Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(023)-145/2023 20.04.2023 QAZAX RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Nemət Əlimusa oğlu Musayevin sədrliyi, Məhkəmə iclas katibi Məhəmməd Məhərrəm oğlu Həsənovun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1988-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Qazax rayonu Ağköynək kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş 20 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2023-cü il tarixdə, saat 19:25 radələrində Qazax rayonu Ağköynək kəndində polis məntəqəsinin qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hərəkətləri törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadə verərək bildirmişdir ki, Qazax rayonu Ağköynək kəndində yaşayır. Heç bir əlilliyi yoxdur. 19 aprel 2023-cü il tarixdə, saat təxminıən 19:20 radələrində Qazax rayonu Ağköynək kəndi ərazisində yerləşən polis məntəqəsinin qarşısında sərxoş halda olan zaman, orada olan çayxanaın sahibi ilə mübahisə etmiş, uca səslə nəlayiq ifadələr işlədən zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq özünü tədim etmiş və onu nizam intizama dəvət edərək nəlayiq ifadə işlətməməsini ona bildirmişdir. Lakin o sərxoş olduğu üçün polisin sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmiş və nəlayiq ifadə işlətməyə davam etmişdir. Bu zaman polis əməkdaşı onu Qazax RPŞ-nə dəvət etmiş, bu zaman o polis şöbəsinə getməkdən də imtina etmişdir. Buna görə də, onu məcburi qaydada Qazax Rayon Polis Şöbəsinə aparmışlar. Hazırda törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir. 19 aprel 2023-cü il tarixdə, təxminən saat 19:25 radələrində Qazax rayonu Ağköynək kəndi ərazisində xidmətdə olan zaman bir nəfər tanımadığı şəxsin polis məntəqəsinin qarşısında sərxoş halda uca səslə nəlayiq ifadələr işlətdiyini görüb, həmin şəxsə yaxınlaşmış, özünü təqdim etmiş və onu nizam intizama dəvət edərək nəlayiq ifadə işlətməməsini bildirmişdir. Lakin həmin şəxs onun sözlərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu zaman o, həmin şəxsi Qazax RPŞ-nə dəvət etmişdir. Lakin həmin şəxs ona tabesizlik edərək polis şöbəsinə getməkdən imtina etmiş, onun sinəsindən itələmişdir. Buna görə də, həmin şəxsi məcburi qaydada Qazax Rayon Polis Şöbəsinə aparmışdır. Rayon polis şöbəsində həmin şəxsin Qazax rayon Ağköynək kənd sakini Şəxs olduğu ona məlum olmuşdur. Ona görə də, Şəxs şikayətçidir. Həbslə bağlı qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş DSMF-nun Publik hüquqi şəxsin 1 saylı X1 Qazax rayon Qəbul şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs heç bir növ pensiya və sosial müavinət almır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 aprel 2023-cü il tarixli, 38 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 19 aprel 2023-cü il tarixdə orta dərəcə sərxoş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 19 aprel 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2023-cü il tarixdə, saat 20:00 da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanları törətməsi özünü etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər araşdırılmış iş materialları ilə tam sübuta yetmişdir. Onun inzibati məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Ona görə də, Şəxs həmin maddələrlə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 19 aprel 2023-cü il tarixdə, saat 19:25 radələrində Qazax rayonu Ağköynək kəndində polis məntəqəsinin qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olması iş üzrə onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş halda törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. İnzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini xarakteriza edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati həbs növündə cəza tətbiq edilməli və həbs etmənin əvvəli tutulduğu gündən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 112, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 19 aprel 2023-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Qazax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nemət Musayev
Məhkəmə qərarları › İş №3(023)-145/2023
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(023)-145/2023
20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver