Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-144/2023 28.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlunun sədrliyi, Mehtixanov Nicat Namiq oğlunun katibliyi ilə, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Protokol tərtib etmiş şəxs Qazax RPŞ-nin DYPB-nin baş inspektoru X1 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Qazax rayonu, Canallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qazax rayonu, Hüseynbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün 17 aprel 2023-cü il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis X4 Xidməti baş inspektoru, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 14 aprel 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 aprel 2023cü il tarixdə idarə etdiyi “Xəzər” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 2107” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs 07 aprel 2023-cü il tarixdə idarə etdiyi “Xəzər” markalı **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAZ 2107” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 07 aprel 2023-cü il tarixdə idarə etdiyi “Xəzər” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qazax rayonu, Abbasbəyli kəndində yerləşən qohumlarına məxsus evdən qayıdarkən Qazax şəhərində yerləşən “Qərb Qapısı” restoranın qarşısında diqqəti yayındığı üçün yolun əks istiqamətinə çıxmışdır. Həmin an qarşıdan gələn avtomobil ilə “VAZ 2107” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, yol-nəqliyyat hadisəsi zamanı həmin avtomobilin sürücüsü xəsarət almışdır. Hazırda əməlindən peşmandır. Zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmişdir. Odur ki, onun barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 07 aprel 2023-cüm il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu, Çaylı kəndinə getmək qərarına gəlmişdir. Həmin kənddə gedən zaman Qazax şəhərində yerləşən “Qərb Qapısı” restoranın qarşısına çatmış, həmin an qarşıdan gələn “Xəzər” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən idarə etməni itirmiş və onun yoluna çıxaraq toqquşmuşlar. Toqquşma nəticəsində o, xəsarət almışdır. Hazırda ona dəymiş ziyan tam olaraq ödənildiyindən Şəxs heç bir şikayəti və tələbi olmadığını bildirdi və bu barədə yazılı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 aprel 2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın, Zərərçəkmiş şəxs əməlində həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan, onların barəsində həmin maddələrlə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qazax RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan bədən xəsarətinin təyini haqqında 08 aprel 2023-cü il tarixli 91 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onu bədənində müəyyən edilmiş xəsarətlər – sol dirsək nahiyəsinin əzilmiş-cırılmış yarası küt-bərk əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs tibbi yoxlamadan keçirilmiş və o, ayıq olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Şəxs ilə barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, zərər çəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, Şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmamasını, eyni zamanda ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və o, 200 (iki yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fəxri Məmmədov
Məhkəmə qərarları › İş №3(023)-144/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-144/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver