Məhkəmə qərarları › İş №3(023)-140/2024

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-140/2024

01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-140/2024 01.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Qazax rayonu, Aslanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, evli, Qazax rayonu, Aslabəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Qazax Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 01 may 2024-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 01 may 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-1278/2020 saylı icra vərəqəsinə əsasən 8000 manat və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs alınaraq X2 verilməsi qət edilmişdir. Eyni zamanda Qazax rayon Notariat Ofisinin 4357 saylı xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 5020 manat borcun tutularaq X4 ödənilməsi qərara alınmışdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Həmçinin Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Lakin Şəxs yenədə borcun ödənilməsinə qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qazax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-1278/2020 saylı icra vərəqəsinə əsasən 8000 manat və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs alınaraq X2 verilməsi qət edilmişdir. Eyni zamanda Qazax rayon Notariat Ofisinin 4357 saylı xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 5020 manat borcun tutularaq X4 ödənilməsi qət edilmişdir.İcra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs icra sənədləri üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da Şəxs borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmışdır. Aparılmış icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlak, həmçinin bankda pul vəsaitləri aşkar edilməmişdir. Borclu Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hazırda borclu Şəxs 2 icra sənədi üzrə ümumlikdə 13050 manat borcu vardır. Odur ki, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, Qazax Rayon Məhkəməsinin müvafiq qətnaməsi və qazax rayon notariat Ofisinin icra qeydi üzrə üzrə borcu 13050 manat təşkil edir. Həmin borclardan hazıradək heç bir ödəniş etməmişdir. Ödəniş etməməsinə səbəb heç bir yerdə işləməməsi və maddi imkanının zəif olmasıdır. İş tapıb işləyəcək və borclarını ödəyəcək. Odur ki, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar X6 izahatında bildirdi ki, Qazax rayon Notariat Ofisinin 4357 saylı xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Şəxs alınaraq ona ödənilməlidir. Lakin borclu vaxt verilməsinə baxmayaraq ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Hazırda borcunun ödənilməsini istəyir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)- 1278/2020 saylı icra vərəqəsindən görünür ki, 8000 manat və ödənilmiş 30 manat dövlət rüsumu Şəxs alınaraq X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(023)200/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs cəmi 1980 manat borcun tutularaq X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qazax rayon Notariat Ofisinin 4357 saylı xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən Şəxs cəmi 5020 manat borcun tutularaq X4 ödənilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023)-1278/2020 saylı icra vərəqəsi əsasında icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Qazax rayon Notariat Ofisinin 4357 saylı xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə birlikdə borclu Şəxs təqdim edilmişdir. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs borcunu ödəməsi üçün xəbərdarlıq göndərilmiş, icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və inzibati məsuliyyətə cəlb olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnaməsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrasını təmin etmir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara, göndərilmiş bildirişlərə, barəsində axtarış elan edilməsinə, inzibati qaydada həbs edilməsinə və digər zəruri icra hərəkətlərinə baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi məbləğdə ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İşdə olan sənədlərdən görünürki Şəxs heç bir əlilliyi yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, həmçinin Şəxs dəfələrlə xəbərdar edilməsinə, barəsində axtrış verilməsinə, inzibati qaydada həbs edilməsinə və digər zəruri icra hərəkətlərinin edilməsinə baxmayaraq borcunun ödənilməsi üçün heç bir təşəbbüs göstərməməsini, müxtəlif bəhanələrlə bundan yayınmasını, yığılmış borcun məbləğini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbs etmənin əvvəli 01 may 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 01 may 2024-cü il tarixdən, saat 17:30-dən hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar