Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-141/2024 21.05.2024 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi Məhkəmə iclas katibi Elminaz Zarif qızı Çobanovanın katibliyi ilə xx.xx.1966-cı ildə Ermənistan Respublikası, Ereknazor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü, Bakı şəhəri Nərimanov rayonu Maqsud Əlizadə küçəsi ev 28, mənzil 6da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 04 mart 2024-cü il tarixdə, saat 12:00 radələrində Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən Tovuz Gömrük İdarəsinin “Qırmızı-Körpü” gömrük sərhəddini keçən zaman ümumi dəyəri 490 (dörd yüz doxsan) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 70 (yetmiş) qutu aksiz markası olmayan “X6” markalı siqaretləri gömrük nəzarətindən gizli qaydada keçirmək istəyərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi 01 may 2024-cü il tarixli məktubla Şəxs barəsində olan inzibati materialı məhkəməyə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olmasın və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati xəta törətmiş şəxs Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilsə də, ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Tovuz Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Tovuz Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 04 mart 2024-cü il tarixdə X1 Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postuna təhkim olunmuş inspektoru X3 və Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun inspektoru X2 iştirakı ilə tərtib etdiyi baxış keçirilməsi və götürmə haqqında protokoldan müəyyən edilir ki, Şəxs idarə etdiyi “DAF” markalı, 99YC857/77XS857 nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan olunası heç bir predmetin olmadığı bildirmiş, bundan sonra keçirilmiş baxış zamanı “DAF” markalı, 99YC857/77XS857 nömrə nişanlı nəqliyyat vasitəsinin içərisində lyukun qapağının altından gömrük nəzarətindən gizlədilmiş 70 (yetmiş) qutu üzərində “X6” yazıları olan siqaretə bənzər predmetlər aşkar olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/456-9/2121 nömrəli rəyindən görünür ki, ekspertiza təhqiqatına təqdim edilmiş “X6” markalı, ştirix koduna görə (ilk üç rəqəmi 762) İsveç istehsalı olan filtrli siqaretlərin 1 qutusunun xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 7,00 manat, 70 qutusu ümumilikdə təxminən 490,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs inzibati xəta törədərkən inzibati xətanın bilavasitə obyekti olan malların keçirilməsində idarə etdiyi “DAF” markalı, 99YC857/77XS857 dövlət qeydiyyat nişanlı avtomobilin cinayət yolu ilə əldə edilməməsini nəzərə alaraq hesab edir ki, “DAF” markalı, 99YC857/77XS857 dövlət qeydiyyat nişanlı avtomobilin müsadirə edilməsi məqsədəuyğun deyildir. Odur ki, inzibati xəta törətmiş Şəxs həmin maddə ilə təqsirli bilinməli, inzibati xətanın obyekti olan, ümumi dəyəri 490 (dörd yüz doxsan) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 70 (yetmiş) qutu aksiz markası olmayan “X6” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 70 (yetmiş) qutu aksiz markası olmayan “X6” markalı siqaretlər müsadirə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 26.2, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan, ümumi dəyəri 490 (dörd yüz doxsan) manat təşkil edən, 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 70 (yetmiş) qutu aksiz markası olmayan “X6” markalı və 1 (bir) qutusunun qiyməti 7 (yeddi) manat olmaqla 70 (yetmiş) qutu aksiz markası olmayan “X6” markalı siqaretlər müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-141/2024
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-141/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver