Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-138/2024 02.07.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qazax Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru Nümayəndə iştirakı ilə Qazax Rayon Polis Şöbəsinin 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsinin 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. X3 həmin qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsi və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, idarə etdiyi VAZ 21074 minik markalı, 10RF717 dövlət qeydiyyat nişanlı avtomobillə 05 dekabr 2023-cü il tarixdə saat 20:17 radələrində Qazax şəhəri Bakı küçəsində idarə edərək, polis əməmkdaşları onu saxlamış heç bir alkoterstr aparatından həkim müayinəsindən keçirmədən qərar qəbul etmişlər. Belə ki, o həmin vaxtı içkili olmamış onun içkili olmağını təsdiq edəcək heç bir sübut yoxdur. İnzibati xəta haqqında protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, inizibati xəta haqqında protokol ona təqdim edilməmiş, inzibati xəta haqqında protokolun barəsində inzibati icraaat aparılan şəxsin izahatı hissəsində onun izahatı göstərilməmiş, inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlər protokolda göstərilməmiş, həmin protokol 05 dekabr 2023-cü il tarixdə tərtib edilmiş olsaydı hesab edir ki, protokol dərhal ona təqdim edilərdi. Barəsində tərtib edilmiş əsassız və qanunsuz protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 101-ci maddələrinə ziddir. Bu da, nəticə etibarı ilə onun heç bir inzibati xəta törətmədiyi qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələrinə inzibati xəta tərətməyi heç bir sübutla təsdiq edilməyən mülahizədir ki, həmin mülahizələrə görədə onun təqsirli bilinməyinə qanun yol vermir. Bundan əlavə qərarı xx.xx.2024-cü il tarixdə almış və Qazax Rayon Polis Şöbəsinin DYPB-nin barəsində tərtib etdiyi 05.12.202cü il tarixli, TP ******* nömrəli qərarınının ləğv edilərək barəsində, Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədəqə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında şikayət vermiş X3 ərizəsində göstərilən xüsusatlara uyğun çıxış edərək, barəsində Qazax Rayon Polis Şöbəsinin DYPB-nin barəsində tərtib etdiyi 05.12.202-cü il tarixli, TP ******* nömrəli qərarınının ləğv edilərək barəsində, Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədəqə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Qazax Rayon Polis Şöbəsinin DYPB-nin inpektoru Nümayəndə izahat verərək bildirmişlər ki, İnzibati xəta haqqında protokolu o tərtib etmişdir. Ruslan Mikailov ağır dərəcə sərxoş olmuş və video görüntü var idi müddət ötdüyü üçü görüntülər silinibdir. Ruslanın özünü xəstəxanaya apara bilməmişlər, o, polis şöbəsində ünvansız ifadələr işlətmiş hərəkətlərini idarə edə bilmədiyindən, həkimin özünü Rayon Polis Şöbəsinə gətirmişlər və orada müayinə olunmuşdur. Protokol tərtib etmiş, bir nüsxəsini Ruslana təqdim etmişdir. Qazax Rayon Polis Şöbəsi tərəfindən X2 barəsində qəbul edilmiş 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ona görədə X2 verdiyi şikayətin təmin edilməməsi və Qazax Rayon Polis Şöbəsinin 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qazax Rayon Psixiatriya Xəstəxanasının baş həkimi Şahid izahat verərək bildirmişlər ki, çox zamanlar müraciət əsasında polis şöbəsində müayinə edir. Rayonda tək narkoloq olduğu üçün orada yoxlama aparmış, yoldaşıda görmüş, orta dərəcəli sərxoş olubdur. Hətta polisin ünvanına qeyri etik sözlər demişdir. Məhkəmə şikayət vermiş şəxs X2 verdiyi şikayətin dəlillərini Qazax Rayon Polis Şöbəsinin nümayəndəsinin, şahidin verdiyi izahatlarla və məhkəməyə təqdim edilmiş iş materialları ilə əlaqəli surətdə araşdıraraq hesab edir ki, Qazax Rayon Polis Şöbəsinin 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməməli və Qazax Rayon Polis X1 barəsində qəbul etdiyi 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla və təqdim edilmiş sənədlərlə sübut olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, “VAZ 21074” minik markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X3 xx.xx.2023-cü il tarixdə saat 20:17-də “Qazax şəhər Bakı küçəsində nəqliyyat vasitəsinin alkaqoldan istifadə olunması nətixəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası 327.1 və 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 2023-cü ilin nəqliyyat vasitəsini idarə edən şəxslərin sərxoşluq vəziyyətinin tibi müayinə (Akt) kitabından görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində sərxoşluğun yoxlanması üçün qeydiyyatdan keçmiş və orta dərəcəli sərxoş olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü tarixli 64 nömrəli aktdan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində orta dərəcəli sərxoş olması qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəməyə qərarın ləğv olunması üçün X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346- 1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Beləliklə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 xx.xx.2023-cü il tarixdə saat 20:17 radələrində “Qazax şəhər Bakı küçəsində nəqliyyat vasitəsinin alkaqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməməsi inzibati tənbeh vermə haqqında qərar və digər iş materialları ilə təkzib olunmaqla rədd edilir. Məhkəmə nəzərə alır ki, mövcud vəziyyətdə X3 tərəfindən heç bir tutarlı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, X2 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Qazax Rayon Polis X1 barəsində qəbul etdiyi 05 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-138/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-138/2024
02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver