Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-14/2024 10.01.2024 QAZAX RAYON MƏHKƏMƏSİ X1 Akif oğlunun sədrliyi, Hümmətov Anar Fərmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Respublikası FHN-nin Qazax Rayon Dövlət Yanğından Mühafizə hissəsində sürücü işləyən, Qazax rayonu, İkinçi Şıxlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qazax Rayon Prokurorluğundan daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Qazax Rayon Prokurorluğunda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun keçkiş arvadıdır. Birgə nikahlarında iki uşaqları vardır. 12 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs yaşadığı Qazax şəhəri H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinə gedərək qızları ilə görüşmək qərarına gəlmiş, həyətin qapısını döyən zaman qapını Elvin adlı şəxs açmış, o həmin şəxsi əvvəllərdə tanıyırmış belə ki, Elvin Afinanın yaşadığı evin sahibinin oğludur, Elvinin Afina ilə qeyri rəsmi münasibət yaşamasını eşitmiş, həmçinin bir neçə dəfə axşam saatlarında Elvinin Afinanın yaşadığı evdən çıxmasının şahidi olmuş, Elvin qapını açan zaman o, Elvindən axşam saatlarında həmin evdə hansı səbəbdən olduğunu soruşmuş, çünki Afina həmin evdə tək yaşamır, onun iki azyaşlı qız övladı da həmin evdə yaşayır. Afina ilə Elvin arasındakı münasibət övladlarının psixologiyasına mənfi təsir göstərə bilər bununla belə Elvin ona heç bir şey deməmiş deməmiş, onu görən zaman reaksiya belə verə bilməmiş, dərhal evdən çıxmağa çalışmış o, qapının qarşısında dayandığından Elvin həyətdən çölə çıxa bilməmiş, həmin vaxt Elvinlə aralarında söz mübahisəsi yaranmağa başlamış, sonra isə Afina evin içərisindən çıxaraq onların yanına gəlmiş, bundan bir qədər sonra isə səs-küy olduğundan Afinanın hazırda yaşadığı evin sahibi arvadı ilə birlikdə onların yanına gələrək mübahisələrini sonlandırmağa çalışmış, o dahada problem yaranmasın deyə deyə oranı tərk edərək öz evinə getmişdir. Hazırda Zərərçəkmiş şəxs ilə barışmış, Afinanın ondan şikayəti və tələbi yoxdur. Odur ki, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, hazırda keçmiş ərim Şəxs ilə barışmışdır ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edərək bu barədə yazılı ərizəni məhkəməyə təqdim edir. İş materiallarında olan 24-1-2-2-430-0392-1 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə aralarında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs vuraraq ona fiziki ağrı yetirmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün rayon prokuroruna məlumat verilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızının bədəni üzərində müəyyən edilmiş xəsarət – boyunun sol tərəfinin, sağ baldırın və sağ ayağın arxa səthinin qançırı, küt əşyanın təsirindən törənmişdirlər, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs qızına zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə Apellyasiya şikayəti və ya protest verilə bilər. Sədrlik edən: Zamiq Rəsulov
Məhkəmə qərarları › İş №3(023)-14/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-14/2024
10.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver