə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində axtrış verilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, yığılmış borcların məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 29 aprel 2024-cü il tarixdən saat 23:55-dən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 aprel 2024-cü il tarixdən, saat 23:55-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar