Məhkəmə qərarları › İş №3(023)-139/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-139/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-139/2024 23.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ X7 Musayevin sədrliyi, Elminaz Zarif qızı Çobanovanın katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin 21 iyun 2014-cü il tarixli, BYP 736904 saylı inzibati tənbeh verilməsi haqqında qərarından X2 vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin 21 iyun 2014-cü il tarixli, BYP 736904 saylı inzibati tənbeh verilməsi haqqında qərarına əsasən X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152-2.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin 21 iyun 2014-cü il tarixli, BYP 736904 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək həmin qərar üzrə 500 manat məbləğində cərimənin və 3 ay müddətində həmin cərimənin ödənilməməsi üçün hesablanmış 300 manat məbləğində pul vəsaitinin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini məhkəmə iclasında izahat verərək onunla əsaslandırmışdır ki, Qazax rayonu Hüseynbəyli kəndində ilə üzvləri ilə birlikdə yaşayır. Ona 25 aprel 2024-cü il tarixdə məlum olmuşdur ki, 21 iyun 2014-cü il tarixdə onun barəsində Qazax RPŞ-nin YPB-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası İXMnin 152-2.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan BYP 736904 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və onu 500 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmiş, əlavə olaraq bildirmişdir ki, həmin hadisənin necə baş verdiyini xtırlamır və həmin protokol əsasında qəbul edilmiş qərar barədə ona nə poçt vasitəsi nədə mobil rabitə vasitəsi ilə heç bir məlumat verilməmişdir. O, barəsində tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərar barədə məlumatı yalnız Qazax Rayon İcra və Probasiya Şöbəsinə göndəriləndən sonra məlumatlı olmuşdur. Hal-hazırdada ona heç bir bildiriş göndərilməmişdir. O, Qazax RPŞ-nin DYPB-dən barəsində aparılmış araşdırma materiallarını tələb etsədə ona sənədlər təqdim edilməmiş və Qazax Rayon İcra və Probasiya Şöbəsindən almışdır. Odur ki, qeyd edilən halları nəzərə alaraq Qazax RPŞ-nin DYPB-nin onun barəsində tərtib etdiyi xx.xx.2014-cü il tarixli, BYP 736904 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarını ləğv edərək barəsində Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Qazax Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nə də gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Həmçinin xx.xx.2024 -ci il tarixli 3-13-88/2-8365/2024 nömrəli məktubla Qazax rayonu Hüseynbəyli kənd sakini X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsinə əsasən BYP 736904 nömrəli inzibati xəta haqqında protokol üzrə Qazax RPŞnin DYPB-də 5 ildən bir yoxlama aparılaraq sənədlər yandırılmış və 10 il müddətdə video görüntülər qalmadığı bildirilmişdir. Məhkəmə şikayət vermiş şəxsin, izahatını dinləyib, şikayətin dəlillərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin məhkəməyə göndərdiyi iş materialları ilə əlaqəli surətdə araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPB-nin 21 iyun 2014-cü il tarixli, BYP 736904 saylı inzibati tənbeh verilməsi haqqında iş üzrə qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPB-nin 21 iyun 2014-cü il tarixli, BYP 736904 saylı inzibati tənbeh verilməsi haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152- 2.1-ci maddəsi ilə olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152-2.1-ci maddəsində Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydalarının 2.4-cü bəndində göstərilir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalarının 2.7-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Göründüyü kimi, səlahiyyətli orqan, yəni Qazax Rayon Polis Şöbəsi tərəfindən X4 Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan zaman yuxarıda qeyd edilən normalar nəzərə alınmamış, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla səthi araşdırma aparılmış, əldə edilmiş sübutlar qanuna zidd vasitələrlə əldə edilmiş, şəxsin təqsirliliyini sübuta yetirəcək hər hansı mötəbər dəlil əldə edilməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsi ilə təqsirliliyini sübuta yetirəcək dəlillər məhkəməyə təqdim edilməmişdir. Səlahiyyətli orqan yalnız qərarı iş materiallarına əlavə etmişdir. Göründüyü kimi Məhkəmə tərəfindən iş materialları araşdırılarkən X2 Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsi məhkəmədə öz təsdiqini tapmamış və mötəbər sübutların məcmusu ilə sübuta yetməmişdir. Məhkəmə Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq qeyd edir ki, Pərviz Məmmədovun təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Pərviz Məmmədovun Azərbaycan Respublikası İXM-in 152-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa Qazax Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 21 iyun 2014-cü il tarixli, BYP 736904 saylı inzibati xəta haqqında protokol məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, Pərviz Məmmədov tərəfindən törədilməsi iddia edilən inzibati xəta hadisəsi ilə bağlı tərtib edilmiş protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş mötəbər sübutlar həmin protokolda göstərilməmişdir. Nəzərə alsaq ki, inzibati xəta haqqında protokol xx.xx.2014-cü il tarixdə tərtib edilmişdir. Lakin həmin inzibati xəta haqqında protokol tərtib edilərkən Pərviz Məmmədovun iştirakı təmin edilməmiş, həmin inzibati xəta haqqında protokol ona təqdim edilməmiş, inzibati xəta haqqında protokolun “barəsində inzibati icraat aparılan şəxsin izahatı” hissəsində onun izahatı göstərilməmiş, həmin inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olmuş sənədlər protokolda göstərilməmiş, protokolun “inzibati xəta haqqında iş üzrə zəruri olan digər məlumatlar” hissəsində heç bir məlumat göstərilməmiş, inzibati xəta haqqında protokolun “barəsində inzibati icraat aparılan şəxsə təqdim edilməsi hissədə Pərviz Məmmədov imza ataraq protokolun surəti almamış və ya şəxs protokolu almaqdan imtina etmişdirsə bununla bağlı yazılı qeyd protokolda göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi X2 Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsi ilə inzibati xəta törətməsi heç bir sübutla təsdiq edilməyən mülahizədir ki, həmin mülahizələrə görə də şəxsin təqsirli bilinməsinə yol verilmir. Lakin Qazax RPŞ-si DYPB-si tərəfindən yuxarıda göstərilən hallar nəzərə alınmadan əsassız olaraq xx.xx.2014-cü il tarixli, BYP 736904 saylı protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, X2 şikayəti təmin edilməli, səlahiyyətli orqan, yəni Qazax RPŞ-nin DYPB-si tərəfindən hazırki iş üzrə tam və obyektiv araşdırma aparılmadığından, sübutlara düzgün hüquqi qiymət verilmədən səthi araşdırma aparıldığından, şəxsin qeyd edilən maddə ilə təqsirli olması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, şəxsin qeyd edilən maddə ilə təqsirli olması sübuta yetmədiyindən, Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax RPŞ-nin DYPB-nin xx.xx.2014-cü il tarixli, BYP 736904 saylı protokol əsasında inzibati tənbeh vermə haqqında iş üzrə qərarı ləğv edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135-ci maddəsinə uyğun olaraq hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 53, 128, 129, 130 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qazax Rayon Polis Şöbəsinin DYPBnin X2 barəsində qəbul etdiyi 21 iyun 2014-cü il tarixli, BYP 736904 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi haqqında qərar ləğv edilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152-2.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar